Sakroileit

SakroileitSakroileit onurğanın aşağı hissəsinin çanaq sümüyünə birləşən hissəsinin iltihablşmasıdır. Xəstəlik əsasən birləşdirici toxumanın sistem xəstəlikləri zamanı meydana çıxır. Bəzi hallarda sakroileitin əmələ gəlməsinə baş verən travmalar, revmatik xəstəliklər də da səbəb ola bilir. Xəstəlik özünü aşağıdakı əlamətlərlə biruzə verir:
- həmin bölgədə şiddətli ağrılar
- hərəkətin azalması
- temperatur
- səbəbsiz əmələ gələn dəri xəstəlikləri
- səbəbsiz baş verən ishal.
Xəstəliyin ilk günlərindən kəskin ağrılar xəstəni incitməyə başlayır. Bəzən sakroileiti radikulit xəstəliyi ilə səhv salırlar. Xəstədən anamnezin diqqətlə toplanılması, diaqnozun düzgün qoyulmasında böyük rol oynayır. Belə ki, sakroileit bir çox hallarda spontan iltihablı revmatzm, vərəm və brüselyoz xəstəliklərindən sonra baş verir. Bəzən isə xron xəstəliyi, infeksion xəstəliklər, kolit səbəbindən də xəstəlik baş verə bilir. Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq 5 növü var:
1. Normal.
2. Şübhəli.
3. Minimal sakroileit.
4. Orta dərəcə sakroileit.
5. Ankiloz.
Xəstəlik əmələ gəlmə səbəbinə görə birincili və ikincili ola bilir.
Birincili sakroileit zamanı xəstəlik çanaqda baş verən patologiya səbəbindən meydana çıxır.
İkincili sakroilet isə immun sistemdə baş verən patologiyalar zamanı birləşdirici toxumanın xəstəlikləri və revmatizm xəstəlikləri zamanı meydana çıxır.
Xəstəliyə diaqnozun qoyulmasında rentgen müayinənin və toplanılan anamnezin nəticələri mühüm rol oynayır.
Sakroileitin müalicəsində aşağıdakı üsullardan istifadə edilir:
- fizioterpevtik müalicə üsulu
- dərman müalicəsi
- fiziki və psixoloji istirahət.
Sakroileit zamanı xəstələrdə şiddətli ağrıların olmasına baxmayaraq xəstəlik həyat üçün təhlükəli hesab edilmir. Lakin bel nahiyyədə baş verən ağrılar digər orqanlara da sirayət etdiyindən hərəkət məhdudluğu meydana çıxır. Xəstəliyin müalicəsi zamanı orqanizmdə baş verən digər xəstəliklərin də müalicə olunmağı tələb olunur. Xəstəlik vaxtında və düzgün müalicə olunmasa ağırlaşmalar baş verir. Belə ki, xəstəlik müalicə olnmadıqda əlilliyə səbəb ola bilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2071   Tarix: 29 oktyabr 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

turlar.az

qadin sayti gozel gorunmek yemek reseptleri alt geyimləri portagalin faydasi yeni paltarlar 2026 doğuşdan sonra kosmetika muellim seiri bayatılar şirin qoğal tanisliq faydalı bilgilər