Soyuducuda hansı ərzaqları saxlamaq olmaz?

Soyuducuda hansı ərzaqları saxlamaq olmaz?Yeməklərin saxlama qaydaları bu günə qədər mübahisə olunan mövzulardandır. Məsələn, çörəyi soyuducuda, yoxsa çörək qabında saxlamalıyıq? Pomidoru mətbəx dolabında, yoxsa soyuducuya saxlamalıyıq?

Bunlar arasında ən çox müzakirə olunan isə kərə yağıdır. Soyuducuya qoyulan yağı çörəyə yaxmaq çətindir. Bəs bu zaman nə etməli? Araşdırmalar göstərir ki, kərə yağını qabından çıxarmadan soyuducuda saxlamaq lazımdır. Çünki kərə yağı süddən hazırlanır və uzun müddət soyuducudan kənarda qalarsa, xarab olma ehtimalı yüksək olur. Duzlu kərə yağının xarab olma ehtimalı daha azdır. Çünki duz onun xarab olma ehtimalını azaldır və bakteriyaları uzaq tutur. Kərə yağı bir neçə saat mətbəx dolabında qala bilər. Bəzi qidalar isə soyuducudan tamamilə uzaqda qalmalıdır.

Pomidor soyuducuda bütün dadını itirir. Bundan daha böyük səhv ola bilərmi? Soyuducudakı soyuq hava pomidorun daha yaxşı yetişməsinə mane olduğu üçün dadsızlaşır. Onları mətbəx səbətində, ya da torbada saxlayın.

Reyhanı soyuducuya qoyan kimi sürətlə solmağa başlayır və çürümüş qoxusunu orda olan başqa qidalara da ötürür. Onu kəsilmiş çiçəklər kimi 1 stəkan suyun içində saxlayın. Əgər onları uzun müddət saxlamaq istəyirsinizsə, qurudub daha sonra buzxanaya qoyun.

Kartofu uzun müddət soyuducuda saxlasanız, nişastası şəkərə dönəcək və şirin kartofa çevriləcək. Kartofu kağız torbaya qoyub sərin və qaranlıq bir yerdə saxlayın. Soyuq yerdə saxlamaq olmaz. Kağız torbalar plastiklərdən daha çox faydalıdır. Belə ki, onlar ərzaqların nəfəs almasına və gec xarab olmasına imkan yaradır.

Soğanı soyuducuya qoyarsanız, yumşalıb nəmli hala gələcək. Soğanları sərin və quru yerdə saxlamaq lazımdır. Yaşıl soğanın tərkibində maye çox olduğu üçün soyuducuda saxlamaqda problem yoxdur. Həmçinin soğan və kartofları ayrı-ayrı yerlərdə saxlamalısınız. Çünki ikisi birlikdə olanda tez xarab olurlar.

Avakodanın daha dadlı olmasınız istəyirsinizsə, onları soyuducudan uzaq saxlayın. Amma tam yetişmiş avakoda almısınızsa, onu rahatlıqla soyuducuya qoya bilərsiniz.

Soyuducuda uzun müddət qalan sarımsaq cücərməyə başlayır. Sarımsağı daha sərin və quru yerdə saxlamaq lazımdır.

Soyuducuda qalan çörək daha tez quruyur. Əgər dilimlənmiş çörək deyilsə, onu çörək qabında və ya buzxanada saxlamalısınız. Soyuducuda saxlanılan çörək 4 gün ərzində yeyilməlidir. Soyuducuya qoyulan çörəyi bir paketə büküb qoyun. Buzxanadan çıxarandan sonra onun açılmasını gözləyin.

Zeytun yağı da sərin və quru bir yerdə saxlanılmalıdır. Lakin soyuducuda saxlamaq olmaz. Çünki soyuducuda qalan zeytun yağı qatılaşır.

Qəhvəni soyuducuya qoyarsanız, bütün dadını itirər və oradakı bütün yeməklərin qoxusunu özünə çəkər. Onu da sərin və quru mətbəx dolabında saxlayın. Beləcə təzəliyini və ətrini qoruyacaq. Lakin qəhvə çoxdursa, onu buzxanada saxlaya bilərsiniz.

Balı soyuducuda saxlamağa heç gərək yoxdur. Ağzını kip bağladıqdan sonra istədiyiniz qədər soyuducudan kənarda saxlaya bilərsiniz. Bal soyuducuda qalan zaman donur və kristallaşır.

Maraqlı     Baxılıb: 3314   Tarix: 25 iyun 2014
f Paylaş

Oxşar xəbərlər

.

Nəsibə Hüseynova vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.  xəbər verir ki, Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşa

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

.

ADU-nun doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib. xəbər verir ki, bu barədə universitet məluma

.

Ölkəmizdə məktəblər bağlanır? – Xəbərdarlıq

Ölkədə qızılca xəstəliyi sürətlə yayılmaqdadır. Son məlumata görə, hazırda 284 xəstə var. Onlar arasında isə daha çox uşaqlar bu xəstəliyə yoluxub. Maraqlıdır, belə davam edəcəyi təqdirdə məktəblərdə karantin elan oluna bilərmi?

.

Günlər 24 yox, 16 saat olub - İDDİA

"Günlər artıq 24 yox, 16 saatdır" fikri elmi baxımdan doğru deyil. Bu iddia dünyada sensasiya doğurub. xarici mətbuata istinadən xəbər verir ki, alimlər Yer kürəsinin fırlanma sürətini uzun illərdir dəqiq şəkild

.

Qaravəllilər

Qaravəlli - nağıllar başlarkən söylənilən və nəzm şəklində olan kiçik müqəddimədir. Məsələn:. Hamam, hamam içində,. Xəlbir saman içində. Dəvə dəlləklik eylər. Köhnə hamam içində. Qarışqa şıllaq atdı,. Dəvənin budu batdı

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Naxçıvan Dövlət Universitetində yeni təyinat olub.  xəbər verir ki, bununla bağlı universitetin rektoru Elbrus İsayev əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliye

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

turlar.az

sac duzumleri gelinlikler adlarin menasi 2026 geyimi balqabaq plov cinsi sağlamlıq gözəl xanım kosmetika qaynanaya aid maya maskasi rus dilin nece orenek sirin qogal kley lekesi