"Saturasiyanın aşağı olması qanda..."

Saturasiya − qanın oksigenlə doyması deməkdir. Saturasiya aparatı ilə qandakı oksigenin dəyəri və nəbz ölçülür. Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə yoluxma zamanı ən çox zədələnən orqanlardan biri də ağciyərlərdir. Ağciyərlər normal işlədiyi halda saturasiya dəyəri 93−99 arasında dəyişir. COVID-19-un zədələdiyi ağciyərlərdə isə saturasiya göstəricisi, adətən, 90-dan aşağı olur. Nəzərə almaq lazımdır ki, saturasiya təkcə koronavirus xəstələrində deyil, digər bir sıra xəstəliklərdən əziyyət çəkənlərdə də aşağı düşə bilər. Misal üçün, ürək çatışmazlığı zamanı saturasiyanın düşməsi halı çox müşahidə edilir. Saturasiya və nəbzi ölçən aparat saturometr adlanır. Müvafiq şikayətləri olan pasiyentlərdə saturasiya və nəbz yoxlandığı halda, Həkimdə onun ağciyərlərinin fəaliyyəti haqqında təsəvvür yaranır və uyğun olaraq, pasiyentin müayinə metodu müəyyən edilir.
Milli.Az xəbər verir ki, bu barədə kardioloq-aritmoloq Günay Rəhimova məlumat verib.
Həkim-mütəxəssis saturasiya aparatının düzgün istifadə qaydası barədə danışıb. Qeyd edib ki, dırnaqları qalın manikür olan qadınlarda bir sıra hallarda saturasiya göstəricisi düzgün olmaya bilər: "Belə olan halda, narahatlığa ehtiyac yoxdur. Yəni, dırnaqlar qalın manikürlüdürsə, aparatda saturasiyanın normadan aşağı görünməsi normal haldır. Ümumiyyətlə saturasiya aparatı ilə yoxlama zamanı əli hərəkət etdirmədən təxminən 30 saniyə gözləmək lazımdır. Saturasiyanın aşağı olması qanda oksigen çatızmazlığına işarədir".
G.Rəhimova, həmçinin bildirib ki, saturasiyası çox aşağı olan xəstələrin simasından bunu anlamaq mümkündür: "Belə xəstələrin dodaqları göyərir və tənəffüs hərəkətlərinin sayı artır. Saturasiya normada olduqda ağciyərlər bir dəqiqə ərzində 16-17 dəfə qalxıb-düşməlidirsə, aşağı olan zaman göstərici 20-30 arasında dəyişir. Təəssüflər olsun ki, bu problemə COVID-19 pandemiyası dövründə daha çox rast gəlinir".
COVID-19 xəstəliyini qeyri-normal təzyiqdən əziyyət çəkənlərin daha ağır keçirdiyini deyən həkim-mütəxəssis əlavə edib: "Azərbaycan təzyiq xəstəliyi baxımından endemik hesab edilir, çünki ölkədə artıq çəkidən əziyyət çəkənlərin sayı çoxdur, əhalinin əksəriyyəti pəhriz qaydalarına riayət etmir, çox duzlu qidalanır və idmanla, demək olar ki, məşğul olmur. Həmin faktorlar yüksək təzyiqli xəstələrin sayının çoxalmasına gətirib çıxarır. Əlbəttə ki, koronavirus pandemiyası da problemi ağırlaşdırıb. Təsiredici digər səbəb isə COVID-19-un bəzən evdə özbaşına müalicə olunmasıdır. Yanlış müalicə metodu ilə bəzi vətəndaşların təzyiqi müalicə olunmaz vəziyyətə gəlir, xəstələrin halı ağırlaşır. Belə olan halda, həkim-mütəxəssisə müraciət etmək mütləq lazımdır. Bəzən koronavirusun mənfi təsiri xəstə sağaldıqdan sonra da orqanizmdən çıxmır. Xəstənin təzyiqi müalicə müddətində qəbul edilən lazımsız dərmanların toksiki təsiri yalnız bədəndən çıxdıqdan sonra normallaşır. Yəni, həkim-mütəxəssisə müraciət edərək vəziyyəti dəqiqləşdirmək lazımdır. Xüsusilə təzyiq xəstələri COVID-19-a yoluxduqları halda kardioloq və infeksionistin birgə müalicəsini almalıdırlar".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1066   Tarix: 09 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

geymler 2026 toy gecesi toy makiyaji sekilleri şirniyyatların hazırlanması alimlər qonaq otaqi dizayni sarımsaq kosmetika uzeyir hacibeyli banan novruz bayramı burclerin uyumu hakista sozler