Sistit haqqında

Sistit haqqındaSistit - sidik kisəsinin selikli qişasının iltihabı xəstəliyidir.
Bu sidik-cinsiyyət üzvlərin iltihabı xəstəliklərinin ən çox yayılmış formasıdır. Qadınların 20-25 faizi müxtəlif formada sistit keçirirlər, 10 faizi isə xroniki sistit xəstəsidirlər və bu rəqəmlər ildən-ilə artırlar. Kişilər bu xəstəlikdən nisbətən az əziyyət çəkirlər - sistit kişilərin 0.5 faizində olur.
Çox vaxt sistitlə qadınlar xəstələnirlər və bu onların orqanizmlərinin anatomik quruluşu ilə bağlıdır: qadınlarda sidik kanalı geniş və qısadır, ona görə də kişilərə nisbətən qadınlarda sidik kisəsinə infeksiya düşməsi daha asandır. İnfeksion sistitin səbəbi çox vaxt bağırsaq çöpüdür, bəzən xlamidiya, ureaplazma və kandida göbələkləri də onun səbəbi olur.
Sistitə meylliyi artıran bir sıra xoşagəlməz faktorlar da vardır:
- sidik kisəsinin divarlarında və kiçik çanaqda qan dövranının pozulması, məsələn, oturaq işdə (kompyuter arxasında durmadan 4-6 saat işləmək), tez-tez və uzunmüddətli qəbzliklər, uzun müddət dar paltar, alt paltarı və corab geymək; immunitetin enməsi; sidiklə çıxan maddələrin sidik kisəsi divarlarına qıcıqlandırıcı təsir göstərməsi. Bu o halda baş verir ki, əgər siz çox kəskin qida və qızardılmış qidanı böyük miqdarda ədviyyatla qəbul edirsiniz.
- menopauza, diabetlə bağlı maddələr mübadiləsinin pozulması xəstəlikləri.
həkimlər həmçinin, interstisial sistiti fərqləndirirlər. O sistemli xəstəliklərə aiddir və iltihab səbəbi mikroblar deyil, immun sisteminin işinin pozulmasıdır. Gecikmiş interstisial sistit sidik kisəsi xorasına çevrilə bilər.
Simptomlar
Kəskin sistit üçün tez-tez sidiyə getmək xarakterikdir, sidik kisəsi və aralıq nahiyəsində kəskin ağrılar olur, qanaxma ola bilər. İltihab prosesi nə qədər güclü olarsa, bir o qədər də sidiyə getmə siqnalları tezləşər və ağrılar kəskinləşər. Kəskin sistitin ağır formalarında adam gecə-gündüz 15-20 dəqiqədən bir sidiyə getməyə məcbur olur. Ağır hallarda bədən temperaturu qalxır, ürəkbulanma, qusma olur.
Sistitdə hökmən cinsi əlaqə ilə bağlı problemlər olur. Əgər xroniki sistitdə xoşagəlməz hissiyyatlar oyanırsa, kəskin sistitdə simptomlara dözmək olmur. "Bal ayı" sistiti anlayışını nahaq yerə fikirləşməyiblər.
Diaqnoz
Sistitin bəzi simptomları sidik kisəsi və ya böyrək vərəmləri, sidik kisəsi və prostat şişləri ilə oxşardırlar. Bel nahiyəsindəki nasazlıq böyrək infeksiyasının əlaməti ola bilər. Kişilərdə fimoz və sidik axarı deşiklərinin anomaliyası, məsələn stenoz olub-olmaması yoxlanılmalıdır. Ona görə də xəstəliyin dəqiq diaqnostikası üçün həkim infeksiyaya görə PZR-analiz təyin edə və ya bakterioloji əkmə üçün sidik analizi götürə bilər. Bəzi hallarda sistitin səbəbini dəqiqləşdirmək üçün həkim sistoskopiya - sistoskop vasitəsilə sidik kisəsinin daxili səthinə baxış keçirə bilər.
Müalicə
Əgər siz sistitdən şübhələnirsinizsə onu üzünüzmüalicə etməyə çalışmayın və müalicəni də gecikdirməyin. Düzgün olmayan müalicə və ya müalicənin gecikdirilməsi xroniki proses halına keçə bilər və ömürlük xəstəliyə çevrilər. Siz tezliklə uroloqa və ya ginekoloqa müraciyət etməlisiniz.
Əgər müayinə zamanı xəstəliyin səbəbinin xroniki infeksiya olduğu müəyyənləşdirilərsə, təkcə sistitin müalicəsi uzunmüddətli nəticə verməyəcək. Bu halda hökmən cinsiyyət yolları infeksiyalarının müalicəsi aparılmalıdır. Sistitin bir səbəbi də immunitetin enməsi olduğundan, ümumi qüvvə toplamaq üçün vitamin terapiyası və fizioterapiya kurslarını keçməlisiniz.
İnterstisial sistitin müalicəsi ən problematikdir - o ömür boyu davam edə bilər və bu halda medikamentoz terapiya, lazer, maqnit terapiyası və digər üsullar tətbiq olunurlar.
Profilaktika
Qadınlar üçün sistitin profilaktikası birinci növbədə onun yaranmasına səbəb olan faktorların təsirinin azalması və aradan götürülməsinə əsaslanır. Həmçinin, yuxarıda sadalanan gigiyena qaydalarına əməl etmək lazımdır. Həddən artıq dar alt paltarı geyməyin, kəskin xörəklərdən və ədviyyatdan, alkoqoldan uzaq olun, cinsi aktdan sonra sidiyə getməyə çalışın. İsti geyinin. Əgər sizdə oturaq işdirsə hər 1-1,5 saatdan bir 5 dəqiqəlik fasilə edin, dayanın və ya hərəkət edin. Əgər sizdə qəbzlik varsa, çoxlu meyvə-tərəvəz və bitki mənşəli qida qəbul edin, yumşaldıcı vasitələr qəbul edin və s. Əgər siz artıq çox istiotlu, yağlı, duza qoyulmuş qida qəbul etmişsinizsə dərhal çoxlu su için.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1587   Tarix: 31 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

qaşların formalari kosmetika mehsullari donlar 2026 abqoranin hazirlanmasi qadin.az mələk kartları çək byanka kosmetika hakista sozler novruz hakista novruz bayrami hakisda novruz bayramina aid hakista qoğalın nağlı