Serbiya prezidenti "Sinopharm" vaksini ilə peyvənd olunacaq
Serbiya prezidenti Aleksandr Vuçiç koronavirusa qarşı Çinin "Sinopharm" vaksini ilə peyvənd olunacaq.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu A.Vuçiç "TV Pink" telekanalının efirində deyib.
Serbiya prezidenti bildirib: "Mən sabah peyvənd olunacağam, bu, "Sinopharm" vaksini olacaq".
Qeyd edək ki, vaksinasiya A.Vuçiçin Rudna-Qlava qəsəbəsinə səfəri zamanı baş tutacaq. Səfər proqramında prezidentin yerli sakinlər ilə söhbəti, vaksinasiyası, həmçinin mətbuata açıqlaması nəzərdə tutulub.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi