Sahura qalxmadan oruc tutmayın! - XƏBƏRDARLIQ

Sahura qalxmadan oruc tutmayın! - XƏBƏRDARLIQ"Ramazan ayında mədəni narahat etməmək və kalori qəbulunu idarə etmək üçün artıq yağ qəbuluna səbəb olacaq qızartma və qovurma kimi xörəklərdən az istifadə edilməsi tövsiyə olunur. Gün ərzində enerjili olmaq üçün qida rasionuna zülalla zəngin olan məhsullara üstünlük verilməlidir".
Publika.az  xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Günay İsmayılova bildirib.
 O qeyd edib ki, həmçinin çox yağlı və tərkibində karbohidrat olan un məmulatlarından az istifadə olunması məsləhət görülür. Yeməklərin temperaturu həddindən artıq isti və ya soyuq olmamalıdır. Çünki uzun müddət boş qalan mədəyə birdən-birə soyuq qidanın daxil olması spazmalara səbəb ola bilər.
Kimlərin oruc tuta bilməməsinə gəlincə isə, G. İsmayılova bildirib ki, oruc tutmaq azyaşlı uşaqlara, hamilə qadınlara və süd verən analara tövsiyə olunmur: "Mədə-bağırsaq traktının xroniki xəstəlikləri, hipertoniya, şəkərli diabet, ürək-damar sistemi xəstəlikləri olan insanlar oruc tutmaq istədikləri təqdirdə müalicə həkimləri ilə məsləhətləşmələri məqsədəuyğundur".
Həkim, həmçinin əlavə edib ki, bəzi insanlar sahura (oruc üçün səhər yeməyi) qalxmırlar. Lakin sahura qalxmadan oruc tutmaq sağlamlıq üçün çox təhlükəlidir. Çünki səhər yeməyi son dərəcə vacibdir. Sahura qalxmağı vərdiş etmək orucun əsas şərtlərindən biridir. Bu, həm aclıq hissini azaldacaq, həm də maddələr mübadiləsinin sürətini qorumağa kömək edəcək:
"İftarla müqayisədə imsak zamanı daha yüngül və uzun müddət ərzində aclıq hissindən yayındıran qidalardan istifadə etmək tövsiyə olunur. Belə ki, zülalla zəngin süd məhsulları (qatıq, süd, ayran), yumurta, liflə zəngin yaşıl yarpaqlı tərəvəzlər istifadə etmək lazımdır. Uzun müddət aclıq hiss etməmək üçün məsləhət görülür ki, kəpəkli undan hazırlanmış çörəkdən istifadə olunsun. Çünki kəpəkli çörək ağ çörəkdən 4 dəfə gec həzm olunur, bu isə uzun zaman ac qalmağa kömək edir.
İmsak vaxtı liflərlə zəngin olan meyvələrin qəbulu çox əhəmiyyətlidir. Bununla da gündəlik meyvə ehtiyacı ödənmiş olunacaq. Ədviyyatlı və ya həddindən artıq duzlu qidalar susuzlaşdıra, orucu çətinləşdirə biləcəyindən onların qəbulu tövsiyə olunmur".
Nazirlik rəsmisi əlavə edib ki, mədəni birdən-birə çox yükləmək olmaz. Belə ki, aclıq zamanı maddələr mübadiləsi zəifləyir, çoxlu qida qəbulu isə köp, sancı və qəbizliyə səbəb ola bilir. Bundan başqa, davamlı qida qəbulu ani təzyiq və şəkər yüksəlməsinə səbəb ola bilər:
"Ona görə də iftar hissələrə bölünməlidir. Adətən iftarda oruc su və xurma ilə açılır, daha sonra sulu yeməklərə üstünlük verilir. Sulu yeməkdən sonra bir az fasilə verilməlidir. Bundan sonra ət məhsullarının yerinə zülalla zəngin paxlalılara (mərci, lobya, noxud) üstünlük verilə bilər. Sonda yaşıl çay, nanə, zəncəfil, adaçayı, məkkəgülü, darçın, hil, cirə, mixək kimi bitkiləri tək-tək və ya qarışıq halda dəmləyib içilməsi orqanizm üçün faydalıdır. Oruc tutan şəxslərdə gün ərzində maye və mineral itkisi olur. Bu vəziyyəti kompensasiya etmək üçün iftar və sahur arasında bol maye və minerallarla zəngin olan suya üstünlük verilə bilər. Həmçinin iftardan 1-2 saat sonra yüngül məşqlər və ya qısa gəzinti məsləhət görülür".

Sağlamlıq     Baxılıb: 1839   Tarix: 05 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

turlar.az

geyim necə seçməli hamiləlik makiyaj instagram tecavuze ugrayan qadinlar qadini ehtiraslandiran sozler boyurtken kompotu qan qruplari kosmetika rus dili hakışta salatlar webnem tovuzlu qadin saglamlig