Stressin yaratdığı xəstəliklər hansılardır?

Stressin yaratdığı xəstəliklər hansılardır?Ürək xəstəlikləri, yüksək təzyiq və infarkt əksər hallarda həddindən artıq stress yaşayan fərdlərdə müşahidə edilə bilər.
E-tibb.az bildirir ki, bunu psixiatr, uzman həkim Azər Bağırov açıqlayıb.
Mütəxəssis stress nəticəsində yaranan xəstəliklər sırasında birinci yerdə baş ağrılarını qeyd edib. Həkim deyib ki, stressli vəziyyətdə baş ağrıları tez-tez görülür. Miqren və gərginlik növündən yaranan baş ağrılarının əsas səbəbi stressdir.
Daha sonra mədə problemləri qeyd olunub. Həddindən artıq gərginlik nəticəsində mədə xorası və həzmsizlik müşahidə edilə bilər.
Bağırsaq problemləri-qəbizlik, ishal kimi şikayətlər həm də stress nəticəsində meydana gələ bilir.
Stress dəri xəstəliklərinə də səbəb olur. Buraya saçların qırılmasından tutmuş, ekzema, müalicə ilə düzəlməyən qaşıntı və allergiyalar kimi bir çox problemlər daxildir.
Psixiatr, stress nəticəsində yaranan digər xəstəlikləri belə sıralayıb:
Bədən ağrıları: keçməyən boyun ağrıları, bel ağrıları, bədəndə yorğunluq.
Ruhi problemlər: Depressiya gərgin şəxslərdə daha sıx müşahidə edilir.
Həddindən artıq kökəlmə, ya da arıqlama gərginlik yaşayanlarda baş verir.
Unutqanlıq: zehni qarışıqlıq, fikri cəmləmə problemləri əmələ gəlir.
Beyin qansızmaları, daha çox stressli fərdlərdə sıx müşahidə edilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 932   Tarix: 10 fevral 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

turlar.az

kosmetik vasiteler gözəllik məhsulları qis geyimləri 2026 gürcü mətbəxi arıqlamaq üçün çaylar ayaqda qabar plov reseptləri kosmetika geyim sağlamlığa aid atalar sözləri masqalar gəncə bayatı