Soyuq aylarda gözlərdə yaranan problemlər: allergiya, sulanma, göz xərçənginin səbəbləri - Uzman oftalmoloqla MÜSAHİBƏ

Soyuq aylarda gözlərdə yaranan problemlər: allergiya, sulanma, göz xərçənginin səbəbləri - Uzman oftalmoloqla MÜSAHİBƏPayız-qış mövsümünün gəlməsi ilə əlaqədar olaraq bir sıra xəstəliklər, o cümlədən müxtəlif göz xəstəlikləri çoxalmağa başlayır. Bundan əlavə hamiləlik zamanı gözdə baş verən dəyişikliklər ən çox maraq doğuran suallardandır. Sonzamanlar xərçəngin bütün növləri kimi göz xərçənginin də yayılmasında artım müşahidə olunur.
Milli.Az bildirir ki, göz xəstəlikləri üzrə Türkiyənin uzman doktoru Azmiye Altınışık medicina.az-ın suallarını cavablandırıb və maraqlı mövzulara toxunub. Həmin müsahibəni təqdim edirik:
- Havaların soyuması, payız-qış mövsümünün gəlməsi gözümüzə necə təsir edir? Xəstələr ən çox hansı problemlərdən müraciət edir?
- Payız-qış aylarında küləkli hava səbəbindən göz quruluğu şikayətləri çoxalır. Çünki bu göz yaşı çox buxarlandığı üçün gözlərimiz çox asanlıqla sulanır. Nə qədər qəribə səslənsə də bu sulanma göz quruduğu üçün baş verir. Nəzərinizə çatdırım ki, bizim gözlərimiz nəmlidir. Göz quruluğu və ya göz yaşı yetməzliyi olan şəxslərin gözləri asanlıqla sulanır.
Xüsusilə qış mövsümündə qrip infeksiaları artır və gözə də təsir edir. Qrip infeksiyaları zamanı maksimum ehtiyatlı olmağımız lazımdır. Qidalanmağımıza fikir verməli, insan sıx olan ərazilərdən uzaq durmalıyıq. Metro, kinoteatr, ticarət mərkəzləri və s. kimi insanların çoxluq təşkil etdiyi yerlərdə diqqətli olmaq lazımdır. Bədəni çox yormamaq, dincəlmək lazımdır.
Bundan başqa əgər gözdə mövsümi allergiyalar varsa, bu narahatılıqlar özünü göstərir. İnsanlar gözdə daha çox yaz fəslində allergiya olduğundan xəbərdardır. Lakin qış aylarında da gözdə allergiyalar baş qaldırır. Xüsusilə immunitet zəiflədiyi zaman bütün xəstəliklər kimi göz xəstəlikləri də özünü qabarıq göstərir. Uveit, blefarit, göz qapağında yağlanma, meibomit, itdirsəyi və s. xəstəliklər immunitetin aşağı düşməsi ilə birlikdə yaranan xəstəliklərdir.
- Bununla əlaqəli ilk olaraq nə etməli, gözü yad təsirlərdən necə qorumalıyıq?
- Adətən insanlar gün eynəyinin yalnız günəş üçün istifadə edildiyini zənn edir. Lakin qış aylarında gözləri küləkdən, soyuqdan qorumaq üçün eynək istifadə etmək lazımdır. Bundan əlavə gözünə bir yad cisim qaçdığı zaman qətiyyən onları ovxalamaq olmaz. Çünki əllərimizdə olan mikroblar asanlıqla gözə keçir. Belə hallarda gözümüzü bir fincan təmiz suyun içərisinə salaraq açıb-qapayıb, yad cismi çıxarmaq lazımdır. Əgər bundan sonra da gözdə batma hissə davam edirsə, ləngimədən ən yaxında olan göz həkiminə müraciət etmək lazımdır.
Əməliyyat heç də həmişə müsbət nəticə vermir.
- Çəpgözlük əsasən nə zaman rastlanır və yaranma səbəbi nələrdir? Başqa hansı xəstəliklərə səbəb olur?
- Çəpgözlük hər yaşda müşahidə olunan haldır. Ən çox uşaqlarda rast gəlinir. Əgər iki göz eyni anda paralel baxmırsa, əyri baxan gözdə görmə inkişafdan qalır. Çəpgözlüyün aşkarlanması ilk altı yaşda çox önəmlidir. Çünki görmə bu yaş dövründə inkişaf edib irəliləyir. Bu zaman aşkarlanan çəpgözlük mütləq şəkildə müalicə olunmalıdır. Belə hallarda biz öncəliklə görməni artırmağa çalışırıq, eynək müalicəsi tətbiq edirik, daha sonra lazım olduqda əməliyyat planlaşdırılır.
Sonradan ortaya çıxan çəpgözlüklərdə isə gözün artıq inkişafı tamamlandığı üçüncüt görmə halı baş verir. Yəni, paralellik pozulduğu üçün xəstələrdə ikili görmə şikayətləri çoxalır. Hətta xəstələr bizə bir gözünü bağlayaraq müraciət edirlər. Xüsusilə beyinlə əlaqəli xəstəliklər, şəkər, yüksək təziq kimi xəstəliyi olan şəxslərdə paralelliyə bağlı sonradan yaranan çəpgözlük ortaya çıxa bilər. Belə şəxslərdə bir il gözləmək lazımdır. Bu müddətdə əgər sinirdə bir yaxşılaşma yoxdursa, əməliyyat planlaşdırıla bilər.
Qeyd edim ki, eynəklə düzələn və düzəlməyən çəpgözlük var. Eynəklə düzələn çəpliyi qətiyyən əməliyyat etmək olmaz. Adətən, ailələr uşaqlarını eynəkdən azad olmasını istəyirlər. Əməliyyat yolu ilə eynəkdən birdəfəlik qurtulmaq istəyirlər. Lakin heç də həmişə əməliyyat müsbət nəticə vermir. Misal üçün, içəri doğru çəpliyi olan uşaq əməliyyat olunarsa, daha sonra çölə doğru çəpliyi yarana bilər.
- Son zamanlar çox yayılan lazer əməliyyatı haqda hələ də fərqli fikirlər var. Hər kəsi lazer əməliyyatı etmək olarmı? Bu əməliyyatın mənfi təsirləri nə qədərdir?
- Lazer əməliyyatı etdirmək istəyən şəxsin yaşı 18-i tamamlanmış olmalıdır. 18 yaşı tamam olduqdan sonra da son 2 ildə eynək nömrəsində dəyişiklik olmadığını yoxlamaq lazımdır. Çünki gözdə zəiflik 24 yaşa qədər davam edə bilər. Ona görə də hələ görmə zəfliyi stabil omayanları əməliyyat etmək üçün qətiyyən tələsmək olmaz. Bu əməliyyat daha çox xəstələrin istəyinə bağlı bir əməliyyatdır. Uzun müddətdir eynək taxan, taxmaqdan yorulan şəxslər çox müraciət edirlər. Burada nəzərə alınmalıdır ki, həmin şəxsin şəkər, otto immun, hətta göz xəstəliyi olmamış olsun. Sağlıqlı gözə , əgər buynuz qişa qalınlığı və retinası normaldırsa, bu əməliyyat rahatlıqla edilə bilər. Qeyd edim ki, heç bir əməliyyat 100 faiz təminatlı deyil. Heç bir halda bu əməliyyata yüz faiz arantı verilir demək doğru deyil. Hər əməliyyatın infeksiyaları, bulanıqlığı və s. riks ehtimalları ola bilər. Ən bəsit ehtimal olsa belə, xəstəyə bu məlumatlar əməliyyatdan öncə verilməlidir. Təəssüflə deyim ki, eynək taxmaq indi psixoloji tərəfdən yük halına çevrilib. Ona görə də hər kəs əməliyyat olub, ondan xilas olmaq istəyir.
- Davamlı kompüter başında işləyənlər gözlərini necə qorusun? Onların qoruyucu eynək taxmaları gərəkdirmi? Bu eynəkləri həkim təyin etməlidir, ya necə?
- Biz bir dəqiqə ərzində təqdribən20 dəfə gözümüzü qırparaq, onu nəmləndiririk. Yəni göz qapaqlarının aşağı enib-qalxması ilə göz yaşı gözümüzə yayılır. Diqqətlə bi nöqtəyə baxdığımızda, məsələn uzun müddət komputerə baxmaq, kitab oxumaq, zərgərlik işi və s. kimi işlərdə insanlar uzun müddət gözünü qırpmadan eyni nöqtəyə baxdığı üçün yavaş-yavaş göz quruluğu başlayır. Bu quruluğu insanlar bəsit bir şey hesab edir. Lakin gözümüzün sağlam olması üçün onun nəmli olmağı çox vacibdir. Göz qurulğundan başqa kompüterdən yayılan radioaktiv maddələr var ki, bu gözlərimizdə yorğunluğa səbəb ola bilər. Ona görə bu şəxslərdə həm də 0.25 dərəcə kimi çox kiçik rəqəmlər varsa, həkim nəzarətində eynək almaları vacibdir. Bu eynəklər əsasən işıqlara qarşı qoruyucu effektli olur. Həkimə görünmədən özbaşına bu tip eynəklər almaq tövsiyə edilmir. Kompüterlə işləyən şəxslər hər bir saatda on dəqiqə kompüteri söndürüb, gözlərini dincəltməlidir.
- Göz allergiyaları nə ilə əlaqəlidir? Burada genetik amil rol oynayırmı? Müalicəsi varmı?
- Allergiyaların hamısında demək olar ki, genetik faktor rol oynayır. Əgər valideynlərdə varsa ,uşaqlarda da bu qaçılmazdır. Gözümüzü ən çox allergiya edən isə çevrədəki polenlər, tozlar, çirkli hava və mövsümi mikroblardır. Allergiyalar zamanı qaşınma başlayır və artmağa doğru gedir.Bu zaman qətiyyən gözü qaşımaq olmaq. Bunun qarşısını almaq üçün qoruyucu müalicə üsulları var. Qaşıntını azaltmaq üçün bol su ilə yumaq lazımdır. Müalicə zamanı istifadə edilən damlaları hətta soyuducuda saxlamaq tövsiyə edilir. Çünki soyuq qaşıntı hissini azaldır. Uzun müddət göz qapağı qaşındığı zaman, buynuz qişanın forması dəyişilir və görmə pozğunluğu olan "keratokonus" kimi ciddi xəstəliklərə səbəb ola bilir. Daha çoxekzema dəri allergiyası olan xəstələrdə göz qaşınmaları müşahidə olunur.
