SON DƏQİQƏ! Xərçəngdən əziyyət çəkən məşhur aktrisa səhər saatlarında VƏFAT ETDİ - FOTO
Dünyanın ən məşhur aktrisalarından biri, fransız Janna Moro bu gün 89 yaşında vəfat edib.
Xanim.az Milli.Az - a istinadən bildirir ki, aktrisanın cəsədini evində xidmətçi qadın səhər saatlarında görüb.
J.Moro Fransa kinematoqrafında "yeni dalğa"nın mənsubları olan kinorejissorlar Fransua Trüffo və Lüi Malın filmlərindəki rolları, habelə Mikelancelo Antonioni və Lüis Bünüelin lentlərində yaratdığı obrazlarla məşhurlaşmışdı.
Onun son rolu 2015-c iodə çəkilmiş "Dostlarımın istedadı" filmində idi.
Qeyd edək ki, bəzi məlumatlara əsasən aktrisa xərçəngdən əziyyət çəkirmiş