Şəkər xəstəliyində ən təhlükəli ağırlaşma – "Diabetik pəncə"dən necə qorunmaq olar?

Şəkər xəstəliyində ən təhlükəli ağırlaşma – "Diabetik pəncə"dən necə qorunmaq olar?Şəkərli diabetin ən təhlükəli fəsadlaşmalarından biri də "diabetik pəncə"dir. Bu hal bir sıra hallarda amputasiyaya səbəb olan ağırlaşmadır. "Diabetik pəncə" nədir, bu ağırlaşmadan necə qorunmaq olar? Diabetik pəncə nə zaman yaranır? Bu cür ciddi ağırlaşmalardan necə qorunmaq lazımdır və nə vaxt həkimə müraciət edilməlidir?
Milli.Az e-tibb.az-a istinadən Mərkəzi Gömrük Hospitalının həkim-endokrinoloqu Naidə Novruzovanın bu barədə fikirlərini təqdim edir:
Diabetik pəncə sinir sisteminə, qan damarlarına, oynaq və aşağı ətraflara təsir edən pəncədə xora şəklində təzahür edən ətrafların amputasiyasına gətirib çıxaran təhükəli vəziyyətdir. Diabetik pəncə kifayət qədər tez rast gəlinən bu və ya digər dərəcələrdə diabet xəstələrində təxminən 2-10% hallarda təzahür edən, 15 % hallarda isə amputasiyaya gətirib çıxaran ağırlaşmadır. Buradan belə çıxır ki, diabetik pəncənin müalicəsinin əsas məqsədi ayaqların qorunmasıdır. Beləliklə sağlamlığımıza ciddi nəzarət etməklə diabetik pəncənin inkişafının qarşısını alaraq amputasiyadan xilas ola bilərik.
Dekompensasiya olunmuş şəkərli diabet davamlı olaraq şəkərin qanda səviyyəsinin yüksək olmasıdır ki, bu da öz növbəsində qan-damar və sinir sisteminin zədələnməsinə gətirib çıxarır. Məhz diabetik neyropatiya diabetik pəncənin inkişafında pataloji kaskad rolunu oynayır. Diabetik pəncənin əsas təhlükəli ağırlaşmaları ətrafların qanqrenası və amputasiyası sayılır. Ayaqların qorunması məqsədilə diabet xəstələri müalicə və qidalanma-pəhrizə, pəncə dərisinə qulluğa, ayaqqabı seçiminə dair həkim tövsiyyələrinə ciddi riayət etməlidirlər. Şəxsi sağlamlığa laqeyd yanaşma nəinki ayaqların itirilməsinə hətta ölümə belə səbəb ola bilər.
Əgər sizdə şəkərli diabet varsa, siz mütəmadi olaraq ayaqlara nəzarət etməli, ayaqlarda təzahür edən ən kiçik dəyişiklik zamanı belə müalicə həkiminizə müraciət etməlisiniz. Xüsusilə ayaqlarda ağrı, batma, yanma, keyimə; fiziki aktivlik zamanı sağrı, bud və baldır əzələlərində ağrı yaxud spazm; ayaq barmaqlarında, pəncə və baldır dərisində tüklərin tökülməsi; ayaq dərisində quruluq və çatların olması; aşağı ətraflarda dərinin rənginin və temperaturunun dəyişməsi; ayaqlarda qalın və sarı rəngdə dırnaqların yaranması; göbələk infeksiyanın əlamətlərinin olması; yara, xora, qabarcıq, infeksiyalaşmış döyənək yaxud "ətə batan" dırnaq əlamətləri artıq şəkərli diabet xəstələri üçün siqnal rolunu oynamalıdır. Sadalanan bu əlamətlərə əhəmiyyət verilmədikdə ciddi ağırlaşmalarla nəticələnə bilərlər. Buna baxmayaraq şəkərli diabet xəstələrinin böyük əksəriyyəti vaxtında müalicəyə başlamaqla ağırlaşmaların qarşısını ala bilərlər. Ona görə də sadalanan əlamətlərin hər hansı biri ilə rastlaşdıqda mütləq şəkildə həkimə müraciət edilməlidir.
Diabetli şəxslərdə fəsadlaşmaların qarşısını almaq üçün ayaqlara düzgün qulluq necə olmalıdır?
