Sidiyini saxlaya bilməyənlər - Utanc gətirən patologiyadan xilas olmaq mümkündür

Sidiyini saxlaya bilməyənlər - Utanc gətirən patologiyadan xilas olmaq mümkündürSidiyi qaçırmaq, saxlaya bilməmək - tibbi dildə adı İnkotinentasiya- neçə illərdir yaşlı, ahıl insanların problemi kimi təqdim olunub, daha çox nənə-baba xəstəliyi kimi yaddaşlarda qalıb.

Amma son zamanlar pasiyent şikayətləri göstərir ki, bu problemə lazımi qiymət verilməyib. Çünki gənc qadınlar, gənc analar, yeniyetmə qızlar da bu problemi keçirir.

Rusiyalı uroloq Dmitriy Puşkarın məlumatına görə, qadınlar arasında sidiyi qaçırmaq 37% təşkil edir. Bu rəqəm Seçenov adına Universitetin rəqəmi ilə də üst-üstə düşür: 33,6 %

Xanim.az medicina.az-a istinadən sidik qaçırmasının səbəblərini təqdim edir:

Bu sidik ifrazı aktı üzərində insanın iradəsinin və nəzarətinin zəifləməsi və itməsidir.

Daha çox çətin doğuşlar, çoxsaylı doğuşlar, ginekoloji şipslərin qoyulması, stress kimi səbəblərdən başlayır.

Keysəriyyə üsulu ilə ana olan qadınlarda bu patologiya 2 dəfə az rastlanır.
Kiçik çanaq dibinin əzələsinin zəifləməsi, boşalması, uretranın sfinkterinin işinin pozulması patologiyanı yaradır.

Aşağıdakı xəstəliklər də sidik saxlamamağa səbəb ola bilir:

-Artıq çəki, piylənmə
-Sidik ifrazat sisteminin anomaliyası
-Sidik kisəsinin kəskin xroniki infeksiyaları
-Öskürək
-Alsgeymer, Parkinson xəstəliyi
-Skleroz
-Şəkərli diabet
-İnsult
-Onkoloji xəstəlikər
-Böyrək və sidik kisəsi daşları

Bəzi preparat və ərzaqlar, qidalanma da sidik ifrazatını poza bilir: antidepressantlar, sidikqovucular, alkoqol, qazlı su, sitrus meyvələri, acılı souslar, ədviyyatlar, çay.

Həkimlər sidiyi saxlaya bilməməyin aşağıdakı formalarını ayırd edir:

İmperativ - xarici amillərdən asılı olaraq sidiyə çağırma: su səsi,fontan, gur işıq və s. Bu xəstədə hiperaktiv sidik kisəsi olduğundan ani olaraq sinir impulslarını sürətlə göndərir.

Stress səbəbindən - uretranın sfinkterinin işində qapanma olur. Kisənin zəifləmiş əzələsi sidik kisəsinin tam yığılıb boşalmasını təmin edə bilmir. Sidiyə getdikdən bir müddət sonra əzələ boşalır, kisədə qalan sidik heç bir siqnal, çağırış olmadan axır. Daha çox bərkdən güləndə, qaçanda, ağırlıq qaldıranda, öskürəndə, seks zaması baş verir. İstənilən yaşda xanımlarda rast gəlinir.

Yatrogen - dərman preparatlarının təsirindən yaranır. Bu əks təsir kimidir , dərmanı saxlayan kimi düzələ bilər.

Reflektor - sidik kisəsinin reflektor aktivliyinin anormal olmasından irəli gəlir.

Enurez - gecələr yuxuda ikən tualetə getməyə çatdırmadan baş verir. Səbəbləri infeksiyalar, uroloji xəstəliklər, qurd invaziyaları, genetik, stress və s.

Bu problem öz-özünə keçib getmir!

Qadınlar sidik qaçırmanın qarşısını almaq üçün bezlərdən istifadə edir, tez-tez tualetə qaçır, özünü gərgin saxlayır, ya da aptekdən lazımsız dərmanlar alır. Rəfiqə və qohumlarına dərdini danışanda isə onlar da eyni problemi yaşadığını və yaşla, doğuşla əlaqələndiyini öyrənir. Heç bir türkəçarə, bez, vaxt bu xəstəliyi sağaltmır. Yeganə çıxış yolu: problemi görən kimi peşəkar həkimə müraciət etməkdir.

Qadınlar ginekoloq və uroloqa müraciət edə bilər.

Diaqnostika: ginekoloji müayinə, funksional sınaqlar, sidiyin miqdarının ölçülməsi, USM, sidik analizi, mikrokskopiya, uretroskopiya və sistoskopiya təyin oluna bilər.

Müalicəsi:

Əgər pasiyentdə patoloji infeksiyalar tapılıbsa, dərman müalicəsi aparılır. Xüsusi pəhriz təyin olunur, artıq çəki atılmalıdır, zərərli vərdişlər tərgidilməlidir, ağır fiziki işlər qadağan olunur.
Bununla yanaşı fizioterapiya, elektrostimulyasiya, BOS terapiya, xüsusi idman hərəkətləri təyin olunur. Əgər səbəb stress və psixolojidirsə, psixiatr müalicəsi lazımdır.

Cərrahi metod:

Son müasir cərrahi metodlarla sidik buraxmanı 80% həll etmək olur. Daha geniş yayılmış metod uretranın xüsusi petlə vasitəsilə fiksasiya olunub sıxılmasıdır.

Sağlamlıq     Baxılıb: 2680   Tarix: 10 mart 2019
f Paylaş

Oxşar xəbərlər

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

turlar.az

toy makiyaji sekilleri yay geyimləri 2026 maskalar xina qoymaq qaydasi atalar sozleri elme aid metbex qara noqteler ucun uz maskalari kosmetika aslan muellim seiri xanim az burclerin uyumu bürclər