Sağlam olmağın 12 VACİB ŞƏRTİ

Sağlam olmağın 12 VACİB ŞƏRTİŞərq təbibləri sağlam olmaq üçün 12 şərtə riayət etməyi vacib sayırlar. Və bu şərtləri sağlamlığın əlifbası kimi dəyərləndirirlər. Onlar olduqca sadə və asandır.
Milli.Az sağlamlıqla bağlı növbəti yazıda şərq loğmanlarının tövsiyələrini təqdim edir.
1. İnsan üzünü tez-tez masaj etməlidir. Olduqca asan bir məsələdir. Bunu televizora baxarkən, maşında gedərkən, kitab oxuyarkən, səhərlər yataqda yer dəmi alarkən, bir sözlə günün çox vaxtlarında etmək mümkündür.
2. Tez-tez saçları daramaq lazımdır. Bunun üçün də xüsusi bir vaxt tələb olunmur. Darağı cibdə və ya çantada saxlamaqla gün ərzində bir neçə dəfə bir-iki dəqiqə bu işə vaxt ayırmaq olar.
3. Gözlər daima hərəkət etməlidirlər. Yəni insan uzun müddət gözlərini bir nöqtəyə zilləməməlidir. Hətta kompüter qarşısında olanda da arada fasilə verib gözlərin gimnastikasına vaxt ayırmaq lazımdır.
4. Ağız bağlı olmalıdır. Danışıq və qida qəbulu zamanı istisna olmaqla. Bu o deməkdir ki, ağzını ayrıq qoyan insanın ağız bişluğuna ona lazım olmayan mikroblar düşə bilər.
5. Ağız boşluğunda həmişə tüpürcək olmalıdır. Yəni tez-tez tüpürmək olmaz. Bu həm mədəniyyətsizlikdir, həm də ağız boşluğunun quraqlığına səbəb olur.
6. Nəfəs yüngül olmalıdır. İnsan çalışmalıdır ki, oturanda, yaxud uzananda elə vəziyyətdə olsun ki, nəfəsalma çətinləşməsin. Digər bir tərəfdən nəfəsin yüngül olması üçün mənzilin və ya iş otağının havası tez-tez təmizlənməlidir.
7. Ürək sakit olmalıdır. Bunun üçün insan panikalardan, dedi-qodulardan, paxıllıq hissindən, qəzəbdən uzaq olmalıdır. Və ən əsası baş verən hadisələrə soyuqqanlı yanaşmalıdır.
8. Şüur həmişə mövcud olmalıdır. İnsan öz həyat tərzinə, yaşamına, əməllərinə şüurla yanaşmalıdır.
9. Qamət həmişə düz olmalıdır. İnsan maraq dairəsindəki əşyalarla məşğul olanda bu cansız əşyalara sevgisini, hərisliyini, marağını belini əyməklə əks etdirməməlidir. Müasir dövrdə bu sevimli əşyaların siyahısında birinci yerdə smartfonlar və planşetlər durur.
10. Qarnı tez-tez sığallamaq lazımdır. Başqa cür ifadə etsək əl ütüsü çəkmək. Bu da öz növbəsində qarın nahiyəsinin masajıdır. Amma bunu tək olanda etmək lazımdır.
11. Söhbət yığcam olmalıdır. İnsan uzun-uzadı danışanda həm qarşısındakı insanı, həm də özünü yorur ki, bu da qıcıqlanmaya səbəb olaraq sinir sisteminə mənfi təsir göstərir.
12. Dəri həmişə nəm olmalıdır. Dərinin quru olmağı tez qocalmaya, dəri hüceyrələrinin tez məhv olmasına səbəb olur. Bunun görə də insan dərisinin nəmliyini təmin etmək üçün təbii vasitələrdən istifadə etməlidir. (ölkə.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1372   Tarix: 16 mart 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

turlar.az

yemek reseptleri qadın geyimi geyim dəbləri soz ehtiyati artirmaq monika belluççi qonaq otaqi dizayni ləkələr kosmetika yumurta həsən bəy zərdabi veten seirleri burcler nagillar