Stels omikron ştamı testsiz necə təyin edilir?
Baş gicəllənməsi və halsızlıq koronavirusun stels omikron variantının əsas əlamətləri ola bilər.
Milli.Az sputnik.az-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın Mirror nəşri İngiltərənin Milli Səhiyyə Xidmətinə (NHS) istinadən yazır.
CAR-dan olan həkim Anjelika Kutzi bildirib ki, yorğunluq və əzələ ağrıları adətən SARS-CoV-2-nin bu tipinin indikatoru rolunu oynayır. BA.2 mutasiyasının ən çox yayılmış əlamətlərinə baş gicəllənməsi də aiddir.
Həkimlərin sözlərinə görə, bu iki əlamət gün ərzində peyda olub itə bilər. Ancaq onlar daimi və çox intensivdirsə, o zaman mütəxəssisə müraciət etmək lazımdır.
Böyük Britaniyanın Səhiyyə Agentliyi (UKHSA) bu günlərdə omikron ştammının yeni növünü - BA.2 (stels omikron) aşkarladığını bildirib. Stels omikron ştammını həm də gizli adlandırırlar, çünki onu laborator şəraitində orijinal BA.1 növündən ayırd etmək çətindir. Buna rəğmən PZR testləri və antigen ekspress testləri koronavirusun bu ştamlarına yoluxanları səhvsiz aşkarlayır.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi