Sarıkökün faydaları

Sarıkökün faydalarıSarıkök zəncəfilkimilər fəsiləsinə aid olan çoxillik bitkidir. Bu bitkinin boyu 1,5-2 metrə qədər qaxa bilir. Sarıkökün yarpaqları uzunsov, oval və tünd yaşıl rəngdə olur. Sarıkök kolunun ortasından hündürə qalxan budaqda isə onun çiçəyi açır. Sarıkökün torpaqda qalan hissəsi 4-6 diametrdə olan yoğun kökdən ibarətdir. O yabanı halda bitmir. Sarıkök xüsusi istixanalarda xüsusi qaydalara uyğun olaraq yetişdirilir.
Sarıkök 20*- dən aşağı olmayan temperaturda nəmişlik ərazilərdə bitir. O ən çox tropik və subtropik bölgələrdə yetişdirilir. Sarıkök əsasən Cənub Qərbi Hindistanda, İndoneziyada, Vyetnamda və Çində bitir. Bu bitkidən alınan ədviyyat bütün dünya bazarlarında satışa çıxarılır.
Sarıkökün vətəni Hindistan və Çin sayılır. 2500 il əvvəl sarıkökdən istifadə edilib. O zamanlar sarıkökdən boya və müalicə məqsədilə istifadə olunub. Onu ilk dəfə Hindistandan Avropa öklkələrinə Makedoniyalı İskəndər gətirib. Sarıkök xalq arasında müxtəlif adlarla adlandırırlır. Onu yunanlar, hindlilər, ingilislər "Hindistan zəfəranı", " sarı zəncəfil"də adlandırırlar. Sarıkökün 80-a yaxın növü var. Amma ədviyyat kimi onun bir-neçə növündən istifadə olunur. İstifadə etmək üçün isə onu toz halına salırlar.
Sarıkök toz şəklində, xüsusi qoxuya malik olan, özünəməxsus dada malik olan bir ədviyyat və təbiətin yaratdığı ən təbii boyadır.
Sarıkökü üyüdülməmiş halda aldıqda onun qabığına və qoxusuna diqqət yetirmək lazımdır. Təzə sarıkök möhkəm və zədəsiz olmalıdır. Onu aldıqda etiketindəki tarixinə mütləq baxmaq lazımdır. Təzə sarıkök soyuducuda 2 həftədən çox qalmamalıdır. Onu uzun müddət saxladıqda dadı tüdləşir və acı olur.
Qurudulmuş və üyüdülmüş sarıkökü isə 2-3 il müddətində saxlamaq mümkündür.
Qurudulub üyüdülmüş sarıkök sarı-narıncı rəngə malik olur. Qida sənayesində ondan pendirlərin, marqarin yağlarının, süd məhsullarını rəngləndirilməsi məqsədilə istifadə edilir. Sarıkök sousların, ət və dəniz məhsullarının bişirilməsi zamanı da istifadə olunur. Onu toyuq məhsullarının bişirilməsi zamanı da tətbiq edirlər. Sarıkök düyüyə xüsusi rəng və dad verir.
Sarıköknın Tərkibi
100 qram sarıkökün qida dəyəri:
- Zülallar - 7, 83 qr
- Yağlar - 9,88 qr
- Karbohidratlar - 43,83 qr
- Su - 11,36 qr
- Kalori - 354 kKal.
Sarıköknın Xeyri
Sarıkökün tərkibi fosfor, dəmir, kalsium, yod, C, B1, B2, B3 vitaminləri ilə zəngindir.
Tibb sənayesində sarıkökün müalicəvi təsirlərindən çox faydalanırlar. Hindistanda sarıkökü hər bir xəstəlik zamanı istifadə edirlər. O ən təbii antibiotikdir. Sarıkök iltihab əleyhinə, qanaxma kəsici və detoksikasiya məqsədlə istifadə edilir. Sarıkök orqanizmdən toksinlərin və kimyəvi zəhərlənmələrin xaric olunmasını sürətləndirir. Qəbul edilən qidaların orqanizmə pis təsir etməməsi üçün onlara sarıkök əlavə eləmək məsləhət görülür.
Sarıkök tozu həzmi sürətləndirir, mədə şirəsinin və ödün axmasına səbəb olur. Arıqlama üçün hazırlanan təbii preparatların hamısının tərkibində sarıkök olur.
Təzə sıxılmış sarıkök şirəsi dəri xəstəliklərinin(dəmrov, eqzema və s.), ağcaqanad sancdığı yerlərin sağalmasına səbəb olur.
Hindistanda soyuqdəymələr zamanı südə qatılmış sarıkökdən istifadə edilir.
Angina və boğaz ağrıları zamanı suya sarıkök və duz əlavə edib qarışdırdıqdan sonra qarqara eləmək xəstəliyin əlamətlərinin azalmasına səbəb olur.
Faringit zamanı 1 çay qaşığı balla, 1 çay qaşığı sarıkökü qarışdırıb ağızda saxlayaraq yavaş-yavaş sormaq lazımdır.
Sarıkökü suda qarışdırdıqdan sonra ağız boşluğunu yaxalamaq dişlərdə olan xəstəliklərin azalmasına və diş əti qanaxmalarının kəsilməsinə səbəb olur.
Zədələnmələr və şişkinliklər zamanı limon şirəsi və duz qarışdırılmış su ilə kompres qoymaq patologiyaların aradan qalxmasına səbəb olur. Anemiyalar zamanı bal qaışdırılmış sarıkök yemək xəstəliyin sağalmasını sürətləndirir.
Sarıkökdən cavanlaşdırıcı losyonların, skrabların, maskaların və kremlərin hazırlanmasında geniş istifadə edilir. Sarıkök əlavə edilmiş skrablar dərini dərindən təmizləyir, cavanlaşdırır. Skrab bu qaydada hazırlanır və tətbiq edilir.
1 çay qaşığı zeytun yağı, az miqdarda duz, yarım çay qaşığı sarıçök, darçın və qəhvə tozundan hazırlanmış qarışımı massaj edərək üzə sürtüb 5-7 dəqiqə sonra yuyulur.
Bal və sarıkök qarışımından qoyulan maska dərinin cavanlaşmasına və qidalanmasına səbəb olur. Bu maska dəridəki iltihabı proseslərin də sağalmasını sürətləndirir. Bunun üçün eyni miqdarda bal və sarıkök qarışdırılaraq üzə sürtülür və 10-15 dəqiqə sonra isti su ilə yuyulur.
Epilyasiyadan sonra sarıkök sürtmək dəriyə antiseptik təsir bağışlayır və tüklərin yenidən çıxmasını ləngidir. Bu məqsədlə sarıkökü suda qarışdırıb qatı maddə şəklinə salmaq və epilyasiyadan sonra dəriyə sürtmək və bir müddət saxladıqdan sonra yumaq lazımdır. Bu zaman sizin dəriniz sarı rəngə çalarsa, o zaman qorxmaq lazım deyil, çünki 12 saatdan sonra bu rəng öz-özünə keçib gedəcəkdir.
Bir stəkan qaynar süd və 1 çay qaşığı sarıkök qarışımı orqanizmin cavanlaşmasına səbəb olur. Qarışımı birbaşa və ya gün ərzində az-az içə bilərsiniz.
Sarıköknın Ziyanı
2 yaşına qədər uşaqların sarıkökdən istifadə eləməsi məsləhət deyil. Nefrit, pankreatit, hepatit və ciddi mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlərə uzun müddət sarıkök istifadə eləmək olmaz. Bu mədə şirəsinin və xarici sekresiya vəzilərinin işini korlaya bilər. Bəzi həkimlər hamiləlik zamanı qadınlara sarıkökdən istifadə eləməyi məsləhət bilmirlər. Onların fikrincə sarıkök uşaqlarda allergiyanın əmələ gəlməsinə səbəb ola bilər.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1260   Tarix: 29 oktyabr 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Nə velosiped, nə də yürüş: Ürəyi gənc saxlamağın yolu evdə imiş

