Sağlam ürəyin sirrləri

Sağlam ürəyin sirrləriBildiyimiz kimi, ürək orqanizmdə motor funksiyasını yerinə yetirir.
Ürək orqanizmin əsas "yanacağı" olan qanın dövr etməsini təmin edir. Qan orqanizmin yaşaması və normal fəaliyyəti üçün lazım olan bütün maddələri orqan və toxumalara çatdırır. Ürəyin fəaliyyətində pozulmalar inkişaf etdikdə, qanın normal dövr etmə prosesi pozulur. Bunun nəticəsində isə orqanizmin normal fəaliyyəti və bəzən hətta yaşaması mümkünsüz olur...
Bütün dünyada ürək xəstəlikləri əliliyin və ölümün əsas səbəbi sayılır. Məhz bu səbəbdən insan ürək xəstəliklərin profilaktikası haqqında bilməli və bu bilikləri istifadə etməlidir.
Beləliklə, sağlam ürəyin sirrləri hansılardır?
1. İnsanların əksəriyyəti bilir ki, düzgün qidalanma insanın sağlamlığının təməlidir. Lakin buna baxmayaraq insanların əksəriyyəti düzgün qidalanmır. Təzə meyvə-tərəvəz, təzə ət, toyuq (broyler yox!), balıq, süd məhsulları, yumurta, müxtəlif yarmalar, bitki yağları, buğdanın bərk növlərindən olan çörək - bu məhsullar qidalanmanın əsas hissəsini təşkil etməlidir. Duzlu, yağlı, qızardılmış, konservləşdirilmiş, hisə verilmiş, şirin qidalardan, yarımfabrikat və fast-fud qidalarından uzaq olmaq lazımdır.
2. Deyirlər, hərəkət həyatdır. Bu həqiqətdir. Müasir insanların əksər hissəsi hipodinamiyadan ("az hərəkətlilik") əziyyət çəkir. Alimlərin araşdırmalarına görə, müasir şəhər sakini gün ərzində 9 saat oturaq vəziyyətdə olur. Bu çox böyük problemdir. Günün çox hissəsini oturaq vəziyyətdə olan insanın ürək xəstəliklərinin inkişaf etmə riski fiziki aktiv insanla müqayisədə dəfələrlə çoxdur.
Bu səbəbdən mümkün qədər çox hərəkət edin. Gündəlik piyada gəzintilər (3 km az olmayaraq), üzgüçülük, gündəlik bədən tərbiyəsi çox xeyirlidir.
3. həkimlərin fikirinə görə, ürəyin əsas düşmənlərdən biri siqaretdir. Belə hesab olunur ki, bu ziyanlı vərdiş ürəyə alkoqoldan, piylənmədən və hipodinamiyadan daha ziyanlıdır.
4. Piylənmə də ürəyə çox mənfi təsir edir. Həddən artıq kök insanlarda qanda pis  xolesterinin və şəkərin səviyyəsi yüksəlmiş olur. Bu isə qan damarların divarlarını zədələyir. Bundan əlavə kök insanın ürək əzələsi də "kökəlir", orada piy yığılır, nəticədə ürəyin fəaliyyəti pozulur.
5. Təxminən 30-35 yaşından başlayaraq insan daim qanda xolesterinin səviyyəsinə nəzarət etməlidir. Bunun üçün ildə 1 dəfədən az olmayaraq qan analizi vermək lazımdır. Qanda "pis" və "yaxşı" xolesterin olur. Bu səbəbdən analizin nəticəsini yalnız mütəxəssis qiymətləndirə bilər. Analizin nəticəsindən asılı olaraq həkim sizə pəhriz və ya xolesterinin səviyyəsini aşağı salan xüsusi dərmanların qəbulunu təyin edə bilər.
6. Yüksək arterizl təzyiq ürəyin və damarların sağlamlığına mənfi təsir edir. Bu səbəbdən 30-35 yaşından başlayaraq insan vaxtaşırı olaraq öz təzyiqini ölçməlidir. Bəzən hipertoniya insanlarda simptomsuz inkişaf edir. Bu səbəbdən insan özündə baş ağrısı, başgicəllənməsi və s. bu kimi simptomları heç vaxt müşahidə etmədikdə belə, öz arterial təzyiqinə nəzarət etməlidir. Əgər insan özündə vaxtaşırı olaraq  təzyiqin 139/89-dan c. st. yuxarı qalxmasını müşahidə edərsə, o, mütləq kardioloqa müraciət etməlidir. Hipertoniyanın ilkin mərhələlərində xəstə yalnız pəhrizin köməyi ilə təzyiqin normallaşmasına nail ola bilər.
7. Qanda şəkərin daim yüksək olması ürəyə çox mənfi təsir edir. Bu səbəbdən 35-40 yaşından sonra hər bir insan ildə 1 dəfə olmaqla qanda şəkərin səviyyəsini yoxlamalıdır. Şəkərli diabet xəstləri daim endokrinoloqun nəzarətində olmalıdır.
Bu sadə məsləhətlərə əməl etdikdə insan özünü bir çox ürək və damar xəstəliklərindən sığortalaya bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1159   Tarix: 07 may 2022
f Paylaş

Oxşar xəbərlər

.

"Novruz"da bunu etmək qəti QADAĞANDIR

Novruz bayramı bolluq, bərəkət və zəngin süfrələrlə yadda qalır. . Həkimlər xəbərdarlıq edir ki, məhz bu günlərdə demək olar hər kəsin etdiyi bəzi vərdişlər sağlamlıq üçün ciddi risk yarada bilər. . Bayramın dadını çıxarma

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Ölkəmizdə vərəmlə bağlı statistika AÇIQLANDI

Azərbaycanda vərəmlə xəstələnmə dinamikası (100.00 əhaliyə): 2015 ildə bu göstərici 41.1 olan halda, 2025 ildə - 21,5 qeyd olunub. . xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəliklər

.

Yatmazdan əvvəl yeyilən bu qida möcüzələr yaradır

Yatmazdan əvvəl müəyyən qidaların qəbul edilməsi gecə ərzində əzələlərin bərpasına və inkişafına kömək edə bilər. xəbər verir ki, qatıq tərkibindəki zülallar sayəsində bu baxımdan faydalı hesab olunur. Qatıqda olan zərda

.

Bu sadə addımlarla xəstəliklərdən qoruna bilərsiniz

Qış mövsümündə yaz fəslinə keçid həm bədən, həm də ruh sağlamlığı üçün həssas dövr sayılır. Havanın soyuq və rütubətli olması, günəş işığının azlığı və qış xəstəliklərinin hələ tam keçməməsi insan orqanizmi üçün əlavə diqqə

.

Telefon və kompüter gözünüzü necə zədələyir? - Mavi işığın təhlükələri

Rəqəmsal texnologiyaların geniş yayılması ilə mavi işığa məruz qalma müddəti xeyli artıb. Telefon, kompüter, planşet və LED işıqlar həyatın ayrılmaz hissəsinə çevrilib. xəbər verir ki, bu vəziyyət sağlamlığa təsir göstərir

.

Bu şəxslər bayram şirniyyatlarından uzaq durmalıdır - Həkimdən XƏBƏRDARLIQ

Bayram süfrələrinin bəzəyi olan şəkərbura və paxlava hər kəs üçün eyni dərəcədə faydalı deyil. Mütəxəssislər xəbərdarlıq edir ki, bəzi insanlar bu şirniyyatları ehtiyatla, hətta bəzən ümumiyyətlə istifadə etməməlidir. Bə

.

Gözlərdə bulanıqlaşma nədən xəbər verir?

Gözlərdə bulanıq görmə bir çox insanın zaman-zaman qarşılaşdığı problemlərdən biridir və bu hal bəzən müxtəlif sağlamlıq problemlərinin əlaməti ola bilər. Mütəxəssislərin sözlərinə görə, görmənin bulanıqlaşması sadəcə gö

.

Bağırsaq xərçəngi riskini azaldan gözlənilməz məhsul

150 min nəfərin iştirak etdiyi genişmiqyaslı araşdırma adi səhər yeməyi ilə onkoloji xəstəlik riski arasında əlaqə olduğunu göstərib. Məlum olub ki, həftədə cəmi iki porsiya yoqurt bəzi ən aqressiv xərçəng formalarından qorumağ

turlar.az

geymler 2026 geyim və ayaqqabılar hamilelikde qidalanma yasil pomidor tutmasi süni doğuş əbdürrəhim bəy haqverdiyev endirimli paltarlar kosmetika vətənə aid atalar sözləri qu quşu novruz hakısdası novruza aid hakistalar vetene aid atalar sozleri