Seks haqqında olduqca maraqlı məlumatlar

Seks haqqında olduqca maraqlı məlumatlarSeks haqqında məşhur psixoloq Abraham Morqentalerin olduqca maraqlı məlumatları ilə tanış olun.
Abraham Morqentaler qadınlarla kişilər arasındakı fərqi şişirtdiyimizi düşünür. Onun sözlərinə görə, cinsi həyatda kişinin və qadının istəkləri və arzuları arasında elə də böyük fərq yoxdur. Müəllifi olduğu "Why Men Fake It" adlı kitabında kişilər və seks haqqında bu günə kimi heç yerdə eşitmədiyimiz məlumatlara yer verən Abraham bəzən kişilərin də qadınlarla eyni problemlərlə üzləşdiklərini bildirir.

Məşhur bir İtaliya məsəli var: "Kişilər üçün seks pizza yemək kimidir. Dadsız və soyuq olduqda belə ləzzətli hesab edə bilər".

Abraham öz kitabında kişilər və seks haqqında hamını təəccübləndirən bir məsələyə daha toxunub. Onun sözlərinə görə, kişilər sadəcə 40 yaşdan sonra deyil, elə gənc yaşlarda da erreksiya problem ilə üzləşə bilirlər.

Psixoloq xəstələrindən birinin davamlı olaraq cinsi əlaqə zamanı orqazmı təqlid etmək şikayəti ilə gəldiyini deyir.

"Əsasən qadınların orqazmı təqlid etdiklərini, kişilərin belə adətləri olmadığını düşünürük. Ancaq bir çox kişi orqazmı təqlid edir. Bunun bir çox səbəbi ola bilər".

Abrahamın sözlərinə görə, kişilərlə qadınların orqazmı təqlid etmə səbəbləri oxşardır.

"Bəzən kişilər də qadınlar kimi orqazm ola bilməyəcəklərini hiss edirlər. Onlar çox sərxoş olanda, gərgin iş rejimində işləyəndə və ya bəzi dərmanların təsiri ilə orqazm olmaqda çətinlik çəkirlər.

Orqazm təqlidi edərək partnyorlarına heç bir problem olmadığını sübut etməyə çalışırlar. Həm də düşünürlər ki, orqazm ola bilməsələr sevgilisi və ya həyat yoldaşı özünü pis hiss edəcək, onu sevmədiyini düşünəcək.

Bəzən kişilər boşalmadan da orqazm ola bilirlər. Şəkər xəstəsi kişilərdə bu hal daha çox müşahidə olunur. Həmçinin tantirik seks üsulundan istifadə edən kişilər də boşalmadan orqazm ola bilirlər.

Abraham kişilərin yataqda eqoist olması fikri ilə də razılaşmır. O, xəstələri ilə söhbətlərindən yola çıxaraq kişilərin də qadınlar kimi partnyorlarını təmin etmək üçün əllərindən gələn hər şeyi etdiklərini vurğulayır.

Psixoloq gənc kişilərin 20 faizində tez boşalma problem olduğunu bildirir.

Abraham kişilərin həmişə seksə hazır olmadıqlarını deyir. Onun müşahidələrinə görə, kişilər də qadınlar kimi bəzən seksə "yox" deyə bilərlər.

Ailə və Uşaq     Baxılıb: 45920   Tarix: 22 dekabr 2014
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusil

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. bildirir ki, körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmə

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

turlar.az

toy gecesi maskalar gozel gorunmek salatlarin hazirlanmasi bezedilmesi cinsiyyet körpə gəzintidə hakışta kosmetika tapmaca hamilelik xlor lekesi novruza aid hakışda novruz bayramina aid hakistalar