Şokoladlı bulkalar. Asan resept
Tərkib:
- 1 stəkan süd
- 3 x.q. şəkər tozu
- 2 yumurta (1 yumurta - xəmir üçün, 1 yumurta - bulkların üzərinə çəkmək üçün)
- 50 qr kərə yağı
- 1 paket vanilli şəkər tozu
- 2 stəkan un
- 1 çimdik duz
- 3 x.q. bitki yağı (iysiz)
- 1 ç.q. quru maya
İçlik:
- Şokolad pastası
Hazırlaması:
1. İlıq südə maya, 1 ç.q. şəkər tozu, 2 x.q. un əlavə edin, qarışdırın. İsti yerə qoyun ki, qalxsın.
2. Yumurtanı şəkər tozu, vanil və duzla çalın, bitki yağı, ərinmiş kərə yağı, maya əlavə edin, qarışdırın.
3. Hissə-hissə ələnmiş un tökün, üzərinə dəsmal sərin, isti yerə qoyun.
4. 1,5 saatdan sonra xəmiri qatın, eyni hissələrə bölün, yastıladın, içinə şokolad pastasını qoyun, qıraqları bükün, bulka şəklinə salın.
5. Tavaya yağ çəkin, bulkaları düzün (aralarında məsafə qalmalıdır). Bulkaların üzərinə dəsmal salın, 20-30 dəqiqə saxlayın ki, bulkalar şişsin.
6. Sobanı qabaqcadan 180 C qədər qızdırın, bulkalara yumurta sarısını çəkin, təxminən 20 dəqiqə ərzində bişirin.
Nuş olsun!









Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Arzuolunmaz hamiləlik
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Azərbaycanlı musiqiçi intihar edib
Ətir istifadə edənlərə xəbərdarlıq
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Mixək çayının yaddaşa faydası
Bred Pittin yeni sevgilisi - Foto
Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi
P.Diddi həbsxanadan xəstəxanaya aparıldı