Seks zamanı kişilər nədən utanır?

Seks zamanı kişilər nədən utanır?Cinsi problemlər arasında kişilərin erkən boşalmaları hallarına tez-tez rast gəlinir. Bu isə qadın və kişi münasibətlərində kişinin utanması və aşağılanması hissinin yaranmasına səbəb olur. Bu, çox zaman müzakirə edilməyən və gizlədilən cinsi problemdir. Əlbəttə ki, öz cinsi həyatına yad davranan bir insan digərinin cinsəlliyindən də uzaq olur. Kişilərdə erkən boşalma problemi öz həzzindən çox qadının alacağı həzzə yönələ biləcəyi üçün uğurlu olma qayğısı qadının cinsi doyumuna bağlıdır. Bu halda kişi orqazma çatdıra bilmədiyini düşündüyü qadına qarşı gücsüz, uğursuz və bacarıqsız kimi mənfi hisslərə qapıla bilər. Çox zaman evlilik və münasibət problemləri, gərginlik yaradan mübahisələrin sonu yaxşı cinsi münasibətlə nəticələnə bilər. Lakin bu cinsi münasibət erkən boşalma ilə nəticələndikdə gərginlik daha çox artır.
Aile.lent.az türkiyəli mütəxəssislərin bununla bağlı fikirlərini təqdim edir.

Erkən boşalma cinsi münasibətə fikri dəyişir

Cinsi münasibət öpüşmə, oxşama, sığallanma, qucaqlaşma, oral seks və cinsi birləşmə kimi erotik davranışların toplusudur. Xüsusən də qadınlar üçün toxunmaqdan ibarət olan təmas həssas və emosional əlaqələrin qurulması üçün dəyərli olma, sevilmə və önəmsəmə kimi yaxınlıq əlaqəsidir. Cinsi münasibətdə ön sevişmə bədənlərin yaxınlaşması olaraq sevgi dili hesab edilir və bəyənilmə hissi yaşadır. Erkən boşalma problemi olan kişilər isə ön sevişmənin boşalma müddətinə mənfi təsir edəcəyini düşünürək ondan qaçırlar. Bu halda emosional doyumu yaşamayan qadında həm psixoloji, həm də fizioloji olaraq vaginal islanma baş vermir və onun cinsi əlaqəyə girmə hazırlığına mane olur. Bunun nəticəsində qadında quru vaginal cinsi əlaqə yaranır və ağrı hissi ilə cinsi istəksizlik, cinsi münasibətdən qaçmaq, bezmək halları baş verir.

Qadının cinsi doyum baxımından özü və tərəf müqabili üçün göstərəcəyi cinsi performans vaxtından tez bitəndə cinsi münasibət zövqsüz, təktərəfli bir münasibətə çevrilir. Öz cinsəlliyini ön planda tuturmuş kimi görünən kişi qadın tərəfindən bivec kimi görünür. Cinsəllik baxımından bədəninin sui-istifadə edildiyini düşünən qadın dəyərsizlik hissi yaşayır. Öz cinsəlliyini fantanstik formada dinamik tutmaq istəyən qadın bu problem ucbatından öz istəklərini heç zaman reallaşdıra bilmir.

Erkən boşalma ilə bağlı bəzi yanlış fikirlər də var. Məsələn:
Cinsi münasibət cinsi birləşmə deməkdir. Dolayısı ilə, cinsi birləşmə orqazm və həzz deməkdir.
Əgər qadın orqazm olmursa, bu, onun problemidir.
Tərəf müqabili olan kişiyə orqazm yaşadan qadın uğurlu hesab edilir. Dolayısı ilə cinsi münasibətdə uğur orqazm deməkdir.
Bir kişi erkən boşalırsa, bu, qadından çox təsirləndiyi üçündür. Yəni qadın bununla öyünsün, daha nə istəyir ki?
Qadının cinsi həyatının mənası kişiyə xidmət etməkdir. Bu halda qadın orqazmı, doyumunu gözləmək lazım deyil.
Qadın toxum atılan tarla kimidir. Əgər toxum inkişaf etmirsə, bu, toxumun yaxşı sulanmadığı üçün yox, tarlanın məhsuldar olmaması ilə bağlıdır. Dolayısı ilə, qadın aza qane olmalıdır.
Qadın kişini sevirsə, cinsi münasibəti problem etməməlidir. Belə bir gözləntisi olan qadın cinsi münasibət düşkünü hesab edilir. Bu isə cəmiyyətdə yaxşı qarşılanmır.

Erkən boşalma ciddi münasibət problemidir. Bu problemin arxasında bir çox başqa problemlər də dayana bilər. Ona görə də erkən boşalma halları ilə qarşılaşdıqda utanıb çəkinmədən mütəxəssisə müraciət etmək lazımdır.
lent.az

Ailə və Uşaq     Baxılıb: 12284   Tarix: 28 mart 2016
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Mükəmməl seks üçün yataqdakı QAYDALAR

Qüsursuz və ideal seks üçün yataqda riayət etməli olduğunuz qaydaları bilirsinizmi?. 1. Gigiyena. Qadını məmnun etmək üçün aşağıdakıları tətbiq etmək lazımdır:. - Düzgün şəkildə yuyunmaq lazımdır ki, heç bir yerindən iy gəlməsin

.

Ana südü xərçəngin dərmanıdır

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

turlar.az

gelinlikler gozel gorunmek maskalar her sey daxil sarimsaqin xeyri saç kəsimləri kokteyl kosmetika uşaq şeirləri qız bürcü qiz evi yutube lakonizim