Sonsuzluqdan əziyyət çəkən kişilər oxusun

Sonsuzluqdan əziyyət çəkən kişilər oxusunUşaqların sağlamlığının qayğısına qalmaqda ana ilə yanaşı, atanın da üzərinə böyük məsuliyyət düşür. Buna görə də övlad sahibi olmaq istəyən ana namizədlərlə yanaşı, ata namizədlərin də bu mövzuda həssas olmaları, həm doğulmazdan öncə, həm də doğuşdan sonra uşaqlara qulluqla bağlı məlumatlı olmaları vacibdir. Qadınlarımız bu mövzuda kişilərdən daha məlumatlıdırlar.

Elə bunu nəzərə alaraq bundan sonra çalışacağıq ki, mütəmadi olaraq körpəyə qulluq, bu zaman atanın üzərinə düşən məsuliyyət barədə kişilər üçün maraqlı olacaq məqalələr paylaşaq. Bu dəfəki məqalədə isə sizə süni mayalanma ilə bağlı məlumat vermək istəyirik.

Təbii üsulla körpə sahibi olmaq mümkün olmadıqda cütlüklər süni mayalanma yolu ilə övlad sahibi olmaq barədə düşünürlər. Amma bu mövzuda qadınlara nisbətən, kişilər doğulacaq körpənin sağlamlığı və gələcəyi barədə daha çox narahat olurlar. Əziz kişilər, artıq bu mövzuda narahat olmağa dəyməz. Danimarkalı elm adamlarının apardığı araşdırmalar nəticəsində məlum olub ki, suni mayalanma yolu ilə dünyaya gələn uşaqlar daha sağlam olurlar.

Tədqiqatçılar dondurulmuş embrionların ana rəhminə yerləşdirilməsi ilə doğulan mindən çox körpə üzərində araşdırma aparıblar və bu yolla doğulan uşaqların təbii yolla doğulan uşaqlardan daha sağlam olduğunu, eyni zamanda bu üsulun ananın sağlamlığı baxımından da daha təhlükəsiz olduğunu bildiriblər. Onlar həmçinin, bu qənaətə gəliblər ki, təbii yolla dünyaya gələn uşaqlarda xəstəliklərin yaranma riski yüksək, bu xəstəliklərə qarşı immunitet isə zəif olur.

Amma alimlərin fikrinə görə, süni mayalanma yolu ilə dünyaya gələn uşaqların heç də hər biri sağlam olmur. Bunun üçün embrion sahibinin sağlam olması və ondan götürülən embrionların bütün təhlükəli xəstəliklərdən təmizlənməyi lazımdır.

Süni mayalanmanın təbii yolla yaranan hamiləlikdən bir fərqi də bu zaman hamiləlik müddətinin daha uzun olmasıdır. Amma bu vaxt ananın sağlamlığı üçün təhlükə yaradan ekiz, üçüz uşaqların dünyaya gəlməsi mümkün deyil. Buna görə də mütəxəssislər bu doğum növünün daha təhlükəsiz olduğu hesab edirlər.

Sağlamlıq     Baxılıb: 1606   Tarix: 20 oktyabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

turlar.az

yay geyimləri 2026 hamiləlik sade makiyaj sekilleri genc aile balıq yağı qara qarağat uşaq yeməyi kosmetika novruz hakista sanama kökəlmək üçün novruz bayramina aid hakista vicdan