Sağlam bir həyat üçün bədəninizi vitaminsiz qoymayın!

Sağlam bir həyat üçün bədəninizi vitaminsiz qoymayın!Biz sağlamlığımızı  nədən  itiririk? Pis ekoloji durum, bakteriya və virus infeksiyalarının artması, təmiz havada az olmaq, fiziki aktivliyin azalması, passiv həyat tərzi, oturaq iş rejimi, günəş və təbii su vannalarından az qəbul edilməsi,  keyfiyyəti qənaətbəxş olmayan ərzaqlardan istifadə,  həddən çox yemək, balanslaşdırılmamış və rejimsiz qida qəbulu, xüsusilə gecə saatlarında, zərərli vərdişlər (alkoqol, siqaret və s.), nəzarətsiz antibiotik qəbulu, stress, yorğunluq, psixi və emosional  gərginlik və s. immuniteti azaldan səbəblərdir. 
İmmunitet  zəifləməsinin  əsas  əlamətləri. Bir çox insan immunitetin zəifləməsinin ilkin əlamətinin nələr olduğunu bilmir. Onlar yalnız infeksiyalara qarşı dözümsüzlüyü immunitetin zəifləməsi olaraq qəbul edirlər. Halbuki bu immunitetin zəifləməsinin nəticəsi və fəsadıdır. İlkin əlamətlər, hansilar ki, bizə siqnal olaraq immunitetin zəifləməsindən xəbər verir, çox vaxt diqqətdən qaçır. Əslində ilkin əlamətlərin təzahürü zamanı immuniteti bərpa etməyə, gücləndirməyə başlasaq daha düzgün və səmərəli olar.
Bəs immunitetin zəifləməsinin ilkin əlamətləri hansılardır? Tez yorulma, diqqət defisiti, yuxululuq, halsızlıq, əzələ ağrıları, dərinin quruması və qabıqlanması, tez özündən çıxma, qıcıqlanma və  əsəbilik halları, orqanizmdə olan yatmış herpes virusunun aktivləşməsi, xəstəliklərin uzun müddət davam etməsi və xroniki hala keçməsi immunitetin azalmasının ilkin əlamətlərindəndir.
Təbii yolla immuniteti necə artırmaq olar?  Orqanizmin müxtəlif və dəyişən infeksiyalara, xüsusilə virus hücumlarına qarşı dözümlülüyünü təmin etmək, müqavimətini artırmaq üçün ən əsas yol, balanslaşdırılmış, vitamin və minerallarla zəngin olan sağlam qidaların qəbuludur. Düzgün qidalanma zamanı qidaların hazırlanmasında rafinə olunmamış bitki  yağları və  heyvan  mənşəli yağlardan istifadə olunmalıdır. Bunlarla yanaşı mütləq qaydada yuxu rejimi və müddətinə, həmçinin qidalanma  rejiminə  riayət etmək, artıq  qida  qəbul  etməmək  çox  vacibdir. Qidanın  normadan  artıq qəbul olunması orqanizmin tullantı maddələri, şlaklarla yüklənməsi ilə nəticələnir ki, bu da immunitetin zəifləməsinə səbəb olur. Təəssüflə olsa da qeyd etməliyik ki, indiki ekoloji durumla əlaqədar təbii ərzaqlarda orqanizmə lazım  olan  vitaminlərin heç də hamısı  mövcud  deyildir. Bu səbəbdən düzgün qidalanma ilə yanaşı, balanslaşmış qidalanma prinsipinə riayət etmək üçün mütləq qaydada əlavə olaraq vitamin və minerallar qəbul edilməlidir. Əksər  hallarda  zəif  immunitet  orqanizmdə vitamin və mineralların miqdarının az olması ilə əlaqədardır.
    Hansı vitaminlər immuniteti gücləndirir? C vitaminin immuniteti artırması haqqında hami eşidib. Lakin böyük bir vitamin qrupu vardır ki, immunitetin artırılmasında müstəsna rol oynayır. Amma nədənsə onları çox zaman unuduruq. Bu B qrup vitaminləridir. B  qrup vitaminlərə - tiamin (B1), riboflavin (B2), niasin (B3),  pantoten turşusu (B5), piridoksin (B6), biotin (B7), fol turşusu (B9),  kobalamin (B12) daxildir. B qrup vitaminlərinin bir hissəsi orqanizmdə bağırsaq mikroflorası tərəfindən sintez olunur, bir