Sağalma nədir?
Sağalma xəstəlik nəticəsində pozulmuş funksiyaların bərpası və xəstə orqanizmin ətraf mühitə uyğunlaşamsıdır. Sağalmanın əsas göstəricisi xəstə insanın əmək qabiliyyətinin bərpa olunmasıdır.
Sağalma xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq sürətli və ləng ola bilir. Xəstəlikdən sağalmaya keçid krizis, sağalma isə lizis adlanır.
Xəstəliyin gedişindən və xarakterindən asılı olaraq sağalma prosesi tamam və ya natamam ola bilir.
Tam sağalma dövründə orqanizmdə xəstəliyin qalıq əlamətləri olmur və əmək qabiliyyəti tamamilə bərpa olunur. Əslində az xəstəliklər zamanı orqanizmdə tam sağalma baş verir. Yəni hər bir xəstəlik bu və ya digər şəkildə orqanlara öz patoloji təsirini göstərir. Bəzi xəstəliklər zamanı isə orqanizmdə həmin xəstəliyə qarşı immunitet yaranır. Məsələn, infeksion xəstəlikdən sağalmış orqanizmdə həmin xəstəliyə qarşı immunitet yaranır. İltihabi xəstəlikdən sağalma zamanı isə iltihabın yerində çapıq toxuma qalır.
Bəzi xəstəliklər zamanı natamam sağalma baş verir ki, bu zaman orqanizmdə keçirilmiş xəstəliyin izi qalır. Bu izlər isə orqan və toxumaların funksiyalarına müxtəlif dərəcədə mənfi təsir göstərirlər. Əslində tam sağalma baş verdiyi deyilən xəstəliklər zamanı da orqanizmdə patologiyanın izləri qala bilir.
Sağalma prosesi zamanı orqanizmdə maddələr mübadiləsinin sürəti artır, hüceyrə membranının keçiriciliyi normal səviyyəyə qayıdır.
Sağalmanın kliniki əlamtləri xəstəliyin son dövrlərində meydana çıxır.
Sağalma prosesi fizioloji hal olub hər bir kəsdə müxtəlif cür keçir. Yəni sağalmanın baş verməsi hər bir orqanizmin fərdi xüsusiyyətlərindən və ətraf mühit amillərindən də çox asılıdır.
Milli.Az /news.milli.az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Hande Erçel sərbəst buraxıldı
Məşhur müğənni xəstəxanaya yerləşdirildi - Təcili əməliyyat olundu
Cansever əməliyyat olundu
Nanə əməliyyat olundu
Bu vərdişləriniz varsa, arıqlaya bilməyəcəksiz
Mədə xərçəngi xəstələrinin 5 ortaq xüsusiyyəti aşkarlandı
Türkandan iddialı plan: Dilarə ilə dünya səviyyəli duet
Yanından keçirik, amma şəfasınl bilmirik
Aralıqlı orucla bağlı mif dağıdıldı