Yaş artdıqca bədən sağlığını qorumaq naminə ağır olmayan fiziki fəaliyyətlərə üstünlük verilməsi halları çoxalır. Uzun illər boyu mütəxəssislər tərəfindən yaşlı nəsil üçün sürətli yeriş və ya velosipedlər ilk sırada tövsiy

.

Həmin qidaların müntəzəm istifadəsi xərçəng riskini artırır - XƏBƏRDARLIQ

Gündəlik 50 qram emal olunmuş ət məhsullarının - kolbasa, sosiska və bekonun qəbulu kolorektal xərçəng riskini təxminən 18 faiz artırır. xəbər verir ki, bu barədə terapevt və qastroenteroloq Olqa Suxareva sosial şəbəkələrd

.

Bu şəxslərin beyni daha gec YAŞLANIR

27 Avropa ölkəsində aparılan elmi tədqiqatlara əsasən, ən azı iki dil bilən insanların beyni daha gec yaşlanır. -ın məlumatına görə, araşdırmaya 86 min nəfər qatılıb və məlum olub ki, çoxdilli insanlarda beyin yaşlanmas

.

Qulaqdakı bu xətt infarkt riskini göstərir

Ürək sağlamlığı ilə qulaqda görünən xətt arasında əlaqə aşkar edilib. xəbər verir ki, tədqiqatçılar qulaqda əmələ gələn və "Frank əlaməti" kimi tanınan bu xəttin ürək tutması riskinin artması ilə yüksək dərəcəd

.

Bir gündən sonra corablarınızda YAŞAYIR

Corablar təkrar yuyulmadan yenidən geyiniləcək geyim deyil. Cins şalvarı və ya sviteri bir neçə dəfə geyinmək artıq adi hal sayılsa da, corabların təkrar geyinilməsi mövzusu daha çox mübahisə doğurur. Lakin elmi məlumatlar

.

Narçiçəyi çayı: Faydaları, istifadə sahələri və diqqət edilməli olan məqamlar

Narçiçəyi çayı ənənəvi təbabətdə əsrlər boyu istifadə olunan "punica granatum" bitkisinin çiçəklərindən əldə edilən bitki mənşəli bir içkidir. xəbər verir ki, zəngin fitokimyasala malik olan narçiçəyi ekstraktlarını

.

Evdəki bu bitkilər baş ağrısına SƏBƏB OLURMUŞ

Bioloq Anna Kravtsova yataq otağında bəzi güllərin saxlanılmasının sağlamlığa mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib. xəbər verir ki, mütəxəssisin sözlərinə görə, xüsusilə güclü qoxuya malik zanbaq və bəzi orkid

.

Banan qabığının faydaları: evdə istifadə etməyin 10 üsulu

Banan qabığı sadəcə meyvə qalığı deyil. O, kulinariya, dəriyə qulluq və hətta məişətdə gizli "silaha" çevrilə bilər. Gəlin bu gözlənilməz "mətbəx qəhrəmanı"na necə ikinci həyat verməyin mümkün olduğun

turlar.az

geyim seçimi qadin sayti donlar 2026 buga burcu payız xəstəlikləri pəhriz romantik pozalar kosmetika aybawi əfsanələr dieta vətən haqqında atalar sözləri naz mila