Sarımsaq qoxusunun qarşısını almaq üçün bunları edin

Sarımsaq qoxusunun qarşısını almaq üçün bunları edinSarımsaq sevənlər bilir, qoxusu uzun müddət bədəndə qalır. Yediyiniz sarımsaqlı yeməyin üstündən 24 saat keçsə də, qoxusu nəfəsinizdə və tərinizdə hiss edilir. Hətta, dodağınıza sarımsaq sürtsəniz belə, eyni nəticə ilə üzləşəcəksiniz.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, 1936-cı ildə "Journal of the American Medical Association"da dərc olunan bir məqalədə həkimlər, xortum ilə mədəsinə sarımsaqlı şorba verilən bir xəstənin nəfəsindən, bir neçə saat sonra sarımsaq qoxusu gəldiyini qeyd etmişdilər.
Başqa bir həkim isə sarımsaq iyi verən hamilə bir qadının doğuşundan sonra, körpənin də eyni şəkildə qoxuduğunu yazmışdı.
Bir neçə il öncə Ohia Dövlət Universitetindən Sheryl Barringer sarımsaqla yeyilən bəzi qidaların qoxunu aradan qaldıra bilmək mövzusunu araşdırıb. Kahı, cırdaquş, kərəviz, kartof, cəfəri, nanə, reyhan və göbələk kimi bəzi tərəvəzlərin sarımsaq iyini azaltdığı bəlli idi. Barringer tələbələri ilə bunun səbəbini və necə olduğunu araşdırıb.
Ən çox işə yarayan qidaların kahı, nanə və alma olduğu aşkar olunub. Amma bunlar bişdikdə eyni təsiri göstərmirdi. Deməli, bu qidalardakı bəzi fermentlər, bişəndə parçalanır və yararsızlaşır. Lakin unutmamalıyıq ki, istədiyiniz qədər qoxunu azaldan vasitələrə əl atsanız da, insan yaşayan, nəfəs alıb verən bir kimya fabrikidir.
Yediklərimizlə yanaşı, ağzımızda yaşayan bəlli bakteriyalar, hətta məlum xəstəlikləri daşıyıcısı olub-olmadığımızı belə, nəfəsimiz və tərimizin iyini müəyyənləşdirir.
Elm adamları nəfəs verdikdə çıxan molekulları nəzərdən keçirərək ağ ciyər xərçəngini müəyyənləşdirmənin mümkünlüyünü anlamağa çalışır. Qan, sidik və ya toxuma nümunələrindəki qoxunu analiz edən elektron qoxu alma cihazları ilə, yumurtalıq xərçəngi və ya beyin zədələnməsi kimi xəstəliklərə xas uçucu molekulların müəyyənləşdirə biləcəyi araşdırılır.
İnsanın özündən gələn pis iyləri azaltmaq cəhdi, ümumi ədəb qaydasıdır; ancaq, bu qoxuların mühüm məlumatlar daşıması düşüncəsi maraq doğurur.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1159   Tarix: 29 aprel 2024
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

kosmetika mehsullari adlarin menasi reseptler sirin gilas qızartma hamilelik xiyar tutmasi hazirlanmasi kosmetika oglaq vətənə aid atalar sözləri novruza aid hakisdalar google azerb clpaq qadinlari