Soda və süd - qıcqırmanı, köpü beş dəqiqədə yox edir

Soda və süd - qıcqırmanı, köpü beş dəqiqədə yox edirAdətən döş sümüyü arxasında yanğı hissi və yanmanın qida borusu boyu yuxarıya doğru yayılması mədə qıcqırması adlanır. Yanaşı olaraq mədədə doluluq hissi, ağızda acılıq və ya turş dad hiss oluna bilər. Xəstə əyiləndə və ya uzananda döş sümüyü arxasında yanma hissi artır.
Döş sümüyü arxasında yanmaya səbəb mədə möhtəviyyatının qida borusuna atılmasıdır. Aqressiv mədə şirəsi qida borusunun divarlarını qıcıqlandırır və dözülməz yanma hissi yaradır.
Mədə qıcqırması daha çox qidalanmanın pozulması, xüsusən də quru qidaların ayaqüstü yeyilməsi, qəhvə və tünd çaydan həddən artıq istifadə nəticəsində əmələ gəlir. Bir sıra hallarda qarındaxili təzyiqin artması da eyni klinik mənzərə yaradır. Daha çox hamiləlik, kəmərin çox sıx bağlanması və ağır əşyaların mütəmadi qaldırılması zamanı belə hallar baş verir. Mədə qıcqırması diafraqma yırtığı zamanı da aparıcı əlamətlərdən biri olur.
Qıcqırma təkcə döş sümüyü arxasında əmələ gələn və xəstəni narahat edən xoşagəlməz hiss deyil. Həzm şirələrinin daimi olaraq qida borusuna düşməsi onun aşağı hissəsində eroziya, xora, ağır hallarda isə hətta qida borusu xərçənginin inkişafına səbəb olur. Bundan başqa mədə möhtəviyyatı qida borusunun yuxarı şöbələrinə və qırtlağa qədər atıldıqda xəstədə öskürək, hətta səs tutulması əmələ gəlir.
İlk yardım
Mədə qıcqırmasını qısa zamanda aradan qaldırmaq üçün çox vaxt suda həll edilmiş çay sodasından istifadə edirlər. Doğrudur, çay sodası mədə şirəsində olan xlorid turşusunu neytrallaşdırır, lakin reaksiya nəticəsində əmələ gələn karbon qazı mədə divarlarının dartılıb gərilməsinə və ağrıya səbəb olur, mədə xorası olan xəstələrdə isə mədə qanaxması törədə bilər. Həm də çay sodası qəbul ediləndən 30-40 dəqiqə sonra mədə şirəsinin ifrazını artırır və qıcqırma əlamətləri getdikcə artır. Ona görə də mədə turşuluğunu neytrallaşdırmaq üçün çay sodasından istifadə etmək lazım deyil. Xalq təbabəti daha effektli və zərərsiz üsullar təklif edir:
Reseptlər
Kartof şirəsi
1 ədəd çiy kartofun şirəsi çəkilir və səhər acqarına qəbul edilir.
1-2 xörək qaşığı kartof şirəsi yeməkdən yarım saat əvvəl qəbul edilir.
Toxum qarışığı
Bərabər miqdarda razyana, bostan şüyüdü və cirə toxumları qarışdırılır, qarışıqdan 1 xörək qaşığı 1 stəkan qaynar suda 20 dəqiqə dəmlənir, hər gün 1-2 stəkan süzülmüş dəmləmə kiçik qurtumlarla içilir.
Süddə kətan dəmləməsi
1 çay qaşığı kətan toxumları 1 stəkan qaynar südə əlavə olunur, ağzı bağlanaraq yarım saat dəmlənir. Dəmləndikdən sonra qarışdırılır və süzülərək gündə 1-2 dəfə yeməkdən əvvəl yarım stəkan qəbul edilir.
Fitooil Zəyərək (kətan) yağı
Hər səhər acqarına 1-2 xörək qaşığı Fitooil Zəyərək yağı qəbul edilir.
Kərəviz kökü
Təzə kərəviz kökünün şirəsi sıxılır və gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1-2 xörək qaşığı içilir. 2 çay qaşığı qurudulmuş kərəviz kökləri xırdalanır, 1 stəkan qaynar suda dəmlənir və gündə 2-3 dəfə yarım stəkan qəbul olunur.
Tabaşir və ya kömür
1 çay qaşığı üyüdülmüş kəcəvər kökləri 4 çay qaşığı tabaşir tozu ilə qarışdırılır. Kəcəvər kökünün əvəzinə zəncəfil kökü, tabaşrın yerinə isə aktivləşdirilmiş kömürdən də istifadə etmək olar. Qarışıqdan 1 çay qaşığı 1/3 stəkan suda həll edilir və gündə 3 dəfə qəbul edilir. Təzə kəcəvər köklərinin çeynənilməsi də qıcqırmanı azaldır.
Turşuluğa qarşı turşu
1 stəkan qaynadılmış suya 2 çay qaşığı alma sirkəsi əlavə olunur və yeməkdən qabaq qəbul edilir.
Bitki qarışığı
Hərəsindən 1 xörək qaşığı dazıotu, bağayarpağı və çobanyastığı çiçəkləri qarışdırılır, üzərinə 2 stəkan qaynar su əlavə olunaraq 2 saat dəmlənir. Süzüldükdən sonra gündə 2-3 dəfə yeməkdən əvvəl yarım stəkan içilir.
Teastomin çayı
2 filtr-bağlama Teastomin çayı yarım stəkan qaynar suda 15 dəqiqə dəmlənir və gündə 3 dəfə yeməkdən yarım saat əvvəl qəbul edilir.
Badamla qoz
Hər birindən 100 qram qoz və badam həvəngdəstədə əzilir və ya sürtgəcin kiçik gözündən keçirilir. Qarışdırıldıqdan sonra hər gün 1 xörək qaşığı qəbul edilir.
Qızılçətir dəmləməsi
1 xörək qaşığı qızılçətir otu 1,5 stəkan suda yarım saat dəmlənir, yeməkdən 30 dəqiqə əvvəl 1 xörək qaşığı qəbul olunur.
Portağallı biyan dəmləməsi
10 qram xırdalanmış biyan kökləri ilə 6 qram qurudulmuş portağal qabıqları üzərinə 2 stəkan qaynar su əlavə olunur və vam ocaqda yarısı qalana qədər qaynadılır. Alınan bişirməyə 1 xörək qaşığı təmiz bal əlavə olunaraq gündə 3 dəfə yeməkdən əvvəl qəbul edilir. Prosedur 1 ay aparılır.
Profilaktika
Az-az və tez-tez yemək yemək;
Acı, yağlı və qızardılmış yeməklərdən, alkoqollu, turş və qazlı içkilərdən, sarımsaq, çiy soğan, turş meyvələrdən imtina etmək, şokolad, qəhvə və tünd çay qəbulunu məhdudlaşdırmaq;
Yeməkdən sonra əyilib iş görməmək;
Axşam yeməyini yatmazdan 2-3 saat əvvəl qəbul etmək;
Çarpayının baş hissəsini 10 sm qaldırmaq;
Qarın nahiyəsini sıxan kəmərlər, korset və bandajlar taxmamaq.

SaqlamHeyat.az

Sağlamlıq     Baxılıb: 3944   Tarix: 08 oktyabr 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

turlar.az

donlar 2026 toy makiyajlari həkim məsləhəti 2026 cu ilin modasi murebbeler 2026 hicab cins 2026 kosmetika cinsi əlaqə hekaye janri baldiza aid hakisda öpüşme kahfe falı