Saçlarınız pis uzanır və tökülürsə...
Ayıpəncəsi yağı saçlara təbii qulluq vasitələri arasında ən tanınmış, sınanmış və effektli vasitələrdən biridir.
Ayıpəncəsi bitkisinin saçlara olan müsbət təsiri elmə də təsdiq olunub. Ayıpəncəsi bitkisinin ekstraktı və yağı bir çox şampun və saç üçün hazır maskaların tərkibinə daxil edilir.
Ayıpəncəsi kifayət qədər ucuz və əlçatandır. Lakin ev şəraitində də bu yağı hazırlamaq mümkündür. Bunun üçün sadəcə bitkinin kökləri yığılır, yaxşı yuyulur, qurudulur, doğranılır və 1 l-lik bankaya yığılır. Daha sonra bankaya istənilən bitki yağını (qarğıdalı, günəbaxan, zeytun) tökmək lazımdır (yağ köklərin üzərinə çıxmalıdır). Bankanı bağlayın və 14 gün ərzində sərin yerdə saxlayın. (Bankanı arada silkələmək lazımdır.) 14 gündən sonra yağı süzün və saç maskaları üçün istifadə edin.
Ayıpəncəsi yağından maska hazırlamaq üçün yağı su hamamında bir qədər qızdırın, saçlara çəkin, saçların diblərinə xüsusi diqqət yetirin. Daha sonra saçınızı plyonkaya və dəsmala bükün, 1-2 saat saxlayın, sonra yaxşı yuyun. Bu maskanı əvvəl həftədə 1 dəfə, daha sonra saçların vəziyyəti yaxşılaşdıqca 2-3 həftədən bir istifadə edə bilərsiniz.
Maska saçları möhkəmləndirir, tökülməsini azaldır, saçları daha elastik və həcmli edir, kəpəyi müalicə edir.
Saglamolun.Az
f Paylaş








Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür