Stresdən qurtulmaq üçün 5 MƏSLƏHƏT

Stresdən qurtulmaq üçün 5 MƏSLƏHƏTGünlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Bir gün çox xoşbəxt, növbəti gün isə tamamilə əhval-ruhiyyəsiz ola bilirik.
Yorğun oluruq, başımız ağrıyır, bəzən özümüzü o qədər halsız, taqətsiz hiss edirik ki, qalxıb evə getməyə belə, əziyyət çəkirik. Bütün bu problemlərin təməlində stress dayanır.
Stress orqanizmdə əsəb sistemlərinin normal vəziyyətdən kənara çıxması deməkdir. Tibb lüğətində stress adlı bir xəstəliyə rast gəlinməsə də, əksər xəstəliklərin əmələ gəlməsi məhz bu amillə bağlıdır. Stressin müalicəsi, aşağıda qeyd etdiyimiz bəzi əsaslarla mümkündür:
1. "ər-Rizqu aləl-lah" - Ruzini verən Allahdır. Hər işdə bir xeyir olduğunu daima düşün, başqasının qarşısında qul olma və düşünmə ki, ruzin kəsiləcək və ya ac qalacaqsan. Uca Allah buyurur:
"Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir." (Quran, 11/6)
Peyğəmbərimiz belə demişdir: "Əgər Adəm övladı ruzisindən, ölümdən qaçdığı kimi qaçsaydı, ölüm onu haqladığı kimi ruzisi də onu mütləq haqlayardı." (Səhihə, 952)
2. "Təvakkəltu aləl-lah" - Allaha təvəkkül et. Bir problem baş verən kimi, dərhal "arxamda filankəs var, o mənə kömək edəcək" deyə düşünürsən, elə deyilmi? Halbuki müsəlman şəxs, ilk olaraq "məni bu sıxıntıdan, Allahdan başqa heç kim qurtara bilməz! Yalnız Onadır ümidim! Bəndələr isə, ancaq vasitə ola bilərlər!" - deyə düşünməli, ilk olaraq öz Rəbbini ağlına gətirməlidir. Uca Allah buyurmuşdur:
"...Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu göstərər. Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər..."(Quran, 65/2-3)
3. "Nəsib (qismət)" - əgər nəsibində varsa, o özü gəlib səni tapacaq. Buna görə də, heç üzülmə. İşin başında Allahdan sənin üçün xeyirli olanı istə və gerisini düşünmə. Çünki, insan özü üçün nəyin xeyirli, nəyin isə zərərli olduğunu bilməz. Bəlkə də arzuladığın həmin şey, sənin üçün çox zərərli olacaqdı və Rəbbin səni qorudu. Sənə, bundan daha xeyirlisini nəsib edəcək, həm də heç ummadığın bir zamanda. Uca Allah buyurmuşdur:
"...Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz.." (Quran, 2/216)
4. "Səbr, səbr, səbr".Səbr etməyi bacar. Vaxtından öncə bahar gəlməz. Payız və qışı gözləmədən bahara tələsməklə, yalnız özünə zərər vuracaq və heç bir şey əldə etməyəcəksən. Səbr etməklə isə, Allahın sevgisini və yardımını qazanacaqsan. Bu yardım elə bir yardımdır ki, qəlbində səni yeyib bitirnən kədər, öz yerini mətanət və sevincə verəcək. Şablon sözlər deyil, sən sına və nəticəyə özün şahid ol. Uca Allah demişdir:
"Səbr edənlər və yaxşı işlər görənlər müstəsnadır. Məhz onları (günahlardan) bağışlanma və böyük bir mükafat gözləyir". (Quran, 11/11)
5. "Bu da keçib gedəcək" - Bu həyatda daimi olan heç bir şey yoxdur. Dünən sağlam idinsə, bu gün xəstələnə bilərsən, dünən pulun çox idisə, bu gün "əli aşağı" ola bilərsən. Eləcə də, bunun əksi üçün də bu keçərlidir. Düşünmə ki, çətinliyin daimi olacaq, xeyr! Unutma ki, çətinliklə sadəcə olaraq imtahan olunursan. Sən səbrli ol, Allaha üsyan etmə. Qalanı, onsuz da keçib gedəcək zamanla. Əsas odur ki, bu imtahandan "kəsilmə". Quranda Şərh surəsi (94-cü surə) var. O surənin 5-ci ayəsini biz qeyd edirik, 6-cı ayəni özün oxuyub, çətinlik anlarında daima bu iki ayəni xatırlayarsan.
"Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!" (Quran, 94/5)
Qeyd: Çoxlu dua etməyi unutma! Dua hər şeyin çarəsidir, özünü məhrum etmə!
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1005   Tarix: 22 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

kosmetika mehsullari geymler 2026 sac duzumleri xina ucun bayatilar piroq reseptləri kosmetologiya uşaq və təhsil kosmetika vətənə aid bayatılar 8 mart qz eviyçun hakışta bakire vətən həsrəti