Şizofreniya xəstəliyi

Şizofreniya xəstəliyiŞizofreniya ağır və xroniki hal alan psixi xəstəlikdir. Bu xəstəlik zamanı insanın şəxsiyyəti dəyişir, o, başqalarından təcrid olunur, gerçəkliyi hallusinasiyaları ilə qarışdırır. Şizofreniya nəticəsində insan adi həyat tərzindən, yaxınlarından uzaqlaşır, müalicə olunmadıqda xəstəliyin fəsadları ağırlaşır.

Psixiatr Mətanət Kərimovanın sözlərinə görə, şizofreniya zamanı insanın sosial həyatda fəallığı azalır, onun fəaliyyətinin məqsədləri itir, düşünmə qabiliyyəti pozulur. Bu xəstəliyin yaranması isə müxtəlif psixi pozuntuların inkişafı ilə bağlıdır. Şizofreniya zamanı insanda hallusinasiyalar, əhvalın kəskin dəyişməsi, aqressiya və ya durğunluq müşahidə olunur, xəstə baş verənləri dəqiq anlamır.

Şizofreniyanın səbəblərinin və inkişafının hələ lazımi qədər öyrənilmədiyini deyən psixiatr bildirir ki, xəstəlik irsi faktorlarla sıx bağlıdır. Xəstəliyin inkişafında xəstənin yaşı və cinsi də çox önəmlidir: "Kişilərdə bu xəstəlik daha tez başlayır və fasiləsiz davam edir. Xəstəliyin fəsadları isə ağır olur. Qadınlarda bu xəstəliyin gedişatı tutmalar kimi özünü bürüzə verir. Tutmalar qadının hamiləlik dövründə və həyatında baş verən digər proseslərlə bağlı ola bilər. Qadınlarda isə bu xəstəliyin fəsadları ağır olmur".

Şizofreniyanın ağır formaları isə uşaqlıqdan və yeniyetməlik dövründən başlayır. Bu xəstəlik zamanı insanın şüuru və emosiyaları dəyişikliyə uğrayır. Düşünmə qabiliyyəti pozulan xəstələr tez-tez diqqəti cəmləyə bilmədiklərindən şikayətlənirlər. Çox vaxt belə xəstələr fikirlərini idarə edə bilmir, onlarda ya fikirlər paralel yaranır, ya da hansısa bir fikrin təkrarlanması baş verir. Lakin xəstələr bu simptomlardan əziyyət çəkdikdə belə sözlərdə, cümlələrdə və ya incəsənət əsərlərində olan xüsusi mənanı anlaya bilirlər. Danışanda isə belə xəstələr fikrini dağınıq ifadə edir. Buna görə də onların nitqlərini anlamaq çətin olur. Çox vaxt belə xəstələr danışan zaman fasilələr verir və fikrini tam ifadə edə bilmirlər. Bundan başqa, xəstələrdə iradəsindən asılı olmayaraq, onları rahat qoymayan, təkrarlanan fikirlər yaranır. Bu fikirlər insana əziyyət versə də, onlardan qurtula bilmir. Təkrarlanan fikirlər tarix, adlar, terminlər, rəqəmlər, qorxularla bağlı olur. Xəstələrdə uzun müddət həyatın mənası və ölüm barədə düşündüyü hallar da olur.

Şizofreniyadan əziyyət çəkəni dünyada baş verən bir sıra qlobal problemlər də düşündürə bilər. Xəstə onu təqib edən və ona əziyyət verən fikirləri ilə ona rahatlıq gətirən müəyyən hərəkətlərlə mübarizə aparır. Bəzi şizofreniyadan əziyyət çəkən xəstələr daim hansısa infeksiyaya, xəstəliyə tutulmaqdan və ya sadəcə kirdən qorxurlar. Bu zaman xəstə əlini yumaqla müəyyən müddətə rahatlaşır. Rahatlaşmaq üçün belə xəstələr bir neçə dəfə yaxşıca əllərini yuyurlar. Əgər xəstə bunu etməsə, narahatlıq və qorxu hissi onda artmağa başlayır.

Həmsöhbətimizin dediyinə görə, xəstələrdə sayıqlama da özünü göstərə bilər. Çox vaxt belə xəstələr düzgün düşünə bilmir, hadisələrin gedişatı və insanlar haqqında yanlış təsəvvürə malik olurlar: "Xəstə bütünlüklə yanlış təsəvvürlərə təslim olur və onun fikirlərini dəyişdirmək mümkün olmur. Sayqılama gerçək fakt və hadisələrin yanlış təhlili nəticəsində baş verir. Eləcə də sayıqlamalar hallusinasiyalara görə də yarana bilər. Xəstələr qəribə şeylər də düşünüb sayıqlaya bilərlər. Məsələn, xəstələr düşünə bilər ki, kimsə onları təqib edir, zəhərləmək istəyir, cadu və sehr ona qarşı tətbiq olunur və s".

Xəstələr müxtəlif iyləri, bədənində və başında ağırlıq, yanma kimi prosesləri hiss edirlər. Xəstələr gerçək kimi bədəninin deşilməsini, sivrilməsini, güllələnməsini və s hiss edə bilərlər. Onları uydurma, lakin gerçək kimi qəbul etdikləri insanlar, iylər, dadlar, hadisələr təqib edir. Onlar uydurduqları dünyanı gerçəkliklə qarışdırırlar.

"Xəstələrdə emosional pozuntular valideynlərə və ya yaxın insanlara qarşı mərhəmət və bağlılıq hissinin itməsi, təhsilə, işə marağın olmaması, qapalılığın, cəmiyyətdən təcrid olunmağın yaranması ilə başlayır. Bəzən xəstələr yaxınlarına qarşı kobud rəftar edir, qəddar olur, onlara ögey münasibət göstərirlər. Valideyn və yaxınlarını adını və soyadını deməklə çağırırlar", — deyən psixiatrın bildirdiyinə görə, belə insanlarda məsuliyyət və cavabdehlik hissi itir. Xəstələr öz vəzifələrini və öhdəliklərini yerinə yetirmir, özlərinə qulluq etmir, saçlarını daramır və s. Onlar küçələri gəzir və qəribə tərzdə davranırlar. Bu simptomlarla yanaşı xəstəliyin ağırlaşması zamanı xəstədə manyakal (yüksək əhval-ruhiyyə) və depressiv (əhval-ruhiyyənin aşağı düşməsi) müşahidə olunur. Xəstəlik insanda apatiya, biganəlik hissi yaradır.

hansısa bir vəziyyətdə uzun müddət sakit qalmaqla yanaşı, bu xəstəliyə aqressiv davranış da xasdır: "Bəzi xəstələrin hərəkətləri pozulur. Misal üçün, xəstə uzun müddət — bir həftə və ya bir neçə ay bir vəziyyətdə uzanıb qala bilir. Bu halda xəstə ətrafdakılara heç bir reaksiya vermir, sualları cavablandırmır, heç bir xahişləri yerinə yetirmir. Bəzi xəstələr isə uzananda belə yastığın üstünə başını qoymur və havada asılı vəziyyətdə başlarını saxlayırlar. Xəstələr uzun müddət qəribə vəziyyətlərdə hərəkətsiz qala bilirlər".

Müsahibimizə görə, ümumiyyətlə, şizofreniya zamanı insanlarda müxtəlif qəribə davranışlar müşahidə olunur. Lakin şizofreniya ağırlığından asılı olaraq müalicə olunur. Statistikaya görə, belə xəstələrin təxminən 40 faizi müalicə aldıqdan sonra sağalır və xəstəlikdən əvvəlki adi həyatına qayıdır. Lakin indiyədək bu xəstəliyin səbəbləri tam aydın deyil.

Sağlamlıq     Baxılıb: 2334   Tarix: 24 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

İntimdən sonra qadınların sevmədiyi şey - Kişilər niyə yatmaq istəyir?

Orqazmdan sonra dincəlmək istəyi yaradan hormonlardan biri də sevgi hormonu adlanan oksitosin hormonudur. Cinsi əlaqə zamanı artan bu hormon orqazmı tətikləyir. Həm kişilər, həm də qadınlar tərəfindən ifraz olunan oksitosi

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

turlar.az

yemek reseptleri qadin dunyasi hamilelikde qidalanma dirnaq ucun maska nergiz pasayeva maskaların hazırlanması 2026 yay donlari kosmetika hakista mekteb qoğalın nağlı yemekler xeyanet