SON DƏQİQƏ! SƏHNƏMİZ ONU DA İTİRDİ - 59 yaşlı Əməkdar artistimiz qəflətən dünyasını dəyişdi - FOTO

Azərbaycan Respublikasının əməkdar Artisti Mərdan Feyzullayev vəfat edib.

Kulis.az-ın rejissorun dostu, aktyor Şirzad Pirallahidən aldığı xəbərə görə, Mərdan Feyzullayev dünən 59 yaşında Moskva şəhərində vəfat edib. Pirallahinin sözlərinə görə, Mərdan Feyzullayev xəstə deyilmiş, Moskvanın baş rejissor işlədiyi "Jar Ptitsa" teatrından məşqdən çıxıb evə gedib və axşam qəfil halı pisləşib.

Bu gün saat 12-də işlədiyi teatrda Mərdan Feyzullayevlə vida mərasimi keçiriləcək. Daha sonra rejissorun cənazəsi Azərbaycana gətiriləcək.

Mərdan Əhmədiyyə oğlu Feyzullayev 3 fevral 1959-cu ildə Şəkinin Kiş kəndində anadan olub.

1973-cü ildən məktəbin dram dərnəyində həvəskar aktyor kimi çıxışlar edib. Kənd orta məktəbini bitirərək Şəki Dövlət Dram Teatrının yardımçı heyətində aktyor kimi çalışıb. 1977 – 1979-cu illərdə hərbi xidmətdə olmuş, 1979 – 1983-cü illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil almış və təyinatla Şəki teatrına göndərilmişdir. 1984 – 1989-cu illərdə B.V.Şukin adına Moskva Ali Teatr Məktəbinin rejissorluq fakültəsində təhsil almışdır.

Mərdan Feyzullayev 1989 – 1994-cü illərdə Şəki teatrının baş rejissoru işləmişdir. Şəki Dövlət Dram Teatrında 30-dan artıq tamaşaya quruluş vermiş Mərdan Feyzullayev son dəfə 2016-cı ildə S.Vurğunun "Vaqif" pyesini tamaşaya qoymuşdur.

2011-ci il iyul ayının 4-də Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunmuşdur.

Mərdan Feyzullayev 1994-cü ildən Moskvada yaşayıb, Moskva Komediya Teatrında, R.Simonov adına Moskva Dram Teatrında və "Səməndər quşu" Kukla Teatrında rejissor işləmişdir. 2009-cu ildə işlədiyi teatrın nəzdində "Dərviş" Azərbaycan teatrı açmış və bu teatrda Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri", Elçinin "Şekspir", Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan", Bəxtiyar Vahabzadənin "Gülüstan" (monotamaşa), "Leyli və Məcnun" (Nizami Gəncəvinin və Məhəmməd Füzulinin eyniadlı poemaları əsasında) əsərlərini tamaşaya hazırlamış, həmçinin bu tamaşaları Rusiyanın vilayətlərində də tamaşaçılara təqdim etmişdir.

Mərdan Feyzullayev 2010-cu ildə Rusiya Federasiyasının "Vətən qarşısında xidmətlərinə görə" medalına layiq görülmüşdür.
SON DƏQİQƏ! SƏHNƏMİZ ONU DA İTİRDİ - 59 yaşlı Əməkdar artistimiz qəflətən dünyasını dəyişdi - FOTOSON DƏQİQƏ! SƏHNƏMİZ ONU DA İTİRDİ - 59 yaşlı Əməkdar artistimiz qəflətən dünyasını dəyişdi - FOTO

Xəbərlər     Baxılıb: 9080   Tarix: 14 avqust 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

reseptler toy gecesi makiyaj instagram aybasi qani ile cadu islamda qadın ana ve usaq psixoloji məsləhətlər kosmetika pehriz hakista sozler novruza aid hakışta novruz hakışdaları tərəzi bürcü