Seks barəsində hamının inandığı yalanlar

Seks barəsində hamının inandığı yalanlarABŞ tibb mütəxəssisləri olan Dr Aaron E Carroll və onun araşdırmacı asistantı Rachel C Vreeman seks barəsində hamının inandığı yalanlar və əsl araşdırmalarının nəticələrini yayımlayan "Don’t Put That In There" adlı kitab nəşr ediblər. Bu kitaba əsasən hamının inandığı lakin heç də bilindiyi kimi olmayan yalanlar bunlardır:

Ayaqları böyük olan kişilərin penisi də böyük olur
Geçmişdə həm ayaq və əl barmaqlarının həm də penis və klitorun inkişafına cavabdeh olan HOX adı verilən bir genin cavabdeh olduğu iddia edilirdi. Bu səbəbədən kişilərin ayaq ölçüləri ilə onların penis ölçülərinin əlaqəsi olduğu iddia edilsə də, heç bir aparılan müşahidə və araşdırmalar bu halı təsdiqləməmişdir.

Kişilər 18 yaşında, qadınlar isə 28 yaşında seksin pik nöqtəsində olurlar
Qadın və kişilərdə seksin pik nöqtəsi yaşlarının fərqli olması iddiası bədəndəki hormonlar üzərində edilən araşdırmalara dayanır. Kişilərdə testosteron səviyyəsinin 18 yaşlarında, qadınlarda isə ostrogenin səviyyəsinin 28 yaşlarında pik nöqtəsində olduğu təxmin edilir. Lakin son araşdırmalar onu göstərir ki, subay kişilər daha çox 30 yaşdan sonra, evli kişilər isə 40 yaşdan sonra, qadınlar isə 20 yaşından sonra daha çox seks ilə məşğul olmağa meyillidirlər.

Sekslə məşğul olaraq arıqlamaq olar
Qadın jurnallarının tez-tez iddia etdiyi kimi sekslə məşğul olmaq arıqladır iddiası şübhəlidir. Beləki, orta statistik göstəriciyə görə cinsi əlaqə sadəcə 5 dəqiqə davam edir və bu zaman kəsiyində qadın və kişilər 25-125 kalori yandıra bilirlər.

Kişilər hər 7 saniyədən bir seks barəsində fikirləşirlər
Nə qədər araşdırmalar kişilərin qadınlardan daha çox seks barəsində fikirləşdiklərini təsdiqləsə də, gün ərzində seks barəsində 6 min dəfə fikirləşmələri əfsanədən başqa bir şey deyildir.

İstridyə (dəniz ilbizi) afrodiziakdır
Qədim Yunanlardan bu günə qədər istridyənin cinsi gücü və istəyi artırdığı düşünülür. Lakin bütün araşdırmalar onu göstərir ki, çox hissəsi sudan cüzi miqdarda protein və minerallardan ibarət olan istridyənin belə bir effekti müşahidə olunmamışdır.

Ürək xəstəliyi olanlar seksdən qorxmalıdırlar
Demək olar ki, hər birimiz seks zamanı infarktdan ölənlər barəsində qorxunc hekayələr eşitmişik. Baxmayaraq ki, sağlam insanın seks zamanı infarkt keçirməsi milyonda bir hadisədir. Ürək xəstəliyi olan insanlarda da infarkt riski olduqca azdır. İnsan seks zamanı ürəyini o qədər də yükləmir.

Hamilə qalmamaq üçün dərmanlar kökəldir
Düzdü keçmişdə belə dərmanların tərkibindəki yüksək ostrogen və progestin hormonlarının olması kökəldirdisə, müasir dərman preparatlarının tərkibində bu hormonların cüzi olması kökəlməyə səbəb olmur.

Yaşlaşdıqca xayalar sallanır
Kişi yaşlaşdıqca sirr deyil ki, onun sperma istehsalı, sürəti və keyfiyyəti azalır. Lakin bir çox kişilərin inandığı kimi xayalar yaşlaşdıqca sallanmır, sadəcə balacalaşdıqları üçün onlar "sallanmış" effektini verir.

İdmandan əvvəl seks ziyandır
İdmançılara yarışdan öncə sekslə məşğul olmaq məsləhət görülmür. Lakin araşdırmalar sübut edib ki, idmandan əvvəl seks nəticələri yüksəldə bilir.

Ailə və Uşaq     Baxılıb: 2391   Tarix: 04 noyabr 2014
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

turlar.az

gozel gorunmek donlar 2026 geyim seçimi maraqlıdır kişi xəyanət arıqlama cins 2026 kosmetika sağlıq balıq novruz bayramina aid hakistalar oğlan evine aid hakisda tut ağacı tutdudu