Şəkərli diabetdə yenilik: göz vasitəsilə…
Avstraliyanın WEHI İnstitutu alimləri süni intellektin (Sİ) köməyi ilə göz dibini araşdıraraq xəstəliklərin erkən diaqnostikasına yeni imkanlar açıb. 50 mindən çox göz təsvirinin təhlili nəticəsində şəkərli diabetin, demensiyanın və dağınıq sklerozun erkən əlamətlərinin müəyyən edilməsi mümkün olub.
Milli.Az xəbər verir ki, tədqiqatın nəticələri "Nature Communications" jurnalında dərc edilib. Alimlər gözün tor qişasının qalınlığı ilə müxtəlif xəstəliklər arasında əlaqə tapıblar. Bu üsul mammoqrafiyanın döş xərçənginin erkən diaqnozunda istifadə edildiyi kimi, yeni bir tibbi diaqnostika metodu ola bilər.
Tor qişa beynin və onurğa beyninin bir hissəsi hesab edilir, ona görə də sinir sistemi və metabolik xəstəliklər bu nahiyədə dəyişikliklərə səbəb ola bilər. Layihənin aparıcı tədqiqatçısı, doktor Viki Cekson, göz təsvirlərindən beynin və sinir sisteminin xəstəliklərini müəyyən etmək üçün istifadə etməyin əhəmiyyətini vurğulayıb.
Süni intellektin köməyi ilə tor qişada 29 mindən çox ölçmə nöqtəsi müəyyən edilib və 294 genin tor qişanın nazilməsi ilə əlaqəli olduğu aşkar edilib. Bu kəşf, gələcəkdə oftalmoloji testlər vasitəsilə nevroloji və metabolik xəstəliklərin erkən diaqnoz qoyulmasına imkan yarada bilər./baku.ws
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi