Sizdə bu əlamətlər varsa, risk altındasınız

Sizdə bu əlamətlər varsa, risk altındasınızAraşdırmalar göstərir ki, virusa qalib gəlmək yetərli olmaya bilər. Xüsusilə baş ağrısı, insult, unutqanlıq, Altsheymer, demensiya riski və xroniki yorğunluq koronavirusun özündən sonra səhhətimizdə yarada biləcəyi ciddi fəsadlardır. Tədqiqatlar göstərir ki, xəstələrin 80 faizində nevroloji təsirlər meydana çıxır.
Publika.az xəbər verir ki, Cerrahpaşa Tibb Fakültəsinin nevroloqu, professor Derya Uludüz COVID-19-un beyinə təsiri barədə vacib detalları açıqlayıb. O bildirib ki, dünya miqyasında təxminən 40 min koronavirus xəstəsi üzərində aparılan araşdırmanın nəticələri 2022-ci ildə təqdim olunacaq:
"Hazırkı nəticələr onu göstərir ki, koronavirus beyinə də fəsadlar verə bilir. Hətta heç bir xəstəlik əlamətləri olmayan, ancaq testin cavabı pozitiv çıxan xəstələrdə edilən MRT görüntülərində beyin damarlarında zədələnmə və iltihabın inkişaf etdiyi görülüb.
Baş ağrısı, qoxu və dadbilmə qabiliyyətinin itməsi COVID-19-un əsas əlamətlərindəndir. Ancaq bu əlamətlərlə yanaşı, zehni pozğunluğun olması virusun beyin üzərində təsiri olduğuna dair önəmli ipucudur. Əgər sizdə bu əlamətlər varsa, demək ki, risk altındasınız.
Zehni yorğunluq, nitqin pisləşməsi elektromaqnit şüalanma və ya elektromaqnit radiotezlik dalğalarına sıx məruz qalma, gərgin iş, yuxusuzluq, B və D vitamini çatışmazlığı kimi səbəblərdən də qaynaqlana bilər.
Ağır infeksiya ilə mübarizə apararkən virus beynimizə hücum edir və zədələnmiş sinir hüceyrələri yalan mesajlar verməyə başlayır. Əlbəttə ki, beyindəki bu ziyan Altsheymer və demensiya kimi müxtəlif sinir xəstəliklərinə də yol açır".
Professorun sözlərinə görə, xüsusilə ağır COVID-19 xəstələrinin immun sistemi virusla mübarizədə çox səy göstərir.
Bu müddətdə beyni necə qoruya bilərsiniz?
Həftənin 2 günü balıq yeməyə çalışın. Balıq yeyə bilmirsinizsə, Omeqa-3 əlavələri qəbul edin.
Selenium tərkibli yumurta, kəpəkli qidalar, qatıq və günəbaxan toxumları yeyin. Selenium beyin üçün vacib mineraldır və əhval-ruhiyyəyə təsir göstərir.
Selenium və Omeqa-3 ilə zəngin qoz-fındıq, badam kimi məhsullara üstünlük verin.
C vitamini ən vacib antioksidantlardan biridir. Bu dövrdə bədəndə saxlanmadığı üçün mütəmadi olaraq qəbul edin.
Qış aylarında olduğumuz üçün D vitamini səviyyəsini ölçün və ehtiyac olduqda əlavə olaraq qəbul edin.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 1837   Tarix: 11 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

turlar.az

qis geyimləri 2026 geyim dəbləri aksessuarlar bilik haqqinda atalar sözləri daban agrilari qripdən qorunmaq qara qaragat kosmetika geyim xlor lekesi gözəllik xanım az oglaq