hissəsini isə biz kənardan qida vasitəsilə əldə edirik. İnsanın  mədə-bağırsaq  sistemində xəstəlikləri (eroziyalarında, xoralarında), bağırsaqda disbakterioz  varsa, belə  insanlarda  B qrup vitaminlərin sintezi və sorulması pozulur  və vitamin defisiti yaranır. B qrup vitaminlərn immunitetin yaranmasının müxtəlif mərhələrində orqanizmdə gedən prosesləri tənzimləyir və sürətləndirirlər. Onlardan hər hansı birinin çatışmamzlı zamanı immunitet tam formalaşmır və insan infeksiyalara qarşı həssas və dözümsüz olur.
Nə üçün B vitaminləri kompleks halında istifadə olunmalıdır? B qrup vitaminləri oxşar kimyəvi quruluşa malik olmaqla yanaşı, əsasən eyni qida mənbələrində rast gəlinirlər. Bu səbəbdən hər-hansı bir B qrup vitaminin defisiti zamanı digərlərinin də  çatışmazlığına rast gəlinir.
B  qrup vitaminlərə ehtiyac  nədən   yaranır  və  onları  necə  əldə   etməli? Xüsusilə mövsüm dəyişikliyi zamanı, pəhrizlər zamanı, fiziki və zehni fəaliyyət zamanı, intensiv böyümə halları - yeniyetməlik, hamiləlik zamanı, infeksion xəstəliklərin yayıldığı və artığı dövrlərdə B qrup vitaminlərinə tələbat artır. Artan tələbatı ödəmək üçün B kompleks vitamin tərkibli preparatlar qəbul edilməlidir.
B qrup vitamninlər haqda daha nələri bilməliyik? B qrup vitaminləri suda həllolan vitamin olduğundan, onlar orqanizmdə depolanmır, yəni toplanmır. Bu səbəbdən də gündəlik qəbul olunmalıdır. B qrup vitaminləri immuniteti artırmaqla yanaşı bir çox həyatı vacib funksiya, orqan və sistemlərin fəaliyyətini də təmin edir. Belə ki, siniz sisteminin fəaliyyətini tənzimləyir, ağrıkəsici təsir göstərir, qan azlığını aradan qaldırır, maddələr mübadiləsini normallaşdırır, qaraciyər xəstəlikləri zamanı qaraciyərin bərpasını təmin edir, dəri və saçların görünüşünü, keyfiyyətini yaxşılaşdırır, xəstəliklərin xroniki hala keçməsinin qarşısını alır. 
Bu  məqsədlə  tərkibində  B  qrup  vitaminlər  olan  preparatlardan mütəmadi olaraq istifadə olunması tövsiyyə edilir. Apteklərdə bu qruplara  aid  çoxlu  sayda  preparat  vardır. Lakin  heç  bir  vasitəni  həkim  təyinatı  olmadan  qəbul  etmək  olmaz. Həkiminiz  sizin  orqanizminizə, yaş  qrupuna, yanaşı  xəstəliklərə  və  şikayətlərə  əsasən  sizə  uyğun  olan  preparatı  tövsiyə  edəcəkdir.
Unutmayın, bizim  psixi  stabilliyimiz fiziki  sağlamlığımızdan  asılıdır. B qrup vitaminləri isə hər iki sferanı tənzimləyir.
Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliklərlə yanaşı müxtəlif xəstəliklərə qarşı effektiv və təsirli bir mübarizə üçün yüksək keyfiyyətli dərmanlar, təbii dərmanlar, kosmetik və gigiyena məhsulları, uşaq qidaları və tibbi ləvazimatlar üçün *7700 ilə əlaqə saxlayaraq axtardığınız dərmanları pulsuz çatdırılma ilə əldə edə bilərsiniz.
Sifariş üçün:
+99455 251 77 00 (WhatsApp) nömrəsinə yaza, və ya * 7700 ilə əlaqə saxlaya bilərsiniz.
Mobil tətbiq aptekonline.az.
Mobil tətbiqi buradan yükləyin:
aptekonline.az/qr /news.milli.az

Xəbərlər     Baxılıb: 1771   Tarix: 02 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

makiyaj instagram geyim seçimi qis geyimləri 2026 2026 payiz qis kolleksiyasi sabir haciyev qizilgul haqqinda melumat karikatura kosmetika vusale elizade gəncə kahfe kali hesaplama burcler haqqinda