Sallanmış yanaqlardan xilas olmağın yolları
Yaş, ətraf mühit və qeyri-sağlam qidalanmanın təsiri ilə yanaqlar sallanır. Sallanmış yanaqlardan xilas olmaq üçün Publika.az-ın məsləhətlərinə əməl edin!
Üz idmanı
İdmanla, sadəcə ayaqları və ya qarnı deyil, üz əzələlərinizi də möhkəmləndirə bilərsiniz. Güzgünün qarşısına keçin və 10 saniyə ərzində gülümsəyin. Hər dəfə 2 saniyəlik fasilələr verərək bunu 10 dəfə təkrarlayın. Daha sonra yanaqları hava ilə doldurub şişirin. Bunu da yuxarıdakı qayda ilə edin. Bunlar cəmi 2 dəqiqə vaxtınızı alacaq. Gündə iki dəfə bu idmanı təkrarlayın.
Avokadolu bal maskası
Yarım avokadonu iki xörək qaşığı bal ilə qarışdırıb yanaqlarınıza çəkin. 15 dəqiqə masaj edərək maskanı dəriyə yedizdirin. Daha sonra soyuq su ilə təmizləyin.
Qatıqlı əzvay maskası
4 xörək qaşığı az yağlı qatığı 2 xörək qaşığı əzvay (aloe-vera) suyu ilə qarışdırın. Əldə etdiyiniz maskanı fırça ilə üzünüzə çəkin. 20 dəqiqə gözlədikdən sonra ilıq su ilə durulayın.
(publika.az)
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Survivor 2027'nin kapitanları onlar oldu
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?