Sevgini öyrənmək lazımdır

Sevgini öyrənmək lazımdırBizlər sevgi barəsində olduqca az bir məlumata sahibik. Hindistanlı Bxaqvan Şri Racniş (dünyada Oşo kimi tanına) sevgi haqqında çoxlu kitablar yazmış və bu kitablar 55 dildə dərc olunmuşdur.

Sevgini öyrənmək lazımdır

Doğru insanın həyatınıza girəcəyini gözləməyin. Əgər bunu sevgi ilə eyni hesab edirsiniz isə doğru insan həyatınıza heç bir zaman girməyəcək. Sevməyə davam edin. Sevginizi nə qədər çox paylaşsanız çox güman ki, həyatınızda məhz sizin istədiyiniz doğru insan da olacaq.

Əsl qadın incə, zərif və zəif olmalıdır. Kişi isə kişiliyindən çıxmamalıdır. Məhz əsl qadın və əsl kişi bir yerə gələndə daha böyük sevgi yaranın, kişi və qadın bir birilərindən daha çox həzz alırlar. Zaman getdikcə kişilər zəifləyir, qadınlar güclənirlər. Tez və ya gec kişi və qadın arasında fərq aradan qaldırılacaq və sevgi münasibətləri rəngarəngliyini itirəcəklər.

Ailə həyatını poetik ruhda qurmaq olmaz. "Yerə düşmək" mütləqdir. İnsan lazımi qədər yetkin olmalıdır ki, ailə həyata qursun.

Yetkinlik o deməkdir ki, insan romantik ruhdan çıxmış və sakit düşünə bilir. Yetkin insan atdığı addımı analiz edə bilir, yarana biləcək problemləri götür-qoy edir. İnsanlar bilə-bilə başqalarının problemlərini üzərlərinə götürərək ailə qururlar. Onlar gələcəyi gül-çiçək görmürlər. Həyatın bütün çətinlikləri ilə mübarizə aparmağa hazırdırlar.

Qadını dəyişmək istəyirsiniz isə onunla razılaşın. Onun beynində nə olduğunu öyrənmək istəyirsiniz isə üzünə baxın lakin qulaq asmayın.

Əsas şərt bundadır: sevdiyiniz insana azadlıq verin. Əgər o, bugün xoşbəxtdirsə onu rahat buraxın. Xoşbəxtliyini onunla bölüşə bilmirsiniz isə lazım deyil, kənara çəkilin onun xoşbəxtliyinə mane olmayın. Əgər kədərlidirsə və sizin əhval-ruhiyyəniz yaxşıdırsa və onun ağlamaq fikriniz yoxdursa yenə kənara çəkilin, onu hissləri ilə yalnız buraxın. Öz əhvalınıza sevgilinizin əhvalını uyğunlaşdırmağa çalışmayın. Bir-birinizə azadlıq versəniz arada hörmət də artacaq, hörmət isə sevginin əsas təməllərindən biridir.

Hər bir insan sirrdir, dərinə getdikcə onun sonsuz daxili dünyasının şahidi olursan. Ailədə və sevgidə siz həmişə doğru deyilsiniz. Əgər həyat yoldaşınız ilə aranızda sevgi və istək varsa yaranan problemlərinin günahını hər kəs ozündə görəcəkdir. Bu zaman münasibətlər daha da dərinləşir, ürəklər üzləşir və sərhədlər açılır.

"Əsl sevgi" nədir? Həmin insanın yanınızda olması sizi xoşbəxt edir, ekstaz hissi keçirirsiniz, ürəyiniz xoşbəxtlik ilə dolur, özünüzü bir bütün hiss edirsiniz. Sakitləşirsiniz, ruhunuz sevinir. Bu sevgidir.

Qadın tamamilə bir kişi ilə xoşbəxt ola bilər. Beləki, ona onun bədəni yox, daxili dünyası maraqlıdır. Qadınlar fit bədən quruluşuna malik kişilərə aşiq olmurlar. Onlar kişilərdə daxili gözəllik, xarizma axtarırlar.

Qadınlar və kişilər arasında mütləq bir fərq vardır. Qadınlar daha dərin hissləri keçirməyə malikdirlər. Qadınların sevgisi daha dərin və daha ucadır. Kişilərin sevgisi isə, Oşoya görə, fizioloji cazibəyə əsaslanır.

Sevginin ilk dərsi sevgini vermək, onu tələb etməməkdir. Bir çox insanlar sevgi göstərərkən mütləq əvəzində nə aldıqlarına fikir verirlər. Belə insanlar şərt ilə sevirlər. Əsl sevgi şərtsizdir!

Ailə və Uşaq     Baxılıb: 2417   Tarix: 10 oktyabr 2014
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusil

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

turlar.az

toy makiyajlari geyim necə seçməli sade makiyaj sekilleri toy ucun maraqli ideyalar asan kakos yagi dekorasiya kosmetika qardasa aid haxistalar cinsi elaqe novruz bayramina aid hakistalar seksual tapmaca