ŞAD XƏBƏR! Aylıq müavinət ARTACAQ

ŞAD XƏBƏR! Aylıq müavinət ARTACAQ"Gələcəkdə məcburi köçkünlərə verilən aylıq müavinətin məbləği cənab prezident tərəfindən artırıla bilər".

Qadinsayti.az bildirir ki, bunu bakipost.az-a açıqlamasında Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən Milli Məclisə deputat seçilən Elman Məmmədov deyib.

Millət vəkili məcburi köçkünlərin sayğaclaşmaya qarşı keçirdikləri etiraz aksiyalarına da münasibət bildirib. Deyib ki, onların mənzillərinə sayğacların qoyulması prosesi dayandırılmayacaq: "Sayğaclar qoyulur və qoyulmalıdır da. Hər kəs işlətdiyi kommunal xərclərin pulunu ödəməlidir. Hesab edirəm ki, bunun qarşısını almaq düzgün deyil. Təbii ki, bu işlər yerinə yetiriləcək.

Dövlət tərəfindən məcburi köçkünlərə 36 manat aylıq müavinət təyin olunub. Bu, kömək məqsədlidir. Gələcəkdə məcburi köçkünlərə verilən aylıq müavinətin məbləği cənab prezident tərəfindən artırıla bilər. Bu gözlənilir. Amma sayğacların qoyulmasına maneçilik etmək və yaxud əməliyyatların dayandırılması söhbəti olmayacaq. Təbii ki, müvafiq qurumlar tərəfindən sayğaclar qoyulacaq. Məlumdur ki, çətinlik yaranacaq. Çünki ehtiyac içərisində olan xeyli insanlarımız var. Lakin hər kəs nə qədər işıq, qaz sərf edirsə, onun haqqını ödəyəcək".

Elman Məmmədov bildirib ki, məcburi köçkünlərin narazılıqlarının əsas səbəblərindən biri bu insanların əksəriyyətinin işsiz olmasıdır: "Biz başqa bir istiqamət haqda fikirləşməliyik. Yəni biz bu insanların məşğulluğunu necə təmin edəcəyimizi fikirləşməliyik ki, onlar işsiz qalmayıb ehtiyaclarını ödəsinlər. Onları işlə təmin edək və həmin insanlar maaş alsın ki, sayğacların yazdığını ödəyə və özünü dolandıra bilsin.

İşsiz insan bilir ki, bu 36 manatla və yaxud da pensiya pulu ilə dolanmaq mümkün deyil. Ona görə bu narazılıqlar meydana çıxır. Əgər məşğulluq məsələsi tam həll olunsa, yəni hər ailədə heç olmazsa 1 və ya 2 nəfər işlə təmin olunsa, bu narazılıqlar da yəqin ki, səngiyər, azalar".

Xəbərlər     Baxılıb: 2363   Tarix: 04 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

hamilelikde qidalanma geyim seçimi qadın geyimi elaci psixologiya serebral iflic usaqlar gözəl geyimlər kosmetika seksi uzeyir hacibeyli azerbaycan ginekoloq ekizler