İlk növbədə ayaqlar hər gün sabunla yuyulmalıdır, ehmalca silinib, barmaqların arası qurudulmalıdır, corablar dəyişdirilməlidir. Bu ayaqda yaranmış yaranın infeksiyalaşmasından qoruyacaq. Əgər ayaqda yara varsa, yaranın işlənməsi-təmizlənməsi məqsədilə yod, briliant abısı və spirt istifadə olunmamalıdır. Çünki bunlar dərini qurudur. Pəncədə quruluq müşahidə olunursa bu zaman pəncənin quru dərisinə diabetli xəstələr üçün olan xüsusi qidalandırıcı kremlərdən istifadə edilməlidir. Pedikür proseduru aparılmalıdır - şəkərli diabet zamanı pəncə dərisinə və dırnaqlara qulluq yalnız estetik deyil həm də müalicəvi prosedurdur. Bu proseduru xüsusi mütəxəssis - podiatr icra edir. O, qalınlaşmış dəri və döyənəkləri kəsib təmizləyir, beləliklə ayaq altını çatların yaranmasından qoruyur. Ümumiyyətlə, bu prosedur 2-3 həftədə bir mütəmadi olunmalıdır.
Bir məsələni də vurğulamaq istərdim. Diabetli şəxslər ayaqqabı seçimini düzgün etməlidirlər. Dərinin zədələnməməsi üçün ayaqqabı mütləq rahat olmalıdır. Dar və ayağı sıxan, nazik və yumşaq altlığı olan ayaqqabı alınmamalıdır. Ayaqqabı ölçüyə uyğun, yumşaq və təbii materiallardan hazırlanmış olmalıdır. Ayaqqabı günün ikinci yarısı, ayaqlarda şişkinlik-ödem daha çox rast gəlindiyi saatda seçilməlidir. Ehtiyac olan hallarda xüsusi içliklər də istifadə oluna bilər.
Diabet nəticəsində sinirlərin zədələnməsi hallarında ayaqlarda yanıq olsa belə hiss edilməməsi mümkündür. Bunun üçün də ayaqları yanıqdan qorumaq üçün çimərlikdə və isti asfaltda ayaqqabı geyinilməlidir, ayaqlara günəş yanığı olmaması üçün günəşqoruyucu krem çəkilməlidir, ayaqlar qızdırıcı cihazlardan və ocaq alovlarından uzaq olmalıdır və ayaqlara isidici kisə (qrelka) qoyulmamalıdır. Təbii ki, isti kimi soyuq da ayaq zədələnməsinə səbəb ola bilər. Ayaqlar üşüyürsə yataqda corab geyinilməsi tövsiyyə olunur. Qışda ayaqlar isti və quru olması üçün su keçirməyən, qalın altlıqlı ayaqqabı istifadə olunmalıdır.
Ayaqlara qan axınını yaxşılaşdırmaq məqsədilə hansı tövsiyələrə əməl olunmalıdır?
Oturanda ayaqları hündürə qaldırın. Gün ərzində bir neçə dəqiqə ayaq barmaqlarınızı hərəkət etdirin. Pəncənizi yuxarı, aşağı, içəri, bayıra hərəkət etdirməklə ayaq və pəncədə qan dövranını yaxşılaşdırmış olacaqsınız. Elastik corab yaxud dar corablar geyinməyin. Fiziki aktiv olun. Sizə xoş olan fiziki aktivlik növünü seçə bilərsiniz, məsələn, yürüyüş, rəqs, yoqa, üzgüçülük, velosiped sürmə və sairə. Ən əsası zərərli vərdişlərdən uzaq olun. Xüsusilə də siqaret çəkməyin.
Xüsusilə vurğulamaq istərdim ki, diabetik pəncə sindromunun inkişafının vaxtında aşkarlanması həddindən artıq vacibdir. Bu vaxtında müalicə və ayağın saxlanılması deməkdir. Mütəmadi ağrıların azalması sinir uclarının güclü zədələnməsi deməkdir. Bu isə sümük və oynaqların patoloji dəyişilməsi, vaxtaşırı axsama (bir neçə addımdan sonra istirahət tələb edən hallar) və diabetin ən pis ağırlaşması qanqrenaya səbəb olur. Bu həddə çatdırmamaq üçün düzgün təyin olunmuş müalicə, bütün həkim tövsiyyələrinə riayət və kontrol kifayətdir!
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1667   Tarix: 29 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

donlar 2026 toy gecesi kosmetoloq intim məktəb qadın xəyanət vətən haqqında atalar sözləri tərəvəzlər kosmetika hakista hakışta qu quşu novruza aid hakisda baldiza aid hakisda