Şəhid mayorun qızının bu məktubu ÜRƏK DAĞLADI - FOTO

Türkiyədə ötən il Mardinin Nusaybin mahalında şəhid olan mayor Ahmet Karamanın qızı Zühre Karaman sosial şəbəkədə paylaşdığı məktubu ilə ürək dağlayıb.

Xanim.az Milli.Az-a istinadla bildirir ki, şəhid qızının məktubundakı "Eşqin yaşı 17 idi, ata... Biz sənin, səsin, qoxun, gülüşün üçün darıxırıq. Sənsizlik çox çətindir. Eşqin yaşı 17 idi, ata, mənim səndən sonra 18 yaşım oldu", - sözləri hər kəsi məyus edib.

Mayor Ahmet Karaman ötən il terrorçuların yerə döşədiyi minanın partlaması nəticəsində həyatını itirib.

Dostlarının dediyinə görə, o, həmin günün səhəri yoldaşlarına "Bu gün Rəqaib gecəsidir, şəhid olmaq üçün gözəl gündür" söyləyib. O, qısa müddət sonra oğlu və qızı ilə telefonla danışaraq onları "şəhid olsam, ağlamayın" deyə tənbehləyib.

Milli.Az Türkiyə mediasına istinadla onun qızının məktubunu təqdim edir:

"Yük təyyarələri haqqında məlumatınız var? Mən sizə deyim.

Qətiyyən sərnişin təyyarələrinə bənzəmir. Fərqli-fərqli hissələri olmur. Evin qonaq otağı boyda boş yeri, girişi və bir neçə oturacağı var. Həmin hissəyə tabutu qoyurlar. Siz mənim tabut dediyimə baxmayın, o, gün gözümün nurunu qoydular onun içinə.

Azı 3 saat bu halda gurultulu, soyuq təyyarənin içərisində uçmaq nədir bilirsiniz?

Cəsarət edib onun yanına gedə bilməmək nədir bilirsiniz? Orada olduğunu bilərək üzünü görə bilməmək, sarılıb-qoxlaya bilməmək nədir anlayırsınız?

3 saat...

3 saat mən ona baxdım, o, mənə baxdı...danışmadım, toxunmadım, sarıla bilmədim...

Qardaşımın ən böyük arzularından biri təyyarəyə minmək idi. Atam "söz verirəm, mindirəcəm səni" demişdi. Belə də olsa, sözünü tutdu.

Verdiyin bütün sözləri tutdun, ata, ürəyin rahat olsun.

Səni sonuncu dəfə görəndə evdən gedərkən məni oyatmamışdın. Yataq istidir indi, mən olsam, qalxmazdım demişdin.

İndi üşüyürsən torpağın altında? Sən soyuğu heç xoşlamırdın.

Bu gün 1 il oldu, canımın içi. Səndən sonra heç nə eyni deyil. Ən xoşbəxt anımızda belə əksiklik var.

"Eşqin yaşı 17 idi, ata...Biz sənin, səsin, qoxun, gülüşün üçün darıxırıq. Sənsizlik çox çətindir. Eşqin yaşı 17 idi, ata, mənim səndən sonra 18 yaşım oldu"
Şəhid mayorun qızının bu məktubu ÜRƏK DAĞLADI - FOTOŞəhid mayorun qızının bu məktubu ÜRƏK DAĞLADI - FOTO

Xəbərlər     Baxılıb: 1858   Tarix: 10 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığ

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

turlar.az

qadın geyimi toy makiyajlari hamiləlik bal maskasi uz ucun şəbəkə sənəti allergiya qaşların formalari kosmetika yemek reseptleri burclerin uygunlugu itburnu geyim muellim seiri