Gözündə itdirsəyi çıxanlar kiprik diblərini bu şampunla yuyulmalıdır.
- Xalq arasında itdirsəyi kimi tanınan xəstəliyin yaranmasına səbəb nədir?
- Kipriyin alt və üst kənarlarında 30-40 ədəd "meybomiz"dediyimz yağ vəziləri var. Adətən yağlı dərilərdə bu vəzilərin ağzında tıxaclar əmələ gəlir. Bu yağ vəzilər yağ ifraz edərkən göz yaşının buxarlaşmasına əngəl olur. Vəzlərin ağzı tıxandığı yerlərdə isə asanlıqla mikroblar əmələ gəlib toblanır. Hətta bədən immuniteti düşdüyü zaman infeksiyalar əmələ gəlir. Xalq arasında buna itdirsəyi də deyilir. Əslində isə o yağ vəzilərinin bir absesidir. Yəni, abses iltihab nəticəsində dəri içindəirin toplanmasıdır. Əgər bu göz ətrafında qalın bir təbəqə əmələ gətiribsə, bu öz-özlüyündən müalicə ilə keçmir. Mütləq cərrahi yolla irinin içi boşaldılmalıdır. Bəzən bunun üçün iynə vurduranlar olur. Bu zaman irinli təbəqənin içi keçici müddət üçün boşalır. Amma immunitet zəifləyən kimi yenidən çıxa bilir.
Buna görə də, kirpik diplərində kəpəklənməsi olan, yağ vəzilər tıxalı olan şəxslərin göz qapağının kənarları qızarıq olur. Sanki ağlamış kimi sərtləşir. Belə şəxslər davamlı olaraq kirpik diblərini uşaq şampunu ilə yumaları tövsiyə olunur. Uşaq şampunu həmin bölgədəki yağ müvazinətini saxlamış olur. Bundan başqa isti su, çay, çobanyastığı ilə kompres edərək yağ vəzilərinin ağzını açmaq mümükündür.
- Göz xərçəngə yoluxubsa, onu nə etmək lazımdır?
-Göz xərçəngə tutulduğu zaman xərçəng bir alma qədər böyüyüb, pis yaralara səbəb olur. Xərçəng gözdə qanamalara səbəb olur, göz ətrafındakı sümükləri çürüdə bilir və çox bərbad hala gətirib çıxarır. Xüsusilə, xərçəngə tutulmuş yaşlı xəstələr əməliyyat olmaq istəmir.
Göz xərçəngi iki cür olur. Bu gözün önündə olub, görünə bilən və gözün arxasında olub, yalnız müayinə ilə görülən olur. Xəstə çox gec müraciət edibsə, artıq əməliyyat vasitəsilə gözü, göz sümüklərini çıxarmaq lazımdır. Daha sonra protezlə həmin hissələri əvəz etmək olur. Xərçəng arasında "skuamöz" adlı növ çox sürətlə gözə yayıla bilir. Bundan başqa uşaqlıq dövrü xərçəngləri var. Təəssüf ki, heç bir ailə uşaqlarının gözünü əməliyyatla aldırmaq istəməz. Lakin bu göz alınmazsa, xərçəng sağlam gözə də yayıla bilər. Hətta uşaqlıq dövrü xərçəngi genetik faktorla əlaqəli olub, evin digər uşaqlarında da özünü göstərə bilər.
Bundan əlavə çox yavaş inkişaf edən, dəridə və göz qapağı kənarlarında görülən "bazalioma" adlı xərçəng növü var. Bu növdə uzun müddətli və sağalmayan yaralar qeydə alınır. Əgər əldə, cilddə, göz qapaqlarında 1 aydan çox müddətdə sağalmayan yara varsa, mütləq şəkildə müayinə olunmalıdır.
- Hazırda göz transplantasiyası yönündə hansı irəliləyişlər vardır?
-Təəssüf ki, göz transplantasiyası deyə bir şey yoxdur. Sadəcə gözün ön hissəsində buynuz qişa dediyimiz yarım millimetr qalınlığındakı damarsız şəffaf toxuma meyit gözündən alınıb, buynuz qişası bulanıq,amma göz qişası və siniri sağlam olan insanlarda dəyişdirilir. Bu əməliyyatda göz nəqli kimi başa düşülür. Lakin bir daha qeyd edim ki, dünyada hələ də göz nəqli mümkün deyil. Göz korneası damarsız olduğu üçün digər orqanlarla müqayisədə toxuma uyğunluğu tam da gərəkli deyil. Bu əməliyyatda yaşlı və gənc məsələsi daha vacibdir. Yaşlı birinin buynuz qişasını gənc birinə köçürüldüyündə daha tez sıradan çıxır, şəffaflığını qoruya bilmir və s. Lakin xəstələrin ən məmnun qaldığı, ən üz güldürən əməliyyatlardan biri hesab edilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1631   Tarix: 02 noyabr 2019
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

