Şam işığında məhsulu toplanan rəvənd bitkisinin tibbi faydaları
Rəvənd haqqında ilk məlumatlar eramızdan əvvəl 2700-cü ilə gedib çıxır. Rəvəndi Rusiyaya 1873-cü ildə məşhur səyyah Nikolay Prjevalski gətirib. Soyuğadavamlı bitki olan rəvəndin vətəni Tibet və Çin hesab edilir. XIX əsrin axırlarında qurmanlar onu yetişdirməyin yeni texnologiyasını işləyib hazırlayıblar. Onlar bitkini istixanada yetişdirərək məhsulunu şam işığında toplayırdılar. Həmin şəraitdə rəvənd yarım metrdən artıq boy atır, özünəməxsus dadını isə qoruyub saxlayırdı. İndiyə qədər hər ilin fevral ayında İngiltərənin Yorkşir qraflığında rəvənd festivalı keçirilir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qurudulmuş rəvənddən qızdırmasalıcı vasitə kimi istifadə edilirdi. Britaniyalıların müxtəlif desert və piroq hazırladığı rəvənd alman, Danimarka, eston mətbəxlərində bir sıra xörəklərin tərkibinə daxildir.
Rəvəndin kökləri yaxşı ödqovucu və işlədici keyfiyyətə malikdir. Bitkidən işlədici kimi istifadə etdikdə onun yarpaqları 100 qramdan çox olmamaq şərtilə çiy şəkildə yeyilməlidir. Bitkidən, həmçinin bağırsaqların fəaliyyətini normalaşdırmaq, büzücü effekt əldə etmək üçün istifadə edildikdə sutkalıq miqdarı 2,5 qramdan çox olmamalıdır. Rəvənddən hazırlanan kompot həzmi yaxşılaşdırır, orqanizmi tonuslandırır. Rəvəndin spirtli çıxarışı daha çox işlədici təsirə malikdir. Bununla yanaşı antiseptik, iştahaartırıcı, köp və iltihab əleyhinə təsir göstərir, qızdırmasalıcı təsirə malikdir.
Bitkinin təsiri qəbul ediləndən 8-10 saat sonra başlayır. Yaşlıların ondan istifadə etməsi məsləhət görülmür. Uzun müddət istifadə etdikdə onun işlədici effekti azalır və alışqanlıq yaranır. Tərkibində külli miqdarda turşəng turşusu olduğuna görə rəvənd 12 yaşına qədər uşaqlarda zəhərlənməyə səbəb ola bilər. Ona görə də pediatriyada rəvənddən ehtiyatla istifadə etmək lazımdır. Hamilə qadınların da ondan istifadəsinə icazə verilmir.
Milli.Az /news.milli.az









100 yaşlı Hollivud aktyoru uzunömürlülüyünün sirrini AÇIQLADI - FOTO
Limonlu çay içənlər niyə daha uzun ömür sürür? - Mütəxəssislər açıqladı
Metin Akpınardan qızının 6 milyonluq təzminat tələbinə etiraz
Xərçəng aşkarlanan model ölümdən xilas oldu
Yuxusuzluğun əsl səbəbi bu imiş: Çoxlarının gözdən qaçırdığı DETAL
"Gərəksiz" deyilən həmin orqan xərçənglə mübarizə aparırmış: Faydasızdır deyib əməliyyatla götürürdülər
Zamiqin bu xüsusiyyəti pisdir
Dilarə və Fəriddən yeni duet: "Sevəcəm
Pəhrizdə ən böyük səhv tez-tez menyu dəyişməkdir
Virusların yayılması artır - Həkim xəbərdarlıq etdi
Mustafa məhkəməni uduzdu - Serbiyada ev alacaq
Kızılcık şərbəti'ndən qovulan Doğukan bu serialda çəkilir
Kıvançın serialında tərəf müqabili böhranı - 3 aydır heç kimi bəyənmir
Yemək yeyəndə etdiyimiz bu səhv ürəyi MƏHV EDİR