Şaftalının meyvəsi, toxumu və çəyirdəyi də faydalıdır

Şaftalının meyvəsi, toxumu və çəyirdəyi də faydalıdırŞaftalı yay fəslinin ən dadlı və sevilən meyvələrindən biridir. Çiçək vaxtı öz gözəlliyi, yetişəndə meyvələri ilə göz oxşayır.
Ağacın erkən açılan çiçəkləri bəzi ölkələrdə sevgi və bərəkət rəmzi hesab edilir.
Azertag.az xəbər verir ki, qədim yunan və Roma mədəniyyətində şaftalının latınca adı "İran alması" mənası verir. Onun Makedoniyalı İsgəndərin sayəsində Yunanıstandan keçərək Ağdəniz hövzəsinə və İrana yayıldığını fərz edirdilər.
Ancaq Çinin şimal bölgələrində miladdan əvvəl 3 mininci illərdən etibarən şaftalının yetişdirildiyi məlumdur.
Mifiologiyada uzun ömür və ölümsüzlük simvolu kimi təsvir olunan şaftalı haqqında hətta Hindistan əfsanələrində də rast gəlinir. Qədim ölkədə ər-arvada iki şaftalı hədiyyə etmək onlara qocalana qədər yaşamağı arzulamaq mənası verirdi.
Bol sulu şaftalı meyvəsinin şirəsi ürək ritminin pozulması və qanazlığı zamanı çox faydalıdır və şlakların orqanizmdən xaric olmasına kömək edir. Xəstəliklərə qarşı orqanizmin ümumi müqavimətini artırır, bağırsaqlara yumşaldıcı və qəbizlik əleyhinə təsir göstərir, həzmi yaxşılaşdırır, qanı təmizləyir, ağız qoxusunun aradan qalxmasına səbəb olur.
Qurudulmuş şaftalı meyvəsi yanacaq maddəsi kimi də istifadə edilir. Çəyirdəyin içərisindəki toxum yem kimi heyvanlara verilir. Şaftalı çəyirdəyinin qabığı yananda alınan çox az miqdarda kül və bir qədər də kükürd ətraf mühiti çirklənmədən qoruyur və çox dəyərli enerji mənbəyi rolu oynayır. Bir sıra ölkələrdə yanacaqla işləyən qurğularda şaftalı çəyirdəyi qabığından istifadə etmək tövsiyə olunur.
Şaftalı toxumunda olan yağdan qidalanmaq və qulaq ağrıları zamanı istifadə olunur. Şaftalı çiçəkləri qaynadılıb içiləndə bağırsaq qurdlarını tökməyə kömək edir. Meyvənin qabığının soyulandan sonra əzilib üzə çəkilməsi quru və yorğun dəriyə cavanlıq verir.

Sağlamlıq     Baxılıb: 1852   Tarix: 05 iyul 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

turlar.az

sac duzumleri adlarin menasi geyim necə seçməli ziyafət dəbi qadın və din tort reseptləri toy ideyalari kosmetika narin faydasi novruz hakistalari azərbaycan novruz bayramına aid hakışta vətənə aid atalar sözləri