Seksuallığı artıran içkilər

Seksuallığı artıran içkilərBütün qadınlar arzuolunan olmağı istəyirlər. Onlar əks cinsin diqqətini cəlb etmək üçün çox kələklərdən istifadə edirlər. Təəssüf ki, bünün bunlar heç də həmişə təsir etmir. Ancaq öz hisslərini hər zaman gözəl geyimlə deyil, sadəcə bir içki ilə də çatdıra bilərsən. Bunlar hansı içkilərdir?

Meyvə şirələri

Seksoloqlar və dietoloqlar birlikdə belə nəticəyə gəliblər ki, 3 növ təbii meyvə şirələri seksuallığı artırır: nar, quşüzümü və portağal şirəsi. Məsələn, nar şirəsi testosteronun miqdarını 16%-dən 30%-ə qədər artırır, bu da seksual istəyin artmasına səbəb olur. Bundan əlavə şirə depresiya ilə mübarizə aparmağa kömək edir və yaddaşı yaxşılaşdırır.

Kofe

Daha bir içki sizdə əsl tufanlı hisslər yarada bilər. Bu kofedir. Amerikalı mütəxəssislər 25-45 yaşlı 240 nəfər üzərində apardığı təcrübələrdən belə nəticəyə gəliblər ki, soyuq kofe cinsi istəyi artırır. Həmçinin, bu içkinin qəbulundan sonra qadınlar orqazmaya əhəmiyyətli dərəcədə tez nail olurlar. İsrailli seksoloq Barux Yeşen aydınlaşdırıb ki, cinsi istəyi qaldırmaq üçün kofe içmək lazımdır. O təcrübələrinə əsasən belə qənaətə gəlib ki, axşam və səhər qəbul edilmiş kofenin insanın cinsi həyatına təsiri çox böyükdür. Onun fikrincə, qadınlar öz cinsi istəklərini qaldırmaq üçün gün ərzində 100-150 ml soyuq kofe içməlidirlər.
Bundan əlavə kofenin tərkibində alkaloid kofein var ki, bu da kişi və qadınlara oyadıcı təsir göstərir.O endorfinlərin yaranmasını stimullaşdırır, bu da yaxşı əhval-ruhiyyə yaradır və cinsi istəyi artırır. Qadınlarda hormonların aktiv dövriyyəsi onların psixi qeyri-sabitliyinə və əhval-ruhiyyəsinin aşağı düşməsinə səbəb olur. Buna görə də, səhərlər bir fincan kofe içmək hər kəs üçün faydalı olacaq. İstər soyuq olsun, istərsə isti, fərq etməz. Bu emosional balansın bərpasına kömək edəcək.

Smuzi və yaşıl şirələr

Orqanizmin minerallarla təmini- bu sizin seksuallığınızın açarıdır. Qida rasionunuza yaşıl tərəvəzlər və meyvələr daxil edin. Məsələn, kərəviz, keşniş, cəfəri və bütün salat növləri cinsi meylliliyə təsir edir. Onlardan (xiyar + kərəviz) yaxşı şirə əldə etmək olur ki, bu şirə dərinizin bütün hüceyrələrini qidalandırır.Dərinin və saçların gözəlliyi və cavanlığı üçün kərəviz çox faydalıdır. Ondan dadlı smuzi hazırlamaq istəyirsinizsə kərəvizin kökü və yarpaqlarını və alma götürün. Kərəvizi ət maşınından keçirin, şirəsini tənzifdən süzün. Sonra almanın şirəsini çəkin, onları qarışdırıb acqarına səhərlər için.
Bu qida çox böyük miqdarda vitaminlə zəngindir, həzmi yaxşılaşdırır. Onun qəbulundan sonra özünüzü sağlam və cəlbedici hiss edəcəksiniz.
Smuzinin resepti sadədir. O, sizin bütün hüceyrələrinizi müxtəlif faydalı maddələrlə qidalandırıb, sizi daxildən gözəlləşdirəcək (insan sağlam olduqda bu onun dərisində, üzündə hiss olunur). 150 ml qatıq, 1 manqo, 2 xörək qaşığı herkules və 4 kiçik kub buzu unutmayın. Və yaxud 1 stəkan çiyələk, malina, 1 stəkan süd və bir o qədər də buz götürün. Bəzi smuzilərə müxtəlif ədviyyatlar, məsələn darçın və istiot da qatılır.

Yadda saxlayın ki, qadın seksuallığının sirri sağlam və enerjili olmaqdır ki, bu da idmanla məşğul olmadan, sağlam qidalanmadan və öz qayğınıza qalmadan mümkün deyil. Orqanizminizə qulluq edin, onu təzə müxtəlif qidalarla və düzgün içkilərlə əzizləyin!

Mətbəx     Baxılıb: 6295   Tarix: 05 aprel 2015
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

BALQABAQ VƏ BİSKVİTLİ TORT RESEPTİ

Tərkibi:. 3-4 dilim iri balqabaq. 2,5 stəkan şəkər tozu. 1 litr süd. 3 xörək qaşığı un. 1 xörək qaşığı nişasta. 1/2 paket marqarin. 1 paket vanil. 200 qram qoz ləpəsi. 100 qram fındıq. 3 paket biskvit (peçenye). Hazırlanması:

.

Yumurtalı ət ruleti (foto resept)

Tərkibi:. Farş- 500 q. Soğan- 1 ədəd. Sarımsaq- 1 diş. "Best cow" kərə yağı- 50 q. Şüyüd- 1 dəstə. Yumurta- 3 ədəd. Duz-istiot. Hazırlanması:. Soğanı xırda-xırda doğrayıb kərə yağında ızarana qədər bişiririk. Soğanı

.

Toyuq əriştə şorbası

Hamı bilir ki, hamı sağlam olmaq üçün hər gün ilk yeməkləri yeməlidir. Toyuq şorbaları əla sağlam bir yemək seçimidir. Müxtəlif şorbalar var - düyü ilə, qarabaşaq yarması, əriştə və ya kartof ilə. İndi demək olar ki, hə

.

Mayonezli Çiyələk Piroqu

Bizim mayonezə olan sevgimizi izah etmək çətindir, amma bu reallıqdır ki, mətbəximizdə mayonez həmişə geniş istifadə olunub. Çox az adam bilir ki, mayonezlə təkcə salatlar hazırlamaq olmur. Ondan həmçinin şirniyyatlarda d

.

Çox şık, çox məmnun: Kremli toyuq resepti

Kremli toyuq resepti üçün maddələr. Toyuq üçün:. 3. nömrə. toyuq budu. 5. yemək qaşığı. zeytun yağı. 2 -ci. diş. sarımsaq. bir. çay qaşığı. quru kəklikotu. bir. desert qaşığı. limon qabığı. bir. desert qaşığı. duz. bir. ça

.

Pendirli, göyərtili fəsəlinin resepti - Video resept

Tərkibi:. 600qr un (200qr-lıq stəkanla 4stəkan dolu 5 ci stəkanın 3 ). 400ml ilıq su 2 stəkan. 8 qram yaş maya (quru 1 silə çay qaşığı). İçliyi üçün:. 250qr ağ pendir. hərəsindən 1 dəstə- keşniş,şüyüd, göy soğan və yarı

.

Kələm Salatı

Ərzaqlar. Kələm — 300 q. təzə pomidor — 4 əd. pendir (bərk sort) — 150 q. göyərti (şüyüd, cəfəri) — 50 q. duz – zövqə görə. mayonez. Hazırlanması. Kələm doğranır, duzlanır ,azacıq sıxılır ki bir qədər suyunu buraxsın. Pomidorla

.

Ev şəraitində pendirin hazırlanma qaydası

Lazım olan məhsullar:. 3 litir süd. 300 qram xama. 2 ədəd yumurta. 1 yemək qaşığı duz. Qeyd edək ki, bu reseptlə 600 qram pendir hazırlanır. Hazırlanma qaydasını videoda izləyin. Nuş olsun!

.

Badımcan Salatı

Fərqli dadı olan bu salatı hamıya hazırlamağı məsləhət görərdim. Əminəm ki, çox bəyəniləcək. Lazım olan ərzaqlar:. 4-5 ədəd orta boy badımcan. 3 ədəd pomidor. 1-2 ədəd bibər. 250 qr toyuq döş əti. keşniş. şüyüd. bitki yağı

turlar.az

qaşların formalari geyim seçimi yay geyimləri 2026 vətən haqqında inşa haxışta sözləri kekslər kakao kosmetika ağır itki usaq geyimleri cinsi rəksanə ana haqqinda bayati