Son günlər əhali arasında geniş yayılan və müxtəlif əlamətlərlə müşahidə olunan xəstəlik narahatlıq doğurur. Bir çox insan uzun müddət davam edən qripəbənzər simptomlardan şikayət edir, bəzilərində isə xəstəlik fərqli formalard

.

Hamının sevərək yediyi balıq ZƏRƏRLİ İMİŞ

Tuna balığı sağlamlıq üçün ən zərərli balıq növlərindən biri hesab olunur. -a istinadən xəbər verir ki, bunu rusiyalı terapevt və dietoloq Marqarita Korolyova deyib. Mütəxəssis bildirib ki, qida üçün istifadə olunan tun

.

Yuxudan oyanan kimi bunları edin

Mütəxəssislərin fikrincə, canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. xəbər verir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizin fəaliyyətin

.

"Novruz"da bunu etmək qəti QADAĞANDIR

Novruz bayramı bolluq, bərəkət və zəngin süfrələrlə yadda qalır. . Həkimlər xəbərdarlıq edir ki, məhz bu günlərdə demək olar hər kəsin etdiyi bəzi vərdişlər sağlamlıq üçün ciddi risk yarada bilər. . Bayramın dadını çıxarma

.

Bu torpaqlarda yetişir: Təpədən-dırnağa antibiotik anbarı çıxdı

Təbiətin bizə təqdim etdiyi şəfalı bitkilərdən faydalanmaq sağlam həyata doğru atılan mühüm bir addımdır. Anadolu torpaqlarında yetişən və əldə edilməsi ən asan antibiotik mənbələrindən biri olan bu bitkini qidalanmanız

.

Tromb ola biləcəyini göstərən əsas narahatedici ƏLAMƏTLƏR

Trombozun simptomları qəfil ortaya çıxa və ya zəif şəkildə hiss oluna bilər. Tromboz qan damarında trombun (qan laxtasının) əmələ gəlməsidir. xəbər verir ki, tromb sıx bir laxtadır və o, qan damarını qismən yaxud tam şəkild

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Ramazandan sonra necə qidalanmaq lazımdır?

Ramazan ayının başa çatması ilə orqanizmin adi qidalanma rejiminə keçidi diqqətlə tənzimlənməlidir. xəbər verir ki, mütəxəssislər bildiriblər ki, uzun müddət oruc tutduqdan sonra birdən-birə ağır və yağlı qidalara üstünlü

.

Yanından keçirik, amma şəfasınl bilmirik

Kənd yollarında, boş ərazilərdə çox vaxt fikir vermədən yanından keçib getdiyimiz yabanı bitki əslində təbiətin ən güclü şəfa qaynaqlarından biridir. .  xəbər verir ki, xalq arasında "turşəng" və ya "quzuqulağı"

turlar.az

toy makiyajlari geymler 2026 yemek reseptleri hamileliyi pozmaq ucun ciy kartofun faydasi süfrə mədəniyyəti karikatura kosmetika toy gecesı maraqli hakistalar oxatan arxadan olmag haxisda