Səidə Sultan izləyicilərini təhqir etdi: "Mən Həcərəm, Nigaram, qeyrətsiz sizsiniz..."
"Mən Həcərəm, Nigaram! Torpağım, millətim üçün canımı verməyə hazıram. Buna gücüm, özgüvənim, qeyrətim çatır. Qeyrətsiz sizsiniz ki, gücünüz müğənnilərə çatır, ağzınıza gələni yazırsız".
Xanim.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan bildirib.
İfaçı sosial şəbəkədə onu tənqid edənlərin cavabını verib:
"Biz bu qədər aqressiya ilə haraya gedirik? Feysbuk, instaqramda nə qədər şərh yazan dil-barmaq, dırnaqarası insanlarımız var? Müğənnilərə tökdüyünüz aqressiyaları yığışdırın, bir ordu edin. Gedin deyin ki, biz düşmənimizi parçalamağa hazırıq, gedək torpaqlarımızı alaq! Yoxsa ağzınıza gələni bilib-bilmədən yazırsız, şəxsiyyəti təhqir edirsiz. Utanmırsız? Ayıbdır, böyük insanlarsız.
Bəli, mən Həcərəm, Nigaram! Torpağım, millətim üçün canımı verməyə hazıram. Buna gücüm, özgüvənim, qeyrətim çatır. Qeyrətsiz sizsiniz ki, gücünüz müğənnilərə çatır, ağzınıza gələni yazırsız. İnanıram ki, bu sözlərdən sonra bir qrup şəxsiyyətsizlər yenə şərh bildirəcəklər. Gəlin indi bu paylaşımın altında yazılan şərhlərə fikir verək. Öz ailəsinə hörmət edən yaxşı yazacaq, etməyənlər isə öz rəyləri ilə bilinəcəklər".
f Paylaş








Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
5 ədəd badam yeyib idman et, gör NƏ OLUR
"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız
Kainat gözəli' qayınanası tərəfindən öldürüldü
Hansı faktorlar xərçəng riskini daha çox artırır?
Bu dərmanlar qarın ağrısı yarada bilərlər
Kəpəyi yox edən təbii üsullar
Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ
Burak Özçivit Daşkənddə səhnəyə çıxacaq - Biletlər tükəndi
Gözlərinizi ovuşdurarkən bir daha düşünün
Qabığında elə faydası var ki
Çinarədən yeni mahnı - AUDİO