"Son həftələrdə ölkəmizdə qeydə alınan "omikron" ştamının yoluxduruculuğu..."

Yeni növ koronavirus (COVID-19) infeksiyasının "omikron" ştamının yüksək yoluxduruculuq xüsusiyyəti virusa yoluxanların sayında artıma səbəb olub. Mütəxəssislər yoluxmaların qarşısını müəyyən qədər almaq və ağırlaşmalardan qorunmaq üçün sanitar-gigiyenik qaydalara əməl etməyə və "buster" doza vurdurmağa çağırır. Onlar qeyd edirlər ki, əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində ölkəmizdə epidemioloji vəziyyəti müəyyən qədər sabit saxlamaq mümkündür.
Milli.Az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva viruslardan qorunmaq üçün peyvəndləmənin əhəmiyyəti barədə danışarkən deyib.
Onun dediyinə görə, profilaktikanın müalicədən daha əhəmiyyətli olması tibbin qızıl qaydalarından biridir: "Xəstəliyi müalicə etməkdənsə, xəstənin həmin xəstəliyə yoluxmasının qarşısını almaq lazımdır. Bunun üçün profilaktik tədbirlərə vaxtında başlamaq vacibdir. Bu, bütün xəstəliklər, eləcə də COVID-19 üçün keçərlidir. COVID-19 infeksiyasının ən vacib profilaktikası isə vaksinasiyadır. Son həftələrdə ölkəmizdə qeydə alınan "omikron" ştamının yoluxduruculuğu yüksək olsa da, xəstəliyin gedişi zəifdir. Ona görə də hospitalizasiya olunan xəstələrin sayı daha azdır. Peyvənd olunanlar isə "omikron" ştamına yoluxarkən xəstəliyi daha yüngül keçirirlər".
Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Pərviz Abubəkirov qeyd edib ki, "omikron" ştamının genetik xüsusiyyətləri nəzərə alınaraq vətəndaşlardan səhiyyə qurumlarının virusa yoluxma riskini azaldan göstərişlərinə əməl etmək xahiş olunur: "Aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən səmərəli yolu vaksinasiyadır. Səhiyyə qurumları vətəndaşları yayılan yeni ştamdan qorunmaq üçün "buster" doza ilə vaksin olunmağa çağırır".
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 1409   Tarix: 26 yanvar 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

yay geyimləri 2026 toy gecesi gozel gorunmek interyer dizayni həsrət şəkilləri buga burcu ideal toy kosmetika pomidor rus dili 2ci ders hesaplama tapmacalar qu quşu