Səni əvvəlki kimi sevirmi? - test

Səni əvvəlki kimi sevirmi? - testGörəsən sevirmi?
Sevgiliniz, maraq duymadığı bir yerə və ya sevmədiyi hansısa işi sizə görə edirsə, demək ki, sevir. Lakin sizi dostları ilə tanış etmirsə, heç şansınız yoxdur.

Uzun müddət davam edən münasibətlərdən sonra bir çox insan eyni sualla qarşı-qarşıya qalır: "Görəsən məni hələ də əvvəlki kimi sevirmi?" Siz də bu sualın cavaıbını bilmək istəyirsinizsə, aşağıdakıları diqqətlə oxuyun və onunla bağlı qərarınızı verin.

Sevirsə…
İşinizin necə getdiyini bilmək istəyər və bununla maraqlanar, onunla daha az vaxt keçiridiyinizdə kədərlənər və özünə qarşı diqqət istəyər, it, ya da pişik saxlayırsınızsa, onun necə olduğunu da soruşar. Dərsə gedirsinizsə, cədvəlinizi əzbərləyər, ya da iş saatınızı.

Həvəsi olmasa belə, sadəcə sizi sevindirmək xətrinə sevmədiyi 3 saat davam edən bir operaya getməyə razı olar. Sizinlə birlikdə olmaqdan ötrü qatıldığınız bütün dəvətlərdə iştirak edər.

İşlərinizin, dostalrınızın necə olduğunu, bəzənsə nə ilə məşğul olduğunuzu bilmək, dünyada baş verən hadisələrdən danışmaq üçün sizə zəng vurar. Əsas da nə qədər darıxdığını demək üçün mesaj yazar, yada zəng vurar.

Dostlarına, ailəsinə sizdən, uğurlarınızdan, işinizdən və.s danışar, bir sözlə sizi hər yerdə tərifləyər. Onlardan xoşu gəlməsə də, sizi sevindirə bilmək üçün onlarla eyni məkanda qala bilər və onlarla yola gedər.

Vaxtı olmasa belə və planlarla dolu bir qrafiki olmasına rəğmən sizə və münasibətlərinizə zaman ayırar. Kefiniz yoxdursa, əhvalınızı qaldırmaq üçün əlindən gələni edər,öz işlərini və başqa görüşlərini sizə görə, təxirə salar.

Özəl və xüsusi gün olmasa belə sizə hədiyyə verər. Hər gördüyü hərəkətində sizə nə qədər dəyər verdiyini hiss etdirsə də, zaman-zaman "SƏNİ SEVİRƏM" sözünü deməyə xəsislik etməməlidir.

Sevmirsə…
Dostları ilə birlikdə olmaq üçün sizinlə olan görüşü və planı ləğv edər, ya da təxirə salar.
Onda sevmədiyiniz xüsusiyyətləri desəniz belə heç vecinə almaz. Məsələn, dostlarının çox bəyəndiyi, sizin isə nifrət etdiyiniz saqqalını kəsməz.

İstirahət günləri kefi və əhvalı yaxşı olmadığı üçün itini veteriana aparmağınızı xahiş edər. Siz buna bütün vaxtınızı xərcləsəniz də, o eyni diqqəti sizə qarşı göstərməz.

Bir sonrakı görüşünüz haqqında heç nə deməz, münasibətlərinizin gələcəyi haqqında danışanda mövzunu dəyişdirər.

Sizi dostları ilə gedtiyi yerlərə, dəvətlərə aparmaz və onlarla tanış etməz.
Əlində qırmızı güllərlə sizi qarşılayacağını, yoxsa ki, görüşü təxirə salacağını təxmin edə bilmərsiniz.

Sevginizə nəzər salın
Əlbəttə, sevdiyiniz üçün onunla birlikdəsiniz. Bunun təsiri ilə münasibətlərizə davam edirsinizsə, ona təkrar heyacan duymağa və yaşatmağa uyğun birisiniz deməkdir.

Baxışlarından, gülüşündən, zarafatlarından və hərəkətələrindən əvvəlki kimi təsirlənirsiniz.
Sevgidə anlayış və sayğı önəmli bir xüsusiyyətdir. Bunu özünüzə qarşı tələb edin. Əks halda bu əlaqəni davam etdirməyin mənası yoxdur.

Mütəxəsislərin rəyinə görə, "Onun hansı xüsusiyyəti xoşuna gəlir?" sualına cavab axtaran zaman müsbət düşünməyə başlayarsınız. Bu halda sevginizin nə qədər güclü olduğu ortaya çıxır.

Detallara fikir verin!
Səhər süfrəsində, jurnallarını, qəzətini açıb keyflə oxuyarkən, ya da notebookda xəbərləri nəzərdən keçirərkən, qadın "Yeni filmlərlə bağlı məlumatı oxudunmu?" deyə sual verər. O, sadəcə "Bəli, maraqlıdır." deyər və təkrar qəzeti ilə maraqlanmağa davam edər. Bu diqqətsizlik kimi görünsə də, əsl romatika elə budur. Mütəxsilərin rəyinə görə, insanları bir-birinə bağlayan şam işiğında baş-başa yeyilən bir axşam yeməyindən çox gündəlik həyatda baş verən yüzlərlə hadisəni paylaşmaqdır.


Ailə və Uşaq     Baxılıb: 3677   Tarix: 05 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

.

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusil

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

turlar.az

gözəllik məhsulları hamiləlik reseptler geyim 2026 qadın doğuşu qadin sayti qadın dünyası az kosmetika qurd ve quzu sirin qogal sağlıq novruz bayramina aid oglaq