Satışda olan saxta ballar insan orqanizminə zərərlidir - Həkim fitoterapevt
Saxta bal adi şəkər tozundan bişirilmiş qatı bir şərbətdir, burada təbii bitki nektarından söhbət belə gedə bilməz. Zahirən təbii bala bənzəsə də insan orqanizminə ziyanlıdır, daimi istifadə zamanı şəkər xəstəliyinə yol açır.
Aztibb.az həkim-fitoterapevt Fizuli Hüseynov təmiz balı necə tanımağın üsullarını açılayıb:
- Balı qaşıqla götürün, bu zaman balın nazik tellərlə dartıldığını görəcəksiniz. Əgər tellər tez qırılırsa və qırılan kimi sürətlə dartılırsa bu keyfiyyətsiz baldır;
- Keyfiyyətli balın qoxusu burunu qıcıqlandırmır, saxta bala qarışmış sintetik esens ətirləri isə belə deyildir;
- 1 qaşıq balı 1 stəkana qoyun və üstünə qaynar su tökün, keyfiyyətli bal tez dağılmır, eləcə də suya tez qarışmır, saxta bal isə belə deyildir;
- Saxta bal dartıldığında hörümçək toru kimi havada uçar;
- Saxta bal qırıq-qırıq axar, təbii bal isə davamsız qırılmadan axar;
- Təbii bal ilə şərbət hazırlananda bulanıqlıq verir, saxta bal isə şəffaf olur.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi