Sizdə hipertoniya inkişaf edə bilər? TEST

Sizdə hipertoniya inkişaf edə bilər? TESTHipertoniya çox təhlükəli və ağır fəsadlar verən xəstəlikdir.
İnfarkt və insult kimi ağır və insan ölümünün əsas səbəbləri olan pozulmalar məhz hipertoniya fonunda inkişaf edir.  Bu 6 suala cavab verib siz özünüzdə hipertoniyanın inkişafının riskini təyin edə bilərsiniz.
1. Yaxın qohumlarınız (ana, ata, nənə, baba, bacı, qardaş) arasında hipertoniya xəstəliyindən əziyyət çəkənlər var?
2. Siz siqaret çəkirsiniz?
3. Siz duzlu qidaları xoşlayırsınız və tez-tez qəbul edirsiniz?
4. Siz tez-tez streslərə məruz qalırsınız?
5. Sizin artıq çəkiniz var?
6. Siz az hərəkət edirsiniz, idmanla, bədən tərbiyəsi ilə məşğul olmursunuz?
Hər müsbət cavab sizdə hipertoniyanın inkişafının riskini artırır. Bu xəstəlikdən özünü  qorumaq üçün düzgün qidalanın, qidalanmanızda duzun miqdarını azaldın, artıq çəki yığmayın, streslərdən uzaq olun, hərəkətli olun, bədən tərbiyəsi və idmanla məşğul olun (yeri gəlmişkən, idman və bədən tərbiyəsi streslərin orqanizmə olan mənfi təsirini azaldır).
Hipertoniyanı vaxtında aşkar etmək və onun sonrakı inkişafının qarşısını almaq üçün profilaktik olaraq arterial təzyiqinizi ölçün. Məsələ burasındadır ki, bir çox hallarda hipertoniya simptomsuz inkişaf edir - insanda baş ağrıları, başda ağırlıq və s. bu kimi simptomlar olmur.
Hipertoniya "yaşlılar xəstəliyi" deyil. Hal hazırda bir çox digər xəstəliklər kimi, hipertoniyada da xeyli cavanlaşıb. Bu səbəbdən bu xəstəliyin profilaktikasına cavan yaşlardan başlamaq lazımdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1243   Tarix: 09 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

qadın geyimi donlar 2026 geyim və ayaqqabılar blincik hazirlanma qaydasi təmizlik paltar olmaq yemək reseptləri kosmetika video faydalı məsləhətlər zencefil maraqli hakistalar hakisda