Soyuqdəymənin qənimi: 15 dəqiqəyə hazırlanan MÖCÜZƏ

Soyuqdəymənin qənimi: 15 dəqiqəyə hazırlanan MÖCÜZƏSoyuq qış aylarının ən əvəzedilməz yeməklərindən biri də "əvəlikli isti" yaxud "əvəlik şorbası"dır. El arasında şəfa mənbəyi kimi dəyərləndirilən bu yemək zökəm və soyuqdəymənin təbii dərmanı kimi tanınır. Yeməyi müalicəvi edən ölkəmizin, demək olar ki, hər yerində rast gəlinən əvəlik bitkisidir. Yabanı halda bitən bu bitki yay aylarında yığılaraq saç hörüyü, yaxud yarpaq şəklində qurudularaq saxlanılır.
Milli.Az əvəlikli-əriştəli şorbanın bişirilmə qaydasını təqdim edir.
Lazım olan ərzaqlar:
- 3 ədəd baş soğan
- 100 qram yağ
- 100 qram maş lobya
- 200 qram un
- bir boşqab qurudulmuş əvəlik
- qaynar su
Yeməyi hazırlamaq üçün əvvəl maş lobya suda qaynadılır. Sonra əvəlik yumşalması üçün qaynar suda isladılır. Bundan sonra 1 kündəlik xəmir yoğurulur və əriştə kəsilir. Əriştə üçün hazırlanan xəmirin bir qədər bərk olması məsləhətdir. Əriştə kəsiləndən sonra üzərinə un səpilərək qarışdırılır ki, qaynar suda bir-birinə yapışmasın.
Əriştə hazırlandıqdan sonra soğan doğranılır, yağ-soğan edilir. Hazır olandan sonra üzərinə qaynanmış su tökülür Su qazanda qaynara düşdükdə isə əvvəlcədən hazırlanmış maş lobya suya əlavə edilir. Ardınca əvvəlcədən isladılmış əvəlik sıxılıraraq qazana tökülür. Əvəliyin sıxılmasında məqsəd bitkinin "acı su"yunun çıxarılmasıdır.
Qazanın qapağı örtülür, 10 dəqiqə müddətində əvəliyin bişməsi gözlənilir. Son olaraq qazana kəsilmiş əriştə əlavə edilir. Ağız dadına uyğun olaraq şorbaya düz tökülür və qazanın qapağı bağlanır. Vam odda 5 dəqiqə qaynadıqdan sonra yemək artıq bişmiş hesab edilir. "Əvəlikli-əriştəli isti" süfrəyə, əsasən, kasalarda verilir.
Nuş olsun. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1971   Tarix: 21 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

geyim necə seçməli gözəllik məhsulları kosmetik vasiteler prostat vəzi otaq dizayni xinayaxdi hakista ilk cinsi əlaqə kosmetika atalar sozu burclər novruz bayramina aid hakistalar qizlar kahfe fali