Sağlam və parlaq dəriyə sahib olmağın 5 sirri

Sağlam və parlaq dəriyə sahib olmağın 5 sirriSağlam və parlaq dəriyə sahib olmağın 5 sirri.
Hər gün dərinizə ayıracağınız qısa bir zaman kəsiyi dərinizin sağlam və parlaq olmasına səbəb ola bilər. Siz də belə dəriyə sahib olmaq istəyirsinizsə, o zaman aşağıda yazılanlara əməl etməlisiniz. Bunu sizə Acıbadəm Atakənt Xəstəxanası Dəri Xəstəlikləri Uzmanı Doktor Selda Yıldırım tövsiyə edir.
1. Dərinizi gündə 2 dəfə təmizləyin.
Səhər və axşam dərinin təmizliyinə ayırdığınız bir-neçə dəqiqə dərinizin təbii və parlaq görüntüyə sahib olmasına səbəb olacaq. Dərinizdə gecə boyu yığılıb qalmış yağlar, səhərdən axşama kimi dəriyə qonan ətrafdakı toz və kir təmizləndikdə dəri rahat nəfəs alacaq və dəri parlaq görüntüyə sahib olacaq. Dərisinə krem və digər makiyaj sürtən adamların isə üzünü ilıq su ilə yumaları məsləhət bilinir.
2. Nəmləndiricidən istifadə edin.
Küləkli hava dərinin quruluğunu artırır. Bu zaman nəmləndirici krem dərinin üstündə qoruyucu bir təbəqə rolu oynayacaqdır. Nəmləndirici krem dərini küləkdən, çatlamalardan, qabıqvermədən qoruyur. Ancaq hər dəriyə öz xüsusiyyətinə uyğun olan nəmləndirici seçilməlidir. Çünki yağlılığı çox olan dəriyə nəmləndirici krem sürtmək dərini daha da yağlı edərək sızanaqların sayını artıra bilir.
3. Dəri və su.
Oranizminizdə digər orqanlar kimi dərinizin də suya ehtiyacı böyükdür. Bu səbəbdən də gün ərzində 8-10 stəkan su içilməlidir.
4. Yaşlanmanı azaltmaq.
Orqanizminizdəki yaşlanmanın sürətini azaltmaq üçün gündəlik qidalanmanıza diqqət yetirin. Düzgün qidalanma seçimi dərinizin də yaşlanmasının qarşısını alacaq.
5. Yuxu rejimi.
Düzənli yuxu insanın dərisinə öz gözəl təsirini göstərir. Doktor Selda Yıldırım qeyd edir ki, gün ərzində ən azı 8 saat rahat yuxulamanın dəriyə müsbət təsiri böyükdür. Normal yuxu zamanı hüceyrələrdə olan sərbəst radikalların sayı azalaraq orqanizmin bərpa reaksiyalarının baş verməsini təmin edir. Bu da dərinin elastikliyini artırır, dəridə əmələ gələn qırışların yaranma sürətini zəiflədir.

http://immunitet.az/

Xəbərlər     Baxılıb: 1791   Tarix: 03 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəng kişiləri daha çox öldürür - Qorxunc statistika

Azərbaycanda xərçəng xəstəlikləri səbəbilə ölüm halları ciddi narahatlıq doğurur. Təkcə ötən il bu diaqnozla ölənlərin sayı 9 min 681 nəfər təşkil edib. 5 min 546 nəfəri kişi, 4 min 135 nəfəri isə qadın olub. Statistika göstəri

.

Yaşıl çayı nə vaxt içməliyik? – Sağlamlıq üçün ideal saatlar

Yaşıl çay dünyanın ən faydalı içkilərindən biri hesab olunur. Onun tərkibində kalori və şəkər yoxdur, əvəzində isə sağlamlıq üçün vacib olan antioksidantlarla zəngindir. Lakin bu faydalardan tam istifadə etmək üçün yaşı

.

Alimlərdən çox ətir iyləyənlərə BƏD XƏBƏR - Təhlükəli imiş

Dünya alimləri tez-tez və uzun müddət ətir qoxularına məruz qalmağın insan sağlamlığına ciddi ziyan vura biləcəyi barədə xəbərdarlıq ediblər. Mütəxəssislər bildirirlər ki, parfümlərin tərkibindəki bəzi kimyəvi maddələr hə

.

Oğlan körpələrində səssiz təhlükə - Sonsuzluğa səbəb olur

Urologiya Mütəxəssisi Dos. Prof. Dr. Yavuz Onur Danacıoğlu yeni doğulan oğlan körpələrində sıx rastlanan enməmiş xaya probleminin vaxtında müalicə olunmadıqda sonsuzluq və xaya xərçəngi riskini artırdığını bildirib. xəbə

.

Alkoqol istəyini əngəlləyən beyin hüceyrələri tapıldı

Massaçusets Universiteti T. H. Chan Tibb Məktəbinin alimləri kəşf ediblər ki, milyardlarla beyin hüceyrəsindən 500-ə yaxın neyron siçanlarda alkoqol istəyini idarə etməkdən məsuldur. . xəbər verir ki, bu barədə "Natur

.

Alimlər tənhalıq haqqında mifi dağıtdı: Yalnılıq öldürmür

Uzun müddətdir ki, tənhalıq sağlamlıq üçün ciddi təhlükə hesab edilsə və bəzi ekspertlər onun təsirini gündə 15 siqaret çəkməklə müqayisə etsələr də, beynəlxalq alimlər qrupunun yeni araşdırması tənhalığın ölüm hallarını

.

Yayda günvurma təhlükəsi artır – Mütəxəssislərdən xəbərdarlıq

Havaların kəskin isti keçməsi günvurma hallarını artırır. Xüsusilə yaşlılar, uşaqlar və açıq havada çalışan insanlar risk qrupuna daxildir. xəbər verir ki, həkimlər xəbərdarlıq edir ki, günəşin ən aktiv olduğu saatlarda əsasə

.

Qəhvə bu formada içiləndə ömrü uzadır

ABŞ-də aparılan genişmiqyaslı araşdırma sübut edib ki, qəhvə düzgün şəkildə içildikdə insan ömrünü uzada bilər. xəbər verir ki, Tufs Universitetinin alimləri 46 mindən çox amerikalının həyat tərzini və qəhvə istehlakını təhli

.

Beynimiz xəyalla reallığı ayırd edə bilmir?

Beynimiz bəzən gerçəklə xəyalı ayırmaqda çətinlik çəkə bilər. ABŞ-də aparılan yeni bir elmi araşdırma bu mövzuya fərqli yanaşma təqdim edib. xəbər verir ki, alimlər beynimizdəki bəzi hissələrin həm real görüntü zamanı, hə

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az qadın geyimi geyim şəkilləri qadin dunyasi süni mayalanma toy ideyalari aysel elizade sevgilisi usaq sampunlari seksual dolca bedii edebiyyat vətən haqqında atalar sözləri nagillar