Şizofreniyanın 10 erkən simptomu

Şizofreniyanın 10 erkən simptomuŞizofreniya 22-37 yaş arası dövründə daha çox risk yaradır. Ona görə bu yaş arasında olan insanlar bu psixi xəstəliyin erkən siqnallarına qarşı diqqətli olmalıdır.
Milli.Az xəbər verir ki, son 1 ildə dünyada şizofreniya olanların sayı bütün dünyada daha yarım milyon artıb.
Bu elə bir xəstəlikdir ki, insan vaxtında nə baş verdiyini anlamır. Qurbanlar elə hesab edir ki, tam sağlamdırlar və psixiatra getməyə səbəb yoxdur.
Bununla da zaman əldən verilir, xəstəlik irəliləyir.
Bu xəstəliyi nə qədər tez müalicəyə və korrektəyə başlasalar, bir o qədər xəstə xilas olunar.
İlk təhlükəli siqnallar:
1. Gündəlik gigiyenik təmizlik vərdişləri dəyişir- dişlərini günlərlə yumur, alt geyimi və corabları dəyişməyi unudur. Duş alarkən tormozlanma baş verir. Əvvəllər 10 dəqiqəyə çimən insan indi 1 saat hamamdan çıxmır.
2. Ətrafdakı insanlara və baş verənlərə biganəlik
Adam içində burnunu eşələmək, dırnaqlarını gəmirmək, çirkli əllər, yuyulmamış başla gəzmək və bunlara görə heç kimin fikrini önəmsəməmək, utanmaq hissinin azalması
3. Özünə qapanma, təcrid, social həyatdan uzaqlaşmaq
- Evdən belə güclə çıxır
4. Qeyri-adekvat emosiyalar - məsələn, xoş, sevincli bir hadisə, xəbər zamanı insan ağlayır və ya əksinə. Eləcə də emosiyalar tamamilə itə bilər. Gözləri belə hissiz olur.
5. Ətrafa düşmənçilik, aqressivlik, hamıya şübhə ilə yanaşmaq
Ona elə gəlir ki, hər kəs ona pislik etmək istəyir. Heç kimə inanmır, güvənmək olmaz. Belə adamlar hər yerdə, hətta marketdə kassir qıza belə düşməncəsinə yanaşır və bunu ona irad bildirəndə daha da aqressivləşir.
6. Mimikanın daşlaşması
Siması çox darıxdırıcı və eyni vəziyyətdə olur.
7. Yuxu pozulması
İstənilən formada. Ya çox yatır, ya da yatmır. Gündüz yatır, gecə oyaq qalır.
8. Diqqət və yaddaş pozulması
İnsan sadə bir tapşırığın, işin üzərində diqqətini cəmləməyə əziyyət çəkir. Diqqəti daim yayılır, mövzunu dəyişir.
9. Qəribə fikirlər və təsdiqlər yaranır
İnsan birdən birə ateis olur. Və yaxud magiyaya inanmağa başlayır. Çox qəribə fikirlər səsləndirir. Məsələn, işdə birdən-birə "bizi işdən çıxardacaqlar", "Gün batana kimi bu işi çatdıra bilməyəcəyik", İndi şef bizi çağıracaq kimi fikirlər deyir, lakin bunu niyə dediyini əsaslandıra bilmir.
10. Əlaqəsiz nitq
Nitqində çox zaman uydurma sözlər, hərf birləşmələri işlədir, mənasını hem kim bilmir.
Eyni fikri, sözü dəfələrlə təkrarlayır
Təhqiredici söz və söyüşlərə aludəçilik
Söhbət zamanı mövzu ətrafında danışa bilmir və yayınır
Bütün bu simptomların yarısı və ya hamısı kimdəsə varsa, vaxt itirmədən psixiatr müayinəsinə getmək lazımdır. Ola bilər bəzi simptomlar yorğunluqdan, işdən, həyat tərzindən, stresdən olsun. Əgər bu simptomlar davamlı olarsa, dərinləşərsə, mütləq psixoteravtə baş çəkin. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1626   Tarix: 21 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

geyim necə seçməli gözəllik məhsulları kosmetik vasiteler prostat vəzi otaq dizayni xinayaxdi hakista ilk cinsi əlaqə kosmetika atalar sozu burclər novruz bayramina aid hakistalar qizlar kahfe fali