"Sassi" suyu ilə 60 saniyədə arıqlayın-VIDEO
Xanim.az xəbər verir ki, dünya şöhrətli dietoloq olan Sintia Sassın şərəfinə belə adlanan su, arıqlamaq istəyən, qarın nahiyəsində problemləri olan, eləcə də orqanizmini yaxşılaşdırmaq istəyənlər üçün olduqca faydalıdır.
İnqredientlər:
Suyu tökmək üçün qab;
Orta ölçülü limon və xiyar;
Zəncəfil kökü;
Nanə;
Təmiz su.
Hazırlanması:
Addım 1.
"Sassi" suyunu axşamdan hazırlamaq daha yaxşı olardı. Belə ki, su soyumalı və tərkibindəki ərzaqlar öz faydalı maddələrini suya çıxarmalıdırlar. İlk növbədə, limon, xiyar, zəncəfil və nanə yaxşı yuyulur (limon və xiyarın qabığı soyulmadığı üçün təmiz yuyulmaları vacibdir).
Addım 2.
Limon və xiyar nazik halqalar şəklində doğranır. Zəncəfil kökündən 1-2 sm uzunluğunda hissə kəsib qabığını soymaq və rəndələmək lazımdır. Sonda alınan zəncəfil 1 çay qaşığı qədər (təpəciklə) olmalıdır. 10-15 yarpaq nanə götürmək kifayətdir.
Addım 3.
Hazırlanmış inqredientləri 2 litr həcmi olan qaba boşaldırıq. Üzərinə 2 litr təmiz filtrlənmiş su töküb soyuducuda bir gecə qalmalıdır.
Addım 4.
Hazırlanmış 2 litr məhlulun hamısı gün ərzində içilməlidir. Səhər acqarnına 1 stəkan "Sessi" suyu içmək lazımdır. Zəncəfil bağırsaqların işini yaxşılaşdırır. "Sassi" suyu şişkinliyi yatırır, bədəndə olan toksinləri çıxarır, mədə-bağırsaq sistemini qaydaya salır.
f Paylaş








Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
"Çirkin"in aktyoru nişanlandı - Foto
Mister Türkiye 2026'nın qalibi bəlli oldu
Yayda buzlu su içmək həmişə faydalıdırmı?
Daim yorğunluğunuzun səbəbi bu xəstəliklər ola bilər
Bu bitki yağı bədəndə iltihabı azaldır
Elnur Kərimovu sancan ilan ölüb? - AÇIQLAMA
Aygün Kazımova "DreamFest"ə tərzi ilə damğa vurdu
Tez-tez kolbasa yemək xərçəng riskini artırır