Şampan, şərab, araq və pivəni hansı qəlyanaltılarla birləşdirmək lazımdır? - EKSPERT AÇIQLADI

Şampan, şərab, araq və pivəni hansı qəlyanaltılarla birləşdirmək lazımdır? - EKSPERT AÇIQLADIYeni il bayramı və tətil günləri çox yeyib-içmək üzrə uzanan marafon yarışına bənzəyir.
Milli.Az xəbər verir ki, sağlam qidalanma üzrə ekspert Elena Solomatina Yeni il masasında bir-biri ilə uyğun və uzlaşmayan spirtli içkilərlə məzə və qəlyanaltılardan danışıb.
Ekspert izah edir ki, spirtli içkilərin yanında təklif edilən məzə və qəlyanaltının iki əsas tələbi var. Birincisi, sürətli intoksikasiyanın qarşısını almalıdır. İkincisi, qəlyanaltı alkoqollu içkinin dadını və qoxusunu boğmamalıdır:
"Etil spirti - spirtli içkilərin tərkibindəki etanol qaraciyərdə parçalanır. Odur ki, alkoqol qaraciyərə daha çox zərər verir. Etanol müxtəlif fermentlərin işlədiyi iki mərhələdə parçalanır. Əvvəlcə alkoqol dehidrogenləşmə fermenti etanolu asetaldehidə çevirir. Və sonra ferment asetaldehidi sirkə turşusuna çevirir. Düzgün qəlyanaltı bu fermentlərin ifrazına kömək edə, həm də spirtin qana daxil olmasını ləngidə bilər.
Yeni il masasını olivye salatı olmadan təsəvvür etmək çətindir. Belə bir salatı hansı şərabla birlikdə yemək lazımdır? Bu, onun hazırlanması və təqdimatından asılıdır. Salat toyuğun döş əti, zeytun yağı, az yağlı xama və ya qatıqla hazırlanıbsa, ağ şərabla əla qəlyanaltı olacaq. Əgər salata mayonez, turşu, göbələk, ət və digər yağlı qidalar əlavə ediriksə, onda bu məzə qırmızı şərab və ya araqla yaxşı həzm olunacaq".
Dietoloq "Quru şərablar ət qəlyanaltıları ilə yaxşı gedir" ənənəvi fikri təsdiqləyir.
"Ət və yağ spirtin qana daxil olmasını yavaşladır. Quru şərab da öz növbəsində ətin həzm prosesinə kömək edir. Fakt budur ki, ət uzun müddət həzm olunur və çox miqdarda mədə şirəsi və duz turşusu tələb olunur. Bu halda quru qırmızı şərab sadəcə turşu əlavə edir, orta turşululuğu artırır və ətin həzm olunmasına kömək edir. Bundan əlavə, şərabın tərkibində ətdəki xolesterinin mənfi təsirlərini azaldan antioksidantlar var.
Ümumiyyətlə, quru şərablar bir çox məhsulla uzlaşır, odur ki, onlara məzə və qəlyanaltı seçmək o qədər də çətin deyil. Ağız dadına əsasən bu və ya digər qəlyanaltı şərabın dadını vurğulaya və ya əksinə onu əngəlləyə bilər. Quru ağ şərabın tamı daha neytraldır, odur ki, onunla kəskin dada malik olmayan, daha yumşaq qoxu və dada malik yeməklər uyğun gəlir. Onunla yağlı pendir, qaynadılmış və qızardılmış balıq, yaxud da ağ ət tövsiyə etmək olar. Quru qırmızı şərabları isə ən yaxşısı daha ədviyyatlı və kəskin qırmızı ətlə birləşdirin. Ədviyyatlı pendir də əla məzə ola bilər".
Limonla konyak dost ola bilməz
Dietoloq təzə tərəvəz, karides, dana, quş əti və ya balıqdan hazırlanan qəlyanaltıları klassik şampanla birlikdə istifadə etməyi məsləhət görür.
"Ancaq qızardılmış bifştek, quzu qabırğası və sarımsaq-soğan-mayonezdən hazırlanmış salatlar şampanın zərif dadını "öldürür". Həm kəmşirin, həm də şirin şampan üçün ən yaxşı məzə müxtəlif meyvə və çərəzlərdir. Yeri gəlmişkən, eyni məzələr şirin, kəmşirin şərab və likörlə də uyğundur. Nə qədər qəribə olsa da, konyak tünd şokolad kimi müxtəlif yüngül desertlərlə uyğun gəlir. Konyakın limonla birləşməsi tamamilə yanlışdır. Birincisi, bu sitrus meyvəsi "tam hüquqlu" bir məzə deyil və heç bir şəkildə konyakın qan dövranına daxil olma dərəcəsini azaltmır. İkincisi, limon əslində bu nəcib içkinin dadını boğur.
Ziyafət süfrələrində yer alan pivəyə gəldikdə, konsentrat duzlu və ədviyyatlı yeməklər ən yaxşı qəlyanaltı kimi verilir. Pivənin tündlüyü nə qədər yüksəkdirsə, qəlyanaltı daha kəskin və acı olmalıdır.
Araq + siyənək - təzə pomidor
Ekspertin sözlərinə görə, olivye və şuba salatlarına əlavə edilən siyənək balığı və donuz əti araqla əla qəlyanaltı olacaq:
"Xörək yağlıdırsa, araq mədənin həzm prosesinə kömək edəcək. Eyni zamanda, yağ mədədə spirtin qana tez keçməsinə imkan verməyən qoruyucu bir təbəqə yaradır. Beləliklə, sizi ağır sərxoşluqdan xilas edəcək.
Araqla birlikdə masadakı turşular da faydalıdır. Araq bədəndən duzları çıxarır. Pomidor, xiyar və kələm turşusu tarazlığı normallaşdırır. Yeri gəlmişkən, araq təzə pomidorla yola getmir. Pomidorda çox sayda üzvi turşu var. Etil spirti ilə birlikdə bu maddələrin təsiri o qədər artırılır ki, mədə mukozası çox qıcıqlanır. Nəticədə şişkinlik, ağırlıq hissi, narahatlıq yaranır.
Qeyd: Həkim dietoloq deyir ki, yağlı ət yeməkləri kəmşirin və şirin şərabla uyğun gəlmir. Ət və digər ağır qidalar uzun müddət mədədə qalır və mədə şirəsi ilə həzm olunur. Buraya şirin sular əlavə olunduqda mədədə mayalanma başlayır. Müvafiq xoşagəlməz nəticələrsə özünü çox gözlətməyəcək. Karbon qazı ilə doldurulmuş şirin şampan xüsusilə ciddi narahatlığa səbəb ola bilər. Xatırladaq ki, kardioloqlar təzyiq problemi olan insanları araq içməkdən çəkinməyə çağırırlar. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 6129   Tarix: 30 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

yay geyimləri 2026 geyim şəkilləri geyim seçimi anaya aid atalar sozu hamilelik gavali haqqinda ariqlamagin asan yollari kosmetika ariqla gözellik novruza aid hakisdalar kurtlar vadisi bir arzum var