Şok zamanı ilk yardım

Şok zamanı ilk yardımTibdə şok adı altında – orqanizmdəki orqan və toxumalarda qan dövranının kəskin şəkildə pozulması prosesi anlaşılır.
Müvafiq tibbi tədbirlərin görülməsi ilə şokun inkişaf etməsinin qarşısı alınmazsa, xəstə 5-30 dəqiqə ərzində boğulmadan və ya 24-48 və daha artıq saat ərzində müxtəlif orqanlarda baş verən ağır geriyədönməz dəyişikliklər nəticəsində həlak ola bilər.
Şok travmalar nəticəsində güclü qanaxmalar, yanıqlar zamanı qan plazmasının itirilməsi və ya orqanizmin susuzlaşması (çoxsaylı qusma, ishal), cərrahi əməliyyatdan sonra yaraya təhlükəli mikrobların düşməsi nəticəsində və ya orqanizmin özündə iri irin ocağının yaranması zamanı, məsələn, peritonit, yenidoğulmuşlarda göbək yarasının irinlənməsi və s. (septik şok), həmçinin güclü allergenin orqanizmə düşməsinə orqanizm tərəfindən verilən reaksiyası (anafilaktik şok) nəticəsində baş verir.
Güclü qanaxma və yanıq zamanı yaranan şokun (travmatik şok) ilkin əlamətlərini insanın davranışında olan dəyişikliklərlə müəyyən etmək olar. O, birdən-birə həyəcanlanır: vurnuxmağa başlayır, hara isə qaçmağa can atır və ya əksinə olaraq, əzgin, yuxulu, ətrafdakılara qarşı laqeyd olur. Bu zaman dəri avazımış, soyuq və nəm olur, dodaqları və dırnaqları göyərir, tənəffüsü səthi və tezləşmiş olur. Şokun sonrakı inkişafı zamanı zərərçəkəndə təngnəfəslik yaranır, nəbz tezləşir, arterial təzyiq kəskin şəkildə aşağı enir, o, huşunu itirir. Bu haldan sonra zərərçəkənə tibbi yardım göstərilməzsə (ən effektiv olanı – vena daxilinə qan əvəzedicilərinin köçürülməsidir), onun ürəyi dayanır və aqoniya (canvermə) baş verir.
Ona görə də güclü qanaxma zamanı şokun profilaktikası üçün tez bir zamanda qanaxmanı saxlamaq (bax, "Qanaxma zamanı ilk tibbi yardım"), zərərçəkənin üstünü ədyalla örtmək, isti maye və ağrıkəsici dərman verib dərhal tibb müəssisəsinə çatdırmaq lazımdır.
Çoxsaylı qusma və ishal nəticəsində orqanizmdə baş verən susuzlaşmadan yarana bilən şokun qarşısını almaq üçün vaxtında müvafiq tədbirlər görmək lazımdır (bax, "İshal və qusma zamanı ilk yardım"). Ağır vəziyyətlərdə dərhal "təcili yardım" çağırmaq və ya mümkün qədər tez bir zamanda xəstəni xəstəxanaya aparmaq tələb olunur.
Sahəsi geniş olan yanıqlar zamanı zərərçəkəndə şokun baş verməsinin profilaktikası üçün onu təmiz döşəkağına bürüyüb üstünü isti bir şeylə örtmək, ona isti maye içirtmək, yaşına uyğun dozada antihistamin və ağrıkəsici dərmanlar vermək və dərhal xəstəxanaya çatdırmaq lazımdır.
Septik şokun profilaktikası - cərrahi əməliyyatdan sonrakı yaraların düzgün və diqqətlə işlənməsi və antibiotiklərin düzgün təyin edilməsi yenidoğulmuşlarda uşağın dərisinə və göbək yarasına düzgün qulluq edilməsindən ibarətdir.
Anafilaktik şok – şokun ən ağır formalarından biridir. Anafilaktik şok çox qısa bir müddət ərzində inkişaf edir. Onun əsas səbəbi orqanizmə inyeksiya (iynə) ilə dərman preparatının yeridilməsidir. Bilmək lazımdır ki, bir çox dərman preparatları (antibiotiklər, vitaminlər, vaksinlər, anestetiklər və s.) insanlarda (xüsusən də söhbət uşaqlardan getdikdə!) anafilaktik şokun yaranmasına səbəb ola bilərlər. Çox nadir hallarda müxtəlif qidalar (balıq, inək südü, yumurta, xardal, qoz və s.) və ya həşəratların sancması da anafilaktik şok törədə bilər. Anafilaktik şokun yarana bilməsini qabaqcadan bilmək hələ ki, çox çətindir.
Anafilaktik şok - dərman maddəsinin orqanizmə yeridilməsindən bir neçə dəqiqə sonra, venadaxili yeridilməsi zamanı isə - hətta preparatın yeridildiyi anda da inkişaf edir. Bu zaman yeridilən dərmanın dozası böyük rol oynamır. Belə ki, bəzən ən kiçik miqdarda allergenin olması da ağır anafilaktik şokun inkişaf etməsi üçün kifayət edir.
Anafilaktik şokun başlanmasının ilk əlamətləri: narahatçılıq, qorxu hissiyyatı, zəiflik, baş ağrısı, dodaqların və sifətin keyləşməsi, başgicəllənmə, qulaqlarda küy, gözlərin qabağının qaralması, soyuq tər, ürəkbulanması, təngnəfəslik, boğazda, sinədə sıxılma və təzyiq hissiyyatı (bronxların spazmı və ya qırtlağın allergik ödemi), arterial təzyiqin enməsi, bəzi hallarda zərərçəkənin dərisində səpgilər, bədəndə ödemlər (şişkinlik), qusma, qarında ağrı, qeyri-ixtiyari sidik və nəcis ifraz edilməsi. Daha sonra lazım olan tədbirlər görülmədiyi halda qıcolmalar, huşun itirilməsi, ürək fəaliyyətinin və tənəffüsün dayanması inkişaf edə bilər. Belə xəstələrə vaxtında lazım olan tibbi yardım göstərilməzsə, tənəffüs və urək dayanması nəticəsində ölüm də baş verə bilər.
Anafilaktik şokun ilkin əlamətləri meydana çıxan kimi, dərhal "təcili yardım" çağırın! Özünüz isə ilk tibbi yardım göstərməyə başlayın. Bu halda xəstənin sağlamlığı və həyatı bilavasitə sizin tez və düzgün hərəkət etmənizdən asılı olur:
1. Əgər şok dərman preparatının yeridilməsi nəticəsində baş verərsə, həmin dərmanın yeridilməsini dərhal saxlayın, imkan olduğu halda dərmanın qan damarları vasitəsi ilə yayılmasının qarşısını almaq üçün iynə vurulan yerdən yuxarıda jqut (arteriyaları sıxmadan), iynə vurulan yerə isə buz qoymaq lazımdır.
Əgər şokun yaranmasının səbəbi həşəratın sancması olarsa, tez bir zamanda yaradan onun iynəsini çıxarın, yaranı sıxaraq oradan qan və zəhərin xaric olmasına çalışın, sancma yerinə buz və ya soyuq kompres qoyun.
2. Sonra bədəni sıxan paltarları boşaldın, zərərçəkəni başının altına yastıq qoymadan (başa qan axınını artırmaq üçün), ayaqları bir qədər yuxarı, başı isə yana olmaqla (qusma başladığı halda qusuntu kütlələri ilə boğulmamaq üçün) yatağa uzadın. Əgər zərərçəkən təngnəfəslik hiss edərsə, ona yarıoturaq vəziyyət verin.
3. Xəstənin üstünü isti örtmək, qan dövranını yaxşılaşdırmaq üçün ayaqlarına içərisində isti su olan rezin qovuq (qrelka) qoymaq lazımdır. Mütləq otağa təmiz hava daxil olmasını təmin edin (pəncərəni, nəfəsliyi açın). Vahiməyə düşməyin, zərərçəkəni də sakitləşdirməyə çalışın – həyəcanlanma allergik reaksiyanı yalnız gücləndirə bilər!
4. Bundan dərhal sonra əgər zərərçəkənin huşu özündədirsə, ona antihistamin preparatı vermək lazımdır:
- suprastin, taveqil: 1 yaşınadək olan uşaqlara 1/4 həb; 3 yaşınadək 1/3 həb; 7 yaşınadək 1/2 həb; 10 yaşından yuxarı və böyüklərə isə 1 həb;
- klaritin sirop və ya həb şəklində: 2 yaşından 12 yaşınadək olan uşaqlara gündə 1 dəfə olmaqla 1/2 həb və ya 5 ml (1 çay qaşığı) sirop; 12 yaşından yuxarı və böyüklərə isə gündə 1 dəfə olmaqla 1 həb və ya 10 ml (2 çay qaşığı) sirop.
Əgər xəstənin vəziyyəti tez bir zamanda ağırlaşarsa (təngnəfəslik, qıcolmalar, huşun itirilməsi və s.), ona əzələ daxilinə suprastin, taveqil və ya dimedrol iynəsi vurun (inyeksiyanın vurulması haqqında 65-ci səhifədə oxuyun). Böyüklərə dərmanın 1 ampulası vurulur. Uşaqlara yaşından asılı olaraq:
1 ay -1 yaşına qədər olan uşaqlara – ampulanın 1/4 hissəsi,
1 yaşından - 6 yaşına qədər olan uşaqlara – ampulanın 1/2 hissəsi,
6 yaşından 14 yaşına qədər olan uşaqlara - ampulanın 1/2 hissəsi – 1 ampula vurulur.
5. Əgər şok nəticəsində tənəffüsün dayanması baş veribsə, dərhal xəstəyə süni tənəffüs verməyə başlayın; ürək dayanması baş verdikdə isə ürəyin qapalı masajını icra edin (bax, "Ürəyin xarici masajı").
Hətta siz anafilaktik şokun qarşısını özünüz alsanız da, zərərçəkən təcili halda həkim tərəfindən müayinə olunmalı, lazım gələrsə xəstəxanaya yerləşdirilməlidir. Belə ki, bir çox hallarda orqanizm üçün şokun fəsadları çox ağır ola bilər.
Əgər şok yox, allergiya baş veribsə (məsələn, bədənin hər hansı bir yerində birdən birə səpgi və ya şişkinlik yaranıbsa), xəstənin sağlamlığı üçün təhlükə xeyli dərəcədə az olur. Əgər allergiyaya qarşı dərman preparatları qəbul etdikdən sonra (məsələn, klaritin, suprastin və s.) allergiya əlamətləri azalmağa başlayarsa, "təcili yardım" çağırmamaq olar. Ancaq bu zaman, hər ehtimala qarşı həkimə müraciət etmək lazımdır.

Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 2165   Tarix: 13 iyul 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

turlar.az

gelinlikler həkim məsləhəti toy gecesi goyemin faydasi qas duzeltme toy ucun maraqli ideyalar ayaq sismesi kosmetika qiz evi haxista xeyanet google tərəzi bürcü aslan