Smartfonların daha bir fəsadı üzə çıxdı: hətta yeniyetmələrdə də

Smartfonların daha bir fəsadı üzə çıxdı: hətta yeniyetmələrdə dəSmartfondan tez-tez istifadə nəinki yaşlı nəsildə, hətta məktəblilərdə də buxağın və boyunda "Venera halqalarının" əmələ gəlməsinə səbəb olur. Bəs texnoloji tərəqqinin bu mənfi təsirindən xilas olmaq mümkündür?
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu suala Kosmetoloqlar cavab veriblər.
Həkim Mariyat Muxina izah edib ki, baş irəli əyildikdə, yük yeddinci boyun fəqərəsi nahiyəsində hiperkifoza, həmçinin üçüncü, dördüncü və beşinci boyun fəqərələri nahiyəsində hiperlordoza səbəb olur. Bu qövs boyun toxumalarını irəli aparır, nəticədə buxaq şəklində çıxıntı əmələ gəlir.
"Baş cəmi 15 dərəcə əyildikdə, yük 12 kiloqrama, 30 dərəcəyə qədər əyildikdə - 18 kiloqrama qədər, 45 dərəcəyə qədər əyildikdə - 22 kiloqrama qədər, 60 dərəcədə isə - 27 kiloqrama qədər artır. Bu, boyun əzələlərinin ön hissələrinin qısalmasına səbəb olur, orta əzələni yerindən çıxarır, hətta məktəblilərdə də boyunda çoxmərhələli "Veneranın halqalarının" əmələ gəlməsinə səbəb olur", - Muxina "Vm.ru"ya açıqlamasında vurğulayıb.
Kosmetoloq-dermatoloq Natela Qrişina buxaqdan qurtulmağın yollarından danışıb. O, bildirib ki, effektiv üsullardan biri SMAS linftinq qurğusudur. Bu, dərinin dərinliklərində yerləşən və başqa üsullarla əldə edilə bilməyən əzələ aponevrotik təbəqəsinə ultrasəs üsulu ilə təsir göstərir. Həmçinin "ağıllı telefonların yaratdığı ikinci çənədən" xilas olmaq üçün radioliftinq tətbiq olunur. Bu da eyni zamanda dərialtı yağ toxumasına və tonusunu itirmiş dermisə təsir edir. Fraksiyalı lazer isə termal təsirlərə görə kollagen liflərinin yenilənməsini stimullaşdırır. Qrişinanın sözlərinə görə, bu cihaz sayəsində dəri yenilənir və daha sıx olur. Başqa bir üsul ip liftinqidir.
"Lipolitika da effektivdir. Çənədə yağ yığılır və ligamentlər uzandığı üçün dəri sallanmağa başlayır, lakin ineksiyalar onu parçalayır. Hialuron turşusu da kömək edir: biorevitalizatorlar və mezo-kokteyllər buxağın görünməsinə səbəb olan qıvrımları aradan qaldırır. Bundan əlavə, üz masajını da unutmamalısınız, lakin təsirin qısa müddətli olduğunu və müdəti olaraq həyata keçirməli olduğunu da qeyd etmək lazımdır", - həkim yekunda söyləyib.
Milli.Az

Xəbərlər     Baxılıb: 1176   Tarix: 17 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

toy gecesi yay geyimləri 2026 sac duzumleri günay musayeva balaca qablarda keks ayaqqabi ve cantalar seks poza şəkilləri kosmetika suni mayalanma hesaplama sağlamlığın sirleri kurtlar vadisi veten