Sevgili olduğu deyilən məşhur cütlük NƏHAYƏT Kİ, SUSQUNLUĞU POZDU -FOTOLAR
ATV telekanalında yayımlanan "Vicdan haqqı" serialının sevilən aktyorları Ülviyyə Xəlilbəyli və Murad İsmayıl tədbirlərin birində fotokameramıza tuş gəlib. Mərasimə bir yerdə gələn məşhur "bacı-qardaş" diqqətimizdən yayınmağa çalışsalar da buna nail ola bilməyiblər. Bir müddət öncə fotoları yayılan və sevgili olduqları deyilən cütlüyü çətinliklə də olsa, şəkillərini çəkməyə razı sala bildik. Fürsətdən istifadə edib, barələrində yayılan xəbərə də münasibət öyrəndik.
Yenicag.az-a açıqlama verən Ülviyyə Xəlilbəyli suala təbəssümlə cavab verib.
Murad İsmayıl isə əksinə, sualdan qəzəblənib:
"Biz məşhur bir serialda çəkilirik, istəyirsinizsə, sənətimizlə bağlı xəbərlər yazın. Tanınmış adamların şəxsi həyatını gündəmə gətirmək mütləq deyil ki… Mən bunun əleyhinəyəm. Mənim kiminlə sevgili olmağımın xalqa nə dəxli var? Bu, bizim şəxsi işimizdir. Mən kişiyəm, heç kimdən də çəkinmirəm. Amma Ülviyyə xanımdır və onun doğmaları, əmisi, dayısı var, onlar bilsə ki, belə xəbərlər yayılıb, yaxşı düşməz axı. Belə fotoları yayanda onları da düşünmək lazımdır. Biz fotolarımızı yayanları başa düşürük, amma susuruq